Etiket arxivi: #şəhid

Antiterror tədbirləri nəticəsində 192 hərbi qulluqçu şəhid olub, 511 nəfər yaralanıb

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.

Oxumağa davam et Antiterror tədbirləri nəticəsində 192 hərbi qulluqçu şəhid olub, 511 nəfər yaralanıb

Qarabağda şəhid olmuş və yaralanmış hərbiçilərimizin banklara olan bütün borcları silinir

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyəti antiterror tədbirləri çərçivəsində Qarabağda şəhid olmuş və yaralanmış hərbiçilərimizin banklarda olan bütün borcları silinməsi ilə bağlı qərar qəbul edib.

Oxumağa davam et Qarabağda şəhid olmuş və yaralanmış hərbiçilərimizin banklara olan bütün borcları silinir

Kimlər müharibə veteranı hesab edilir və bu adı almaq üçün hansı sənədlər təqdim edilməlidir?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müharibə veteranı adını kimlərin ala bildiyini, bunun üçün hansı sənədlərin təqdim edilməsi tələb olunduğu ilə bağlı və şəhid ailəsi statusunu verə biləcək qurumlarla bağlı məlumat yayıb.

Oxumağa davam et Kimlər müharibə veteranı hesab edilir və bu adı almaq üçün hansı sənədlər təqdim edilməlidir?

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Oxumağa davam et Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

Dövlət Təhlükəsizlik Xidməti İkinci Vətən müharibəsi şəhidlərinə həsr edilmiş videoçarx hazırlayıb – VİDEO

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) Qarabağ uğrunda İkinci Vətən müharibəsi şəhidlərinin Anım Günü münasibəti ilə videoçarx hazırlayıb.

Oxumağa davam et Dövlət Təhlükəsizlik Xidməti İkinci Vətən müharibəsi şəhidlərinə həsr edilmiş videoçarx hazırlayıb – VİDEO

Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi şəhidlərinin Anım gününü qeyd edir

Bu gün sentyabrın 27-də, Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi şəhidlərinin Anım gününü qeyd edir. Bu gün minlərlə azərbaycanlı gəncin vaxtsız dünyasını dəyişdiyi, ailələrin başsız , uşaqların atasız qaldığı kədər dolu bir gündür. Minlərlə ananın arzuları ürəyində, qözü yaşlı qalıb. Onların övladları Vətən uğrunda canlarını verdilər ki, Azərbaycan 30 ildən sonra Zəfər gününü qeyd etsin, torpaqlarını işğaldan azad etsin və bu torpaqlarda daimi sülh bərqərar olsun, gələcək nəsillər əminamanlıq şəraitində yaşasınlar.

Oxumağa davam et Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi şəhidlərinin Anım gününü qeyd edir

Baş prokurorluq şəhid atasının Facebook paylaşımı ilə bağlı araşdırma aparır

Azərbaycan Silahlı Qüvvələri tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı törədilən erməni təxribatlarının qarşısının qətiyyətlə alındığı həssas bir dönəmdə müxtəlif sosial şəbəkələrdə Azərbaycan ordusu və hərbçilərinin nüfuzdan salınması istiqamətində təxribat xarakterli müxtəlif məlumatların paylaşılması müşahidə edilməkdədir. 

Oxumağa davam et Baş prokurorluq şəhid atasının Facebook paylaşımı ilə bağlı araşdırma aparır

Baş Prokurorluq şəhid qardaşının videosuna cavab olaraq Facebookda keçirilən #üzristəyirəm aksiyasına reaksiya verib

Baş Prokurorluq şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun bu günlərə yayımlanan hər iki videosu ilə bağlı araşdırmaya başlayıb.

Oxumağa davam et Baş Prokurorluq şəhid qardaşının videosuna cavab olaraq Facebookda keçirilən #üzristəyirəm aksiyasına reaksiya verib

Şəhid olan hərbi qulluqçuların siyahısı açıqlanıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi şəhid olan hərbi qulluqçuların siyahısını açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələri 50 şәhid verib.

Şəhid olan hәrbi qulluqçuların siyahısı burada göstərilib.

Şəhidlərimiz İkinci Fəxri xiyabanda dəfn olunub VİDEO

Şəhidlərimiz İkinci Fəxri xiyabanda dəfn olunur.

TITrend xəbər verir ki, dəfn mərasimindən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatının qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub

Ermənistanın təxribatı nəticəsində Azərbaycanın Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu şəhid olub

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Oxumağa davam et Ermənistanın təxribatı nəticəsində Azərbaycanın Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu şəhid olub

Daha 151 nəfər özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 151 şəhid ailəsi üzvü və müharibə veteranı özünüməşğulluq proqramı əsasında aktivlərlə təmin edilib.

Oxumağa davam et Daha 151 nəfər özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı

Azercell-in Vətən müharibəsi qaziləri və şəhid övladları üçün keçirdiyi peşə təlimləri başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycanda Amerika Ticarət Palatası İctimai Birliyinin (AmCham Azərbaycan), “Azercell Telekom” MMC-nin və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin (JA Azərbaycan) tərəfdaşlığı ilə Vətən müharibəsi qaziləri və şəhid övladları üçün həyata keçirilən sosial təşəbbüs başa çatıb.

Oxumağa davam et Azercell-in Vətən müharibəsi qaziləri və şəhid övladları üçün keçirdiyi peşə təlimləri başa çatıb

Şəhid ailələri və müharibə əlillərinə 200 mənzil təqdim edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 2-də
Bakının Sabunçu rayonunda açılışı olan yeni yaşayış kompleksindən artıq 200 mənzil şəhid
ailələri və müharibə əlillərinə təqdim edilib.

Oxumağa davam et Şəhid ailələri və müharibə əlillərinə 200 mənzil təqdim edilib

Bakı metropoliteni 20 Yanvar şəhidlərinin xatirəsini qatarları bir dəqiqəlik dayandırmaqla yad edəcək

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək və gün ərzində xüsusi tədbirlər planı həyata keçiriləcək.

Oxumağa davam et Bakı metropoliteni 20 Yanvar şəhidlərinin xatirəsini qatarları bir dəqiqəlik dayandırmaqla yad edəcək

Hərbi qulluqçumuz Kəlbəcərdə şəhid olub

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Oxumağa davam et Hərbi qulluqçumuz Kəlbəcərdə şəhid olub

Şəhid jurnalistlər orden ilə təltif ediliblər

İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

Oxumağa davam et Şəhid jurnalistlər orden ilə təltif ediliblər

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı açıqlanıb – SİYAHI

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, bu günədək 2723 şəhidimiz dəfn edilib.

Oxumağa davam et Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı açıqlanıb – SİYAHI

Ermənistanın növbəti təxribatı nəticəsində daha bir Azərbaycan hərbçisi, üç oğul atası, şəhid olub – FOTO

Sentyabrın 20-si saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib. PUA-nın geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub.

Oxumağa davam et Ermənistanın növbəti təxribatı nəticəsində daha bir Azərbaycan hərbçisi, üç oğul atası, şəhid olub – FOTO