Etiket arxivi: #ÜDM

Azərbaycanda ÜDM-in həcmi ən yüksək göstəriciyə çatmaq üzrədir

Bu ilin sonuna kimi dünyada cari neft və qaz qiymətləri qüvvədə qaldığı halda Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcminin 130 milyard manata çatması gözlənilir və bu da Azərbaycan tarixində ən yüksək göstəricidir.

Oxumağa davam et Azərbaycanda ÜDM-in həcmi ən yüksək göstəriciyə çatmaq üzrədir

ÜDM istehsalı 5,8% artıb

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 84880,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çox ümumi daxili məhsul istehsal olunub.

TIME Dövlət Statistika Komitəsinin məlumatına istinadən bildirir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,0 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 10,3 faiz artıb.

ÜDM istehsalının 52,5 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,9 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 8440,1 manata bərabər olub.

ÜDM-in 23-25% profisitin olacağı proqnozlaşdırılır

Mərkəzi Bank tərəfindən bir sıra mühüm tənzimləyici tədbirlər icra edilmiş, o cümlədən Hökumət və bankın idarəetmə orqanları ilə birlikdə Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması və onun institusional fəaliyyətinin müasir standartlara uyğunlaşdırılması üzrə yüksək nailiyyətlər əldə olunub.

Oxumağa davam et ÜDM-in 23-25% profisitin olacağı proqnozlaşdırılır