Etiket arxivi: #QİÇS

Hansı əlamətlər QİÇS-ə yoluxma şübhəsi yarada bilər?

Ötən əsrin yeni çarəsiz yoluxucu xəstəliklərindən biri olan QİÇS bir çox ölkələrdə geniş yayılmaqdadır. Dəhşətlisi isə odur ki, əksər hallarda insanlar virusa yoluxduqlarından xəbərləri olmur və aktiv həyat tərzi apararaq əlaqədə olduqları insanları da yoluxdururlar və proses öz axarı ilə uzun müddət davam edə bilər, o vaxta kimi ki, təsadüf nəticəsində və ya xəstəlik artıq özünü ciddi şəkildə büruzə verdikdə aşkar edilir. Dünya üzrə rəsmi qeydiyyatda olanların statistik məlumatları heçdə real vəziyyəti əks etmir, çünki virus uzun müddət özünü büruzə vermir. Lakin bu sahə üzrə mütəxəssislər bəzi əlamətlərə görə xəstəliyin erkən diaqnostikasını edə bilirlər.

Oxumağa davam et Hansı əlamətlər QİÇS-ə yoluxma şübhəsi yarada bilər?

Azərbaycanda 7449 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır

Hər il may ayının üçüncü istirahət günü QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə günü kimi qeyd edilir. Xatirə günü QİÇS-dən vəfat edənlərin yad olunması, insanları QİÇS-ə yoluxma təhlükəsi haqqında düşünmələri, onların irqindən, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, QİÇS-dən sığortalanmadıqlarını dərk etmələrinə çağırır. Eyni zamanda, bu tədbir cəmiyyətin diqqətini, İİV-lə yaşayan insanlara qarşı stiqma və diskriminasiyanı aradan qaldırmaq, onların ailə üzvlərinə, yaxınlarına və dostlarına dəstək vermək, geniş ictimaiyyətə İİV/QİÇS haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır.

Oxumağa davam et Azərbaycanda 7449 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır

AİDS/QİÇS-ə necə yoluxa bilərsiniz?

AİDS/QİÇS XX əsrin ən qorxulu xəstəliyi sayılır. Qazanılmış İmmunçatmazlığı Sindromu xəstəliyi İİV orqanizmə daxil olduqda orqanizmin immun sistemini tamamilə yox edir. Bununla da yoluxmuş adamın digər xəstəliklərə qarşi həssaslığı artır və sadə soyuqdyməyə qarşı dözümü olmur. Azərbaycanda ilk dəfə QİÇS virusu 1992-ci ildə aşkar edilib, lakin dünyada bu xəstəlik ilk dəfə Konqo, daha sonra isə Haitidə 60-70-ci illərdə aşkar edilib, 80-ci illərdə isə artıq geniş yayılmağa başlayıb.

Oxumağa davam et AİDS/QİÇS-ə necə yoluxa bilərsiniz?

Təhlükəli statistika: Dünyada 7,2 milyon insan QİÇS-ə yoluxduğunu bilmir

1 dekabr tarixində bütün bəşəriyyətin qeyd etdiyi Ümumdünya QİÇS-lə Mübarizə Günündə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova müsahibə verib.

Oxumağa davam et Təhlükəli statistika: Dünyada 7,2 milyon insan QİÇS-ə yoluxduğunu bilmir