Etiket arxivi: #terror

İran Azərbaycanın səfirliyinə terror hücumu ilə bağlı sənədlərin AQEM-də qəbuluna mane olub

27 yanvar tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilmiş terror hücumunun beynəlxalq səviyyədə pislənməsi, terror aktını təşkil edənlərin və törədənlərin müəyyənləşdirilərək tezliklə cəzalandırılması, eləcə də Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi barədə çağırışların yer aldığı müvafiq sənədlər qəbul edilmək məqsədilə aidiyyəti beynəlxalq təşkilatlar və platformalara təqdim edilib.

Oxumağa davam et İran Azərbaycanın səfirliyinə terror hücumu ilə bağlı sənədlərin AQEM-də qəbuluna mane olub

İstanbulda terror aktı baş verib – zərər çəkənlər və saxlanılanlar var – VİDEO

Ötən gün İstanbulun Taksim meydanı İstiqlal küçəsində partlayış baş verib. Terror aktını törətməkdə qadın şübhəli bilinir. Qadınln hadisə yerindən uzaqlaşması anları qeydə alınıb.

Oxumağa davam et İstanbulda terror aktı baş verib – zərər çəkənlər və saxlanılanlar var – VİDEO

Azərbaycanda terror-təxribat cinayətləri edən ermənilərin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda terror-təxribat və digər cinayət əməlləri törədən 14 nəfərlik erməni silahlı dəstələrinin üzvlərinin işi üzrə məhkəmə prosesi başlayıb.

Oxumağa davam et Azərbaycanda terror-təxribat cinayətləri edən ermənilərin məhkəməsi başlayıb

XİN Ermənistan diversantlarının Kəlbəcərdə terror əməliyyatına münasibət bildirib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən cari ilin mayın 27-də Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və  yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər. 

Oxumağa davam et XİN Ermənistan diversantlarının Kəlbəcərdə terror əməliyyatına münasibət bildirib

Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilir

Bu gün, Xocalı soyqırımının 29-cu ildönümüdür və bu il ilk dəfədir ki, bu dəhşətli faciənin şahidləri və qurbanları düşmən tapdağı altında qalan torpaqlarını geri qaytararaq qeyd edirlər. Onların ürək ağrısı əlbəttə ki, heç vaxt tam olaraq dəf olmayacaq, çünki gördükləri dəhşətlər ömürlük onların yaddaşında qalacaq, lakin Azərbaycanın qazandığı Zəfər onların əzizlərinin və yaxınlarının qanlarının yerdə qalmadığını bilmək onlara təsəlli verəcək.

Oxumağa davam et Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilir

Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını Ermənilərin növbəti hədəfidir

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutmağa davam edir. 

Oxumağa davam et Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını Ermənilərin növbəti hədəfidir

Gəncə şəhərində erməni terroru nəticəsində ölənlərin sayı 13-ə çatdı- FOTO

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması ilə bağlı cinayət işi açıb.

Oxumağa davam et Gəncə şəhərində erməni terroru nəticəsində ölənlərin sayı 13-ə çatdı- FOTO

Gəncə və Mingəçevir şəhərlərinin dinc əhalisi raket atəşinə tutulub-iki uşaq ölüb

Ermənistan silahlı qüvvələri Gəncə və Mingəçevir şəhərlərini növbəti dəfə atəşə tutub.

TIME Müdafiə nazirliyinin rəsmi məlumatına istinadən bildirir ki, Gəncədə baş verən hadisə yerindən yayımlanan telereportajlara əsasən 20 yaşayış evi dağıdılıb.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb ki, Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 35 dinc sakin xəsarət alıb, 5 nəfər həlak olub. Ölənlər arasında 2 uşaq da var.

1 / 6

Birmənalı şəkildə bu hərbi cinayət və terror aktıdır.

DTX terror barədə xəbərdarlıq edib

Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycan Respublikasının böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini  təkrarlamaq niyyətindədirlər.

Oxumağa davam et DTX terror barədə xəbərdarlıq edib