Etiket arxivi: #sahibkarlar

Sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstəriləcək

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında fərman imzalayıb.

Oxumağa davam et Sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstəriləcək

Sahibkarlar elektrik və sənaye qaz qurğularının istismarına icazə sənədini “Bakı KOB evi”ndə ala bilərlər

Sahibkarlar Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən göstərilən xidmətlər – gücü 150 kilovatdan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı və sənaye qaz qurğularının istismarına icazənin alınması üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər.

Oxumağa davam et Sahibkarlar elektrik və sənaye qaz qurğularının istismarına icazə sənədini “Bakı KOB evi”ndə ala bilərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlara hansı vergi təşviqləri verilib?

“İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə iqtisadi və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi, habelə həmin ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiya təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi tapşırılıb.

Oxumağa davam et İşğaldan azad edilmiş ərazilərdə sahibkarlara hansı vergi təşviqləri verilib?

Sahibkarlara birgə “Əmək və Məşğulluq” altsisteminə dair müzakirə aparılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) sahibkarlarla müzakirəsinə həsr olunmuş görüş keçirilib.

Oxumağa davam et Sahibkarlara birgə “Əmək və Məşğulluq” altsisteminə dair müzakirə aparılıb

KOBİA sahibkarları termal sulardan istifadə üzrə layihədə iştiraka dəvət edib

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi iş adamlarını Kürdəmir rayonunun Carlı və Sor-Sor sahələrində qazılmış Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olan və istismara yararlı hesab edilən kəşfiyyat quyularının termal sularından istifadə etməklə biznes layihələri ilə bağlı təklif verməyə dəvət edib.

Oxumağa davam et KOBİA sahibkarları termal sulardan istifadə üzrə layihədə iştiraka dəvət edib

Sahibkarlar üçün ödənişsiz təlimlər keçirilir

Mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün müxtəlif dəstək tədbirləri və güzəştlərlə yanaşı, onların sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının, məlumatlılıq səviyyəsinin artırılması da dövlət tərəfindən dəstəklənir.

Oxumağa davam et Sahibkarlar üçün ödənişsiz təlimlər keçirilir

Sahibkarlara 70 mln manata yaxın dövlət maliyyə dəstəyi göstərilib

Azərbaycan Respublikasının Nazirlər Kabinetinın 23 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstərilib.

Oxumağa davam et Sahibkarlara 70 mln manata yaxın dövlət maliyyə dəstəyi göstərilib

Pandemiyadan zərər çəkmiş sahibkarlara yenidən maliyyə dəstəyi göstəriləcək – VİDEO TƏLİMAT

Azərbaycan Respublikasının Nazirlər Kabinetinın 23 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstəriləcək.

Oxumağa davam et Pandemiyadan zərər çəkmiş sahibkarlara yenidən maliyyə dəstəyi göstəriləcək – VİDEO TƏLİMAT

Karantinin sərtləşdirildiyi regionlarda sahibkarlara yenidən maliyyə dəstəyi göstəriləcək

Sərtləşdirilmiş karantin rejimi tətbiq edilən rayon və şəhərlərdə fəaliyyət göstərən sahibkarlara yenidən maliyyə dəstəyi göstəriləcək.

Oxumağa davam et Karantinin sərtləşdirildiyi regionlarda sahibkarlara yenidən maliyyə dəstəyi göstəriləcək

Ermənistanın təxribatı nəticəsində 160 sahibkarlıq subyektinə ziyan dəyib

Oktyabrın 13-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Agentliyin və Dövlət Vergi Xidmətinin məsul əməkdaşları Gəncə şəhərində və Bərdə rayonunda Ermənistanın hərbi təxribatından zərər çəkmiş sahibkarlarla görüşüb, onların təsərrüfatına və sahibkarlıq obyektlərinə dəymiş ziyanla yerində tanış olublar.

Oxumağa davam et Ermənistanın təxribatı nəticəsində 160 sahibkarlıq subyektinə ziyan dəyib

AQTA hərbi vəziyyətlə bağlı sahibkarları daha diqqətli olmağa çağırdı

Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması müharibə dövrünün şərtlərinə uyğun olaraq bizlərdən xüsusi yanaşma və  məsuliyyət tələb edir.

Oxumağa davam et AQTA hərbi vəziyyətlə bağlı sahibkarları daha diqqətli olmağa çağırdı

KOBİA sahibkarları bilik bacarıqlarını artırmağa çağırlb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yeni biznes qurmaq və mövcud biznesini genişləndirmək istəyən sahibkarlara müraciət edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, biznesin planlaşdırılması, marketinq, satış, bazar araşdırması, sahibkarlıq sahəsində qanunvericilik, maliyyənin və insan resurslarının idarə olunması və digər istiqamətlərdə təlim və məsləhət xidmətlərindən faydalanmaq istəyən mikro, kiçik və orta sahibkarlar, həmçinin öz biznesini qurmaq istəyən potensial sahibkarlar KOBİA-nın Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər.
KOB inkişaf mərkəzlərində, həmçinin sahibkarlıq subyektlərinə, eləcə də startaplara, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlara, əlilliyi olan şəxslərə və gənclərə dövlətin güzəştli maliyyə resursları haqqında məlumatlandırma, KOB-ların şəbəkələşməsi və beynəlxalq proqramlarda iştirak istiqamətlərində də dəstək göstərilir. KOB inkişaf mərkəzlərində göstərilən bütün xidmətlər ödənişsizdir. KOB inkişaf mərkəzlərinin təlim, məsləhət və digər xidmətlərindən faydalanmış sahibkarlara biznesin sonrakı mərhələlərində də dəstək göstəriləcək.
Biznes sahəsində bilik və bacarıqlarını artırmaq istəyən KOB subyektləri aşağıdakı əlaqə vasitələrindən istifadə etməklə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər.
Bakı KOB İnkişaf Mərkəzi
Ünvan: Bakı şəhəri, S.Vurğun küçəsi, 143, “World Business Center”, 10-cu mərtəbə
Əlaqə telefonu: (+994 12) 497 07 10/11/12, mobil/watsapp: (+994 50) 225 38 88
E-mail: “baki@kobim.az”
Sumqayıt KOB İnkişaf Mərkəzi
Ünvan: Sumqayıt şəhəri, Sülh küçəsi 26, Sumqayıt Biznes Mərkəzi, 2-ci mərtəbə
Əlaqə telefonu: (+994 55) 209 30 75
E-mail: “sumqayit@kobim.az”
Az1069, Bakı, Atatürk pr.,134
Tel:(+994 12) 404 04 01
E-mail: “info@smb.gov.az”, “www.smb.gov.az

KOBİA sahibkarları sənaye parkları və məhəllələrinin imkanlarından daha geniş istifadə etməyə çağırır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarları, xüsusilə də kiçik və orta biznes subyektlərini Mingəçevir Sənaye Parkı və Sabirabad Sənaye Məhəlləsində yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət edir.

Oxumağa davam et KOBİA sahibkarları sənaye parkları və məhəllələrinin imkanlarından daha geniş istifadə etməyə çağırır

Fərdi sahibkarlara növbəti maliyyə dəstəyi göstərilir

Azərbaycan Respublikası Prezidentinin tapşırığına və Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə müvafiq qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fərdi (mikro) sahibkarlara vəsaitlərin köçürülməsi ilə bağlı prosesə start verilib.

Oxumağa davam et Fərdi sahibkarlara növbəti maliyyə dəstəyi göstərilir