Etiket arxivi: #su

Zabuxçay su anbarının tikintisi üzrə müqavilələr imzalanıb

18 noyabr 2022-ci ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində Zabuxçay su anbarının və magistral boru kəmərinin layihələndirilməsi və tikintisi ilə bağlı Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş və Azərbaycanın “Nort Vest Konstrakşn” MMC şirkətləri ilə müqavilələr imzalanıb.

Oxumağa davam et Zabuxçay su anbarının tikintisi üzrə müqavilələr imzalanıb

Yasamalda su kəmərində qəza baş verib

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları vasitəsilə ərazidən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilir.

Su borusunun partlaması nəticəsində ərazidən keçən avtobusların hərəkətində gecikmələr yaşanıb.

Ərazidən keçən 211, 77, 194 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Hazırda qeyd olunan marşrtlar üzrə avtobuslar alternativ küçələr ilə hərəkət etməkdədirlər.

İçməli suyun verilməsində məhdudiyyətlər olacaq

Gün ərzində Binəqədi qəsəbəsi 1-ci, 2-ci və 3-ü mədən ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə nasos stansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar 10 oktyabr 2022-ci il tarixində.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Suvarma su təminatını qanunsuz məhdudlaşdıran vəzifəli şəxslər barəsində cinayət işləri başlanıb

Prokurorluq orqanları tərəfindən sudan istifadəyə dair qanunvericiliyinin tələblərinə əməl edilməsi tədbirlərinin davamı kimi bu sahədə ayrı-ayrı regionlardan Baş Prokurorluğa daxil olmuş çoxsaylı vətəndaş müraciətlərinin əlaqəli şəkildə təhlili nəticəsində müəyyən edilmiş qanunsuz hallarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, keçirilmiş tədbirlərlə Şəmkir rayon icra hakimiyyəti başçısının Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi -“Acı arx” Sudan İstifadəedənlər Birliyinin İdarə heyətinin sədri Abbasov Elçin İsmayıl oğlunun 2021-2022-ci illər ərzində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin qəsəbə ərazisində yaşayan ayrı-ayrı şəxslərdən istifadələrində olan əkin sahələrinin suvarılmasının təşkil edilməsi üçün kütləvi şəkildə hər hektar torpaq sahəsinə görə 500 manat olmaqla müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına, eləcə də torpaq istifadəçilərinə suvarma üçün suyun verilməsini qismən həyata keçirib təsərrüfatlarına qəsdən ziyan vurmasına əsaslı şübhələr müəyyən edilmişdir.
  Qeyd edilən hallarla bağlı cinayət işi başlanmaqla toplanmış ilkin sübutlar əsasında Elçin Abbasova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.  
  Bundan başqa, eyni xarakterli əməllərə görə torpaq istifadəçilərindən pul vəsaitinin alınması və təsərrüfatlara ziyan vurulması xüsusatları üzrə Neftçala rayon “Bərəkət”, “Qaravəlli” və digər sudan istifadəedənlər birliklərinin, habelə Neftçala Suvarma Sistemləri idarəsinin vəzifəli şəxsləri barəsində də cinayət işi başlanmışdır. 
  Hazırda hər iki cinayət işi üzrə təqsirləndirilən şəxslərin, onların əlbir olduğu digər şəxslərin və zərərçəkmişlərin dəqiq dairəsinin, habelə təsərrüfatlara vurulmuş ziyan məbləğinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir.
  Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

Qablaşdırılmış su alarkən nələrə diqqət yetirmək lazımdır?

Su – insan orqanizminin normal fəaliyyəti üçün böyük əhəmiyyət daşıyır. Gündəlik müəyyən miqdarda su qəbulunun bütün yaş qruplarından olan insanlar üçün mühüm önəmi var. Çünki orqanizmin optimal fəaliyyətini təmin etmək üçün bədəndə maye balansını qorumaq vacibdir. Əks təqdirdə, əzələ zəifliyi, yorğunluq kimi problemlər baş qaldıra bilər. Orqanizmdə su çatışmazlığı yaranarsa, bu insanın fiziki fəaliyyətlə məşğul olma qabiliyyətini poza, böyrək və ürək-damar sistemi xəstəliklərinə səbəb ola bilər. Hədsiz su itkisi başağrısı, başgicəllənməsi və ya həzm problemlərinə də yol açır.

Oxumağa davam et Qablaşdırılmış su alarkən nələrə diqqət yetirmək lazımdır?

Sel Goranboy və Naftalan şəhərlərinin içməli su infrastrukturunu sıradan çıxarıb

Son günlər müşahidə olunan intensiv yağıntılar və sel suları Goranboy və Naftalan şəhərlərini, həmçinin Goranboy rayonunun bəzi kəndlərini içməli su ilə təmin edən Ballıqaya su mənbəyinə ciddi ziyan vurub.

Oxumağa davam et Sel Goranboy və Naftalan şəhərlərinin içməli su infrastrukturunu sıradan çıxarıb

Şabranın 9 kəndinə Şollar suyu xətləri çəkiləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bölgələrdə kənd əhalisinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.

Oxumağa davam et Şabranın 9 kəndinə Şollar suyu xətləri çəkiləcək

Oxçuçayın su keyfiyyətinə nəzarət fasiləsiz onlayn şəkildə həyata keçiriləcək

Bunu Ekologiya və təbii sərvətlər nazirliyi tərəfindən Qarabağa təşkil olunan media tur çərçivəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Oxumağa davam et Oxçuçayın su keyfiyyətinə nəzarət fasiləsiz onlayn şəkildə həyata keçiriləcək

Sudan istifadənin iqtisadi tənzimlənməsi prinsipləri nəyi nəzərdə tutur?

Ölkənin şirin su ehtiyatlarının azlığı, qlobal iqlim dəyişikliyi, son illərdə yağıntıların və qonşu ölkələrdən daxil olan suların xeyli azalması, digər tərəfdən, iqtisadiyyatın müxtəlif sahələrinin sürətlə inkişafı, kənd təsərrüfatı sahələrinin genişlənməsi və nəticədə suya olan tələbatın gündən-günə artması ölkənin davamlı sosial-iqtisadi inkişafında mühüm rolu olan su ehtiyatlarının qənaətlə istifadəsi və mühafizəsini olduqca əhəmiyyətli edir.

Oxumağa davam et Sudan istifadənin iqtisadi tənzimlənməsi prinsipləri nəyi nəzərdə tutur?

Ağdam və Tərtər rayonlarının su ilə təmin edilməsinə 1,4 mln manat vəsait ayrılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalanıb.

Oxumağa davam et Ağdam və Tərtər rayonlarının su ilə təmin edilməsinə 1,4 mln manat vəsait ayrılıb

Naxçıvanın su təchizatının təmin edilməsinə 1 mln manat vəsait ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Oxumağa davam et Naxçıvanın su təchizatının təmin edilməsinə 1 mln manat vəsait ayrılıb

Su defisitinin qarşısının alınması üçün hansı tədbirlər görüləcək?

Dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. Bu məsələlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir.

Oxumağa davam et Su defisitinin qarşısının alınması üçün hansı tədbirlər görüləcək?

Prezident İlham Əliyev: Su təchizatı sahəsində ən müasir texnologiyalar Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

Oxumağa davam et Prezident İlham Əliyev: Su təchizatı sahəsində ən müasir texnologiyalar Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir

Su infrastrukturu payız-qış mövsümünə

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti payız-qış mövsümünə hazırlıqlar çərçivəsində tədbirləri davam etdirir. Payız və qış aylarında yağıntıların intensivləşəcəyi nəzərə alınaraq tullantı su infrastrukturunun istismar vəziyyəti yoxlanılır, şəbəkə və kollektorların, yağış barmaqlıqları və baxıcı quyuların istismar vəziyyəti öyrənilir.

Oxumağa davam et Su infrastrukturu payız-qış mövsümünə

Ermənistan Azərbaycanın sərhəd kəndinin su anbarına gələn çayın qarşısını kəsib – ekoloji terror VİDEO ​

Torpaqlarımızın 20 faizini işğal edən mənfur qonşumuz Ermənistan tez-tez cəbhədə təxribatlar törətməklə yanaşı, ekoloji terrorlarını da davam etdirirlər. Qazax rayonunun Kəmərli kəndindəki su anbarına tökülən çay düşmən tərəfdən gəldiyi üçün onun qarşısı kəsilib. Bu səbəbdən kənddəki anbarda su nəzərəçarpacaq dərəcədə azalıb. Çayların qarşısını kəsməklə sakinləri susuz qoyaraq ekoloji terrora əl atan düşmən bu cür çirkin üsullardan istifadə etməyə üstünlük verir.

Oxumağa davam et Ermənistan Azərbaycanın sərhəd kəndinin su anbarına gələn çayın qarşısını kəsib – ekoloji terror VİDEO ​