Etiket arxivi: #tədbirlər

Gizli müşahidə imkanlarından sui-istifadəyə qarşı hansı tədbirlər görülə bilər?


 Sui-istifadə hallarına asanlıqla yol aça və bütövlükdə demokratik cəmiyyət üçün zərərli nəticələrə səbəb ola bilən gizli müşahidə sahəsində prinsipcə bu tədbir üzərində nəzarətin hakimə həvalə olunması tövsiyə edilir, belə ki, məhkəmə nəzarəti prosesin müstəqil, qərəzsiz və düzgün şəkildə aparılmasına ən yaxşı zəmanətdir (Roman Zaxarov Rusiyaya qarşı, § 233; İrfan Güzel Türkiyəyə qarşı, § 96).

Oxumağa davam et Gizli müşahidə imkanlarından sui-istifadəyə qarşı hansı tədbirlər görülə bilər?

Bioloji hücum əlamətləri və əks tədbirlər

Bioloji hücum bioloji (bakterioloji) silahlar vasitəsilə həyata keçirilir. Bioloji (bakterioloji) silahlar kütləvi qırğın silahlarına aiddir və insanların, flora və faunanın məhv edilməsi, ərzaq ehtiyatlarının və suyun zəhərlənməsi üçün tətbiq olunur. Bioloji (bakterioloji) silahların əsas zədələyici amillərini xəstəliktörədici mikroblar (bakteriyalar, viruslar, rikketsiyalar, göbələklər) və bakteriyaların toksinləri təşkil edir.

Oxumağa davam et Bioloji hücum əlamətləri və əks tədbirlər