Etiket arxivi: #terrorçu

Erməni terrorçu dəstənin məhkəmə baxışı iyulun 1-nə təyin edilib – FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində terror törətmək məqsədilə Azərbaycan ərazisinə keçən Ermənistan vətəndaşlarından ibarət silahlı birləşmənin tərkibində döyüşən – Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Oxumağa davam et Erməni terrorçu dəstənin məhkəmə baxışı iyulun 1-nə təyin edilib – FOTO

Daha 13 terrorçu silahlı birləşmə üzvünün cinayət işi məhkəməyə göndərildi

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşmışdır.

Oxumağa davam et Daha 13 terrorçu silahlı birləşmə üzvünün cinayət işi məhkəməyə göndərildi