Etiket arxivi: #turizm

Dünya Bankı turizm sahəsində diaqnostik araşdırma sənədlərinin hazırlanmasına dəstək olacaq 

Dövlət Turizm Agentliyi ilə Dünya Bankı arasında ölkəmizdə turizmin inkişafına töhfə verəcək layihələr üzrə potensial əməkdaşlıq imkanları sentyabrın 6-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Sara Maykl arasında keçirilən görüşdə müzakirə olunub.

Oxumağa davam et Dünya Bankı turizm sahəsində diaqnostik araşdırma sənədlərinin hazırlanmasına dəstək olacaq 

Azərbaycanla Meksika arasında turizm əlaqələri bərpa edilir

Azərbaycanla Meksika arasında turizm sahəsində təcrübə mübadiləsinin ikitərəfli münasibətlərə töhfə verməsi və pandemiyadan sonra turizmin bərpası istiqamətində atılan addımlar avqustun 29-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores arasında keçirilən görüşdə müzakirə edilib.

Oxumağa davam et Azərbaycanla Meksika arasında turizm əlaqələri bərpa edilir

Azərbaycan Turizm və Menecment Universiteti publik hüquqi şəxsə çevrildi

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının 3.19-cu bəndinə əsasən dövlət və bələdiyyə tərəfindən təhsil müəssisəsi (xüsusi təyinatlı təhsil müəssisəsi istisna olmaqla) publik hüquqi şəxs formasında yaradılır və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.12.1-ci yarımbəndinə əsasən “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət tərəfindən yaradılan ali təhsil müəssisələrinin təsisçisinin nizamnamə fondunun təsdiq edilməsi və dəyişdirilməsi, habelə nizamnamənin təsdiq edilməsi və dəyişdirilməsi, eləcə də yenidən təşkili və ləğvi üzrə səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

Bununla əlaqədar olaraq Azərbaycan Turizm və Menecment Universiteti Dövlət Turizm Agentliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Turizm və Menecment Universitetinə çevrilmə yolu ilə yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi məqsədilə Nazirlər Kabinetinin 291 №-li Qərarı qəbul edilib.

Turizm Reyestrinin aparılması qaydasında dəyişikliklər edilib

“Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 448-VIQ Qanunu ilə turizmlə bağlı əsas anlayışların mənaları, turizmin forma və növləri təkmilləşdirilmiş, Turizm Reyestrinin aparılmasının yeni tənzimlənmə mexanizmləri müəyyən edilib.

Oxumağa davam et Turizm Reyestrinin aparılması qaydasında dəyişikliklər edilib

Turizm və Menecment Universitetinin Nizamnaməsinin təsdiqi barədə Fərman ləğv edilib

Prezident İlham Əliyev “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.

Oxumağa davam et Turizm və Menecment Universitetinin Nizamnaməsinin təsdiqi barədə Fərman ləğv edilib

Çimərlik və turizm obyektlərində qidalanma necə olmalıdır?

Yay mövsümü ailə və dostlarla açıq havada əyləncə üçün çoxlu imkanlar təqdim edir. Lakin bu zaman qida yolu ilə keçən bakteriyaların yetişməsi üçün də geniş zəmin yarana bilər. Belə ki, isti havada bakteriyalar daha tez bölünüb çoxalır. Yay əyləncələrində, xüsusən də çimərlikdə olarkən qida mənşəli problemlərdən qorunmaq üçün bəzi tövsiyələri daim diqqətdə saxlamaq lazımdır.

Oxumağa davam et Çimərlik və turizm obyektlərində qidalanma necə olmalıdır?

Turizm sahəsində yeni dövlət standartı qəbul edilib

Ölkədə turizm fəaliyyətini tənzimləyən milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə AZS 906-2022 “Turizm xidmətləri. Yerləşmə vasitələrinin təsnifatı. Minimum tələblər” yeni dövlət standartı qəbul edilib.

Oxumağa davam et Turizm sahəsində yeni dövlət standartı qəbul edilib

Turizm haqqında qanunvericiliyin pozulmasına görə cərimələr tətbiq ediləcək

Dekabrın 21-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitə sədri Musa Quliyev gündəliyə 4 məsələnin daxil edildiyini bildirib və onları təqdim edib.

Oxumağa davam et Turizm haqqında qanunvericiliyin pozulmasına görə cərimələr tətbiq ediləcək

Şuşanın turizm potensialı xarici sərgidə təbliğ olunub

Mayın 16-da Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində keçirilən “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində pandemiya dövründə ilk dəfə olaraq real iştirakla Azərbaycanın, işğaldan azad edilmiş Qarabağ bölgəsinin, xüsusilə Şuşa şəhərinin turizm potensialı təbliğ olunub.

Oxumağa davam et Şuşanın turizm potensialı xarici sərgidə təbliğ olunub

COVID-19 pandemiyası və sonrakı dövrdə səyahət şərtləri və turizm yenilikləri saytı yaradılıb

Martın 5-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) turizm sahəsində COVID-19 əleyhinə mübarizəyə həsr edilmiş işçi qrupunun onlayn iclası keçirilib.

Oxumağa davam et COVID-19 pandemiyası və sonrakı dövrdə səyahət şərtləri və turizm yenilikləri saytı yaradılıb

Azərbaycan Turizm Bürosu turizm şirkətləri üçün rəqəmsallaşdırma proqramına start verib

Azərbaycan Turizm Bürosu ölkəmizdə gəlmə turizmi ilə məşğul olan şirkətlərə postpandemiya dövründə fəaliyyətlərinə dəstək olmaq, həmçinin bu sahədə innovativ və rəqəmsal yanaşmanı inkişaf etdirmək məqsədilə yeni layihəyə start verib.

Oxumağa davam et Azərbaycan Turizm Bürosu turizm şirkətləri üçün rəqəmsallaşdırma proqramına start verib