Etiket arxivi: #subsidiya

6 növ qida məhsulu istehsalçılarının kreditləri subsidiyalaşdırılacaq

Sahibkarlığın İnkişafı Fondu tərəfindən biznesə yeni dəstək mexanizminin tətbiqinə başlanılıb. Bu mexanizm çərçivəsində minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara banklar və digər kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması nəzərdə tutulur.

Oxumağa davam et 6 növ qida məhsulu istehsalçılarının kreditləri subsidiyalaşdırılacaq

Sərnişin daşıyıcılarına dizel yanacağına görə subsidiyaların verilməsinə başlanılır

Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara istifadə olunmuş dizel yanacağına görə subsidiyaların verilməsinə başlanılır. Vergi ödəyiciləri dəstək proqramından yararlanmaq üçün qeydiyyatda olduqları vergi orqanlarına müraciət etməlidirlər.

Oxumağa davam et Sərnişin daşıyıcılarına dizel yanacağına görə subsidiyaların verilməsinə başlanılır

Dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası təsdiqlənib

Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası”nın təsdiq edilməsi haqqında qərar verib.

Oxumağa davam et Dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası təsdiqlənib

Əkin məlumatlarını sentyabrda bəyan edənlər subsudiyalarını tez alacaqlar

Fermerlər əkin subsidiyası almaq üçün payızlıq əkinlərini dekabrın sonuna kimi bəyan etməlidir. Əkin məlumatlarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində tez bəyan edilməsi monitorinqlərin daha tez başa çatmasına, subsidiyaların ilin ilk aylarında ödənilməsinə imkan verir.

Oxumağa davam et Əkin məlumatlarını sentyabrda bəyan edənlər subsudiyalarını tez alacaqlar

Əkinləri elektron sistemdə bəyan etməyən fermerlərə subsidiya verilməyəcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerləri əkin bəyanı edərkən diqqətli olmağa və əkin planlarındakı dəyişiklikləri mayın sonunadək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan etməyə çağırır. Fermerlər tərəfindən sistemə bu günə qədər təxminən 65% bəyan daxil edilib. Bəyan prosesi mayın 31-də başa çatır.

Oxumağa davam et Əkinləri elektron sistemdə bəyan etməyən fermerlərə subsidiya verilməyəcək