Etiket arxivi: #sərhəd

Sərhəddə 7 azyaşlı uşaq saxlanılıb

Oktyabr ayının 3-də saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Gürcüstan Respublikasından Azərbaycan Respublikası istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.

Oxumağa davam et Sərhəddə 7 azyaşlı uşaq saxlanılıb

Kolin Kahlın və Zakir Həsənov Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış qarşıdurmanı müzakirə ediblər

Müdafiə naziri ilə ABŞ müdafiə katibinin müavini arasında telefon danışığı olub.

Oxumağa davam et Kolin Kahlın və Zakir Həsənov Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış qarşıdurmanı müzakirə ediblər

Ermənistanın sərhəddəki təxribatı ilə bağlı cinayət işi başlanıb

Ermənistan silahlı qüvvələrinin bölmələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyası və onun Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının tələblərini kobud şəkildə pozaraq 2022-ci il sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Oxumağa davam et Ermənistanın sərhəddəki təxribatı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın görüşü keçirilib

30 avqust 2022-ci il tarixində Moskva şəhərində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında, müvafiq olaraq, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci görüşü keçirilib.

Oxumağa davam et Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın görüşü keçirilib

Türkiyə və Ermənistan üçüncü ölkələrin vətəndaşları üçün quru sərhədləri açır 

Türkiyə və Ermənistan arasında Normallaşma Prosesi üzrə xüsusi nümayəndələrin – səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında dördüncü görüş bu gün Vyanada keçirilib.

Oxumağa davam et Türkiyə və Ermənistan üçüncü ölkələrin vətəndaşları üçün quru sərhədləri açır 

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın növbəti görüşü Moskvada keçiriləcək

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü gələn həftə Moskvada keçiriləcək.

Oxumağa davam et Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın növbəti görüşü Moskvada keçiriləcək

Azərbaycan – Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalayıb.

Oxumağa davam et Azərbaycan – Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb

Üç yeniyetmə İrandan sərhədi keçərkən Azərbaycanda saxlanılıb

Yanvar ayının 17-də saat 15:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Biləsuvar rayonunun Amankənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 3 nəfər şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulması müşahidə edilib və sərhəd pozucuları sərhəd naryadı tərəfindən saxlanılıb.

Oxumağa davam et Üç yeniyetmə İrandan sərhədi keçərkən Azərbaycanda saxlanılıb

Ermənistan silahlı qüvvələri dövlət sərhədində yenidən təxribatlar törədib

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.

Oxumağa davam et Ermənistan silahlı qüvvələri dövlət sərhədində yenidən təxribatlar törədib

Sərhədlərin delimitasiyası Azərbaycanın ərazi bütövlüyü tanınaraq aparılacaq

MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 25-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Oxumağa davam et Sərhədlərin delimitasiyası Azərbaycanın ərazi bütövlüyü tanınaraq aparılacaq

Müdafiə naziri Ermənistanla sərhəddə istənilən təxribata hazır olmağa çağırıb

Bu gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Oxumağa davam et Müdafiə naziri Ermənistanla sərhəddə istənilən təxribata hazır olmağa çağırıb

XİN: Sərhəd demarkasiyası və delimitasiyası sülh və təhlükəsizliyin təminatı üçün açar rolunu oynayır

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistanın Azərbaycan-Ermənistan sərhədindəki son gərginliklə bağlı iddiaları ilə bağlı və beynəlxalq ictimaiyyıtin ən son sərhəd gərginliyinə reaksiyası ilə bağlı suallarını cavablandırıb.

Oxumağa davam et XİN: Sərhəd demarkasiyası və delimitasiyası sülh və təhlükəsizliyin təminatı üçün açar rolunu oynayır

Azərbaycan-Rusiya sərhədi qışın sonuna kimi bağlı qalacaq

Rusiya və Azərbaycanda koronavirusa yoluxanların sayının kəskin artması və ölkəmizdə sərt karantin tədbirlərinin tətbiqi ilə əlaqədar Rusiya Federasiyası (Dağıstan Respublikası) ilə Azərbaycan Respublikası arasında quru dövlət sərhədi vətəndaşların keçidi üçün 2021-ci ilin 1 mart tarixinədək bağlı olacaq.

Oxumağa davam et Azərbaycan-Rusiya sərhədi qışın sonuna kimi bağlı qalacaq