Etiket arxivi: #terror

Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib

Dövlət Təhlükəsizliyi Xidmətinin əldə olunmuş sübutlar əsasında, Ermənistan Respublikasının vətəndaşı, 1971-ci il təvəllüdlü Manukyan Davit Azati tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Oxumağa davam et Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib

İşğaldan azad edilmiş ərazilərdə 314 nəfər mina terrorunun qurbanı olub

10 noyabr 2020 – 19 sentyabr 2023 tarixləri aralığında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində ümumilikdə 314 nəfər mina terrorunun qurbanı olub.

Oxumağa davam et İşğaldan azad edilmiş ərazilərdə 314 nəfər mina terrorunun qurbanı olub

XİN Ermənistanda “Nemezis” terror əməliyyatına həsr olunmuş abidə ilə əlaqədar bəyanat yayıb

Cari ilin 25 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılmasını qətiyyətlə pisləyirik.

Oxumağa davam et XİN Ermənistanda “Nemezis” terror əməliyyatına həsr olunmuş abidə ilə əlaqədar bəyanat yayıb

Terrorçuluğun maliyyələşdirilməsinə görə yüksək riskli zonalar hansılardır?

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli Qanunu qəbul edilib. Həmin qanunun müddəalarına əsasən, yüksək riskli zonaların vətəndaşları ilə qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin zonalarda olan şəxslərlə və ya onların vasitəsilə, eləcə də həmin zonalarda qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə əlaqədar hər hansı işgüzar münasibətlərə, həmçinin yüksək riskli zona hesab edilən ölkədə təsis edilən, idarə olunan və ya fəaliyyət göstərən üçüncü şəxslər tərəfindən təqdim edilən məlumat və sənədlərə güvənmədən onlara münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq edilməlidir.

Oxumağa davam et Terrorçuluğun maliyyələşdirilməsinə görə yüksək riskli zonalar hansılardır?

Prezidentin köməkçisi Anar Ələkbərov terror aktına məruz qalmış deputat Fazil Mustafanı ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tapşırığına əsasən, Prezidentin köməkçisi Anar Ələkbərov martın 28-də yaşadığı evin qarşısında terror aktına məruz qalmış Milli Məclisin deputatı Fazil Mustafanı bu gün müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb.

Oxumağa davam et Prezidentin köməkçisi Anar Ələkbərov terror aktına məruz qalmış deputat Fazil Mustafanı ziyarət edib

Deputat Fazil Mustafaya sui-qəsd edilib- hadisə terakt kimi qiymətləndirilib


28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında – Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Oxumağa davam et Deputat Fazil Mustafaya sui-qəsd edilib- hadisə terakt kimi qiymətləndirilib

Azərbaycanın İrandakı Səfirliyinə edilmiş terror hücumunun təfərrüatları açıqlanıb

Xarici İşlər Nazirliyi zərbaycanın İrandakı Səfirliyinə edilmiş terror hücumunun təfərrüatları açıqlayıb.

Oxumağa davam et Azərbaycanın İrandakı Səfirliyinə edilmiş terror hücumunun təfərrüatları açıqlanıb

İranda səfirliyində baş vermiş terror aktının qarşısını alan şəxslər təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Oxumağa davam et İranda səfirliyində baş vermiş terror aktının qarşısını alan şəxslər təltif edilib

İran Azərbaycanın səfirliyinə terror hücumu ilə bağlı sənədlərin AQEM-də qəbuluna mane olub

27 yanvar tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilmiş terror hücumunun beynəlxalq səviyyədə pislənməsi, terror aktını təşkil edənlərin və törədənlərin müəyyənləşdirilərək tezliklə cəzalandırılması, eləcə də Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi barədə çağırışların yer aldığı müvafiq sənədlər qəbul edilmək məqsədilə aidiyyəti beynəlxalq təşkilatlar və platformalara təqdim edilib.

Oxumağa davam et İran Azərbaycanın səfirliyinə terror hücumu ilə bağlı sənədlərin AQEM-də qəbuluna mane olub

XİN İrandakı Azərbaycan səfirliyinə qarşı terror hücumu barədə bəyanat yayıb

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilmiş xain terror hücumunu şiddətlə qınayırıq.

Oxumağa davam et XİN İrandakı Azərbaycan səfirliyinə qarşı terror hücumu barədə bəyanat yayıb

İstanbulda terror aktı baş verib – zərər çəkənlər və saxlanılanlar var – VİDEO

Ötən gün İstanbulun Taksim meydanı İstiqlal küçəsində partlayış baş verib. Terror aktını törətməkdə qadın şübhəli bilinir. Qadınln hadisə yerindən uzaqlaşması anları qeydə alınıb.

Oxumağa davam et İstanbulda terror aktı baş verib – zərər çəkənlər və saxlanılanlar var – VİDEO

Azərbaycanda terror-təxribat cinayətləri edən ermənilərin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda terror-təxribat və digər cinayət əməlləri törədən 14 nəfərlik erməni silahlı dəstələrinin üzvlərinin işi üzrə məhkəmə prosesi başlayıb.

Oxumağa davam et Azərbaycanda terror-təxribat cinayətləri edən ermənilərin məhkəməsi başlayıb

XİN Ermənistan diversantlarının Kəlbəcərdə terror əməliyyatına münasibət bildirib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən cari ilin mayın 27-də Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və  yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər. 

Oxumağa davam et XİN Ermənistan diversantlarının Kəlbəcərdə terror əməliyyatına münasibət bildirib

Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilir

Bu gün, Xocalı soyqırımının 29-cu ildönümüdür və bu il ilk dəfədir ki, bu dəhşətli faciənin şahidləri və qurbanları düşmən tapdağı altında qalan torpaqlarını geri qaytararaq qeyd edirlər. Onların ürək ağrısı əlbəttə ki, heç vaxt tam olaraq dəf olmayacaq, çünki gördükləri dəhşətlər ömürlük onların yaddaşında qalacaq, lakin Azərbaycanın qazandığı Zəfər onların əzizlərinin və yaxınlarının qanlarının yerdə qalmadığını bilmək onlara təsəlli verəcək.

Oxumağa davam et Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilir

Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını Ermənilərin növbəti hədəfidir

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutmağa davam edir. 

Oxumağa davam et Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını Ermənilərin növbəti hədəfidir

Gəncə şəhərində erməni terroru nəticəsində ölənlərin sayı 13-ə çatdı- FOTO

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması ilə bağlı cinayət işi açıb.

Oxumağa davam et Gəncə şəhərində erməni terroru nəticəsində ölənlərin sayı 13-ə çatdı- FOTO

Gəncə və Mingəçevir şəhərlərinin dinc əhalisi raket atəşinə tutulub-iki uşaq ölüb

Ermənistan silahlı qüvvələri Gəncə və Mingəçevir şəhərlərini növbəti dəfə atəşə tutub.

TIME Müdafiə nazirliyinin rəsmi məlumatına istinadən bildirir ki, Gəncədə baş verən hadisə yerindən yayımlanan telereportajlara əsasən 20 yaşayış evi dağıdılıb.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb ki, Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 35 dinc sakin xəsarət alıb, 5 nəfər həlak olub. Ölənlər arasında 2 uşaq da var.

Birmənalı şəkildə bu hərbi cinayət və terror aktıdır.

DTX terror barədə xəbərdarlıq edib

Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycan Respublikasının böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini  təkrarlamaq niyyətindədirlər.

Oxumağa davam et DTX terror barədə xəbərdarlıq edib