Etiket arxivi: #səfərbərlik

Yanvarda kimlər və hansı qaydada müddətli həqiqi hərbi xidmətə çağırılacaq?

Prezident İlham Əliyevin dekabrın 22-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” Sərəncama əsasən 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Oxumağa davam et Yanvarda kimlər və hansı qaydada müddətli həqiqi hərbi xidmətə çağırılacaq?

Azərbaycanda qismən səfərbərlik elan edilib

Azərbaycan Respublikası Prezidenti İlham İliyev Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndini rəhbər tutaraq ölkədə qismən səfərbərlik elan edilməsi haqda sərəncam imzalayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin ediləcək.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll edilməsi .

Bu Sərəncam bu gündən etibarən qüvvəyə minir.