Etiket arxivi: #Qurbanbayramı

Bu gün İslam dünyası Qurban bayramını qeyd edir

İslam aləminin ən əziz və müqəddəs günlərindən biri – “Eyd-ül-Əzha” –Qurban bayramı müqəddəs Qurani-Kərimdə Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Qurban bayramı ilə bağlı ictimaiyyəti maraqlandıran bütün suallara cavab verərək tövsiyələrini edib.

Ayeyi-şərifdə buyurulur ki: «Rəbbin üçün namaz qıl və qurban kəs!»(«əl-Kövsər» surəsi, 2).

Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir. Allah-Təalanın müsəlmanlara bəxş etdiyi müqəddəs Qurban Bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edir, Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyib.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramına dair aşağıdakı tövsiyələrini çatdırır.

Bildiririk ki, qurban kəsmək, əsasən, Məkkədə zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə ola bilər. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində kəsilən qurbanlıqları baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib, dövlət tərəfindən xüsusi ayrılmış yerlərdə icra edəsiniz.

Qurban kəsməyə imкаnı оlmаyаnlаrın Qurbаn günü ibadət və duaları Allah-Təala yanında savab əməllərdəndir. Bu tövsiyələr pandemiya dövründə yaranmış xüsusi karantin qaydalarına əməl olunması və insanların sağlamlığının qorunması məqsədilə təqdim olunur. Şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər.

Аllаh-Təаlа insаnlаrın mənən sаflаşmаsı və həmrəyliyinə nail olması məqsədilə qərаr verdiyi bu bаyrаm günlərində кəsdiyiniz qurbаnlаrı qəbul etsin.

DYP Qurban bayramı ilə bağlı sürücülərə müraciət edib

Qarşıdan gələn Qurban bayramı ilə bağlı 4 gün ardıcıl qeyri-iş gününün elan edilməsi şəhər sakinlərinin rayonlara və bölgələrdəki istirahət mərkəzlərinə səfər etmələrinə şərait yaradacaq ki, bununla da avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyinin yüksələcəyi ehtimal olunur.

Oxumağa davam et DYP Qurban bayramı ilə bağlı sürücülərə müraciət edib

AQTA Qurban bayramı ilə bağlı ictimaiyyətə müraciət edib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xalqımızı qarşıdan gələn Qurban bayramı münasibəti ilə təbrik edir. Agentlik bayram ərəfəsində bu sahədə fəaliyyət göstərən şəxsləri dini ayinlərlə yanaşı, heyvan kəsimini və satışını müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırır. 

Oxumağa davam et AQTA Qurban bayramı ilə bağlı ictimaiyyətə müraciət edib