Etiket arxivi: #qətl

Qəsdən iki nəfəri qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib

Cari il fevralın 19-da Tərtər rayonu ərazisində 1981-ci il təvəllüdlü Gülnar Məmmədova və 1992-ci il təvəllüdlü Namiq Allahverdiyevin öldürülmələrinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Oxumağa davam et Qəsdən iki nəfəri qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakıda qətldə təqsirləndirilən idmançı öldürdüyü şəxsin anasına xəsarət yetirdi


Bakıda idman zalında qətl törətməkdə təqsirləndirilərək 15 il azadlıqdan məhrum olan idmançı Əli Abbasov Bakı Apellyasiya Məhkəməsində qətlə yetirilmiş Bəxtiyar Nəsibovun anasına xəsarət yetirib.

Oxumağa davam et Bakıda qətldə təqsirləndirilən idmançı öldürdüyü şəxsin anasına xəsarət yetirdi

20 il əvvəl törədilən qətl ilə bağlı cinayət işi başlanıb

Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Muxtar Respublikanın Daxili İşlər Nazirliyi, eləcə də Ordubad rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə Ordubad rayonunun Xurs kəndində qeyri-aşkar şəraitdə qəsdən adam öldürmə cinayəti müəyyən edilib.

Oxumağa davam et 20 il əvvəl törədilən qətl ilə bağlı cinayət işi başlanıb

Qadının qarət etmək məqsədi ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Oxumağa davam et Qadının qarət etmək məqsədi ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Hərbçi yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilir ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçhin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Ağdam hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

Oxumağa davam et Hərbçi yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

Vəzifəli şəxsin qızını və qaynanasını qətlə yetirən şəxslər barədə cinayət işi 18 il sonra məhkəməyə göndərilib

18 il əvvəl İcra Hakimiyyəti başçısının birinci müavininin qızını və qaynanasını qəsdən öldürməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.

Oxumağa davam et Vəzifəli şəxsin qızını və qaynanasını qətlə yetirən şəxslər barədə cinayət işi 18 il sonra məhkəməyə göndərilib

24 il əvvəl törədilmiş qətl üzrə cinayət işi tamamlanıb

1998-ci il aprelin 26-da Bakı Balıq hisləmə zavodunun 2 saylı sexində usta işləyən Mübariz Rəsulovun meyitinin aşkar olunması faktına görə həmin tarixdə Nəsimi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə (köhnə redaksiyada) başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Oxumağa davam et 24 il əvvəl törədilmiş qətl üzrə cinayət işi tamamlanıb

“Qardaşlar” marketdə qətl ilə bağlı istintaq tamamlanıb

14 mart 2022-ci il tarixdə saat 23 radələrində Binəqədi rayonu, İsrafil Həşimov küçəsində yerləşən “Qardaşlar” marketin içərisində 1984-cü il təvəllüdlü Yusifov Zaur Əli oğlunun odlu silahdan atəş edilərək qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Oxumağa davam et “Qardaşlar” marketdə qətl ilə bağlı istintaq tamamlanıb

Qaradağda törədilmiş qətlin üstü “isti izlərlə” açılıb

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Oxumağa davam et Qaradağda törədilmiş qətlin üstü “isti izlərlə” açılıb

Əmisi qızını amansızca qətlə yetirən şəxs həbs edilib

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir cinayətin üstü açılıb. Əmisi qızını amansızcasına qətlə yetirib şəxs həbs edilib.

Oxumağa davam et Əmisi qızını amansızca qətlə yetirən şəxs həbs edilib

Ombudsman Uşaq Sığınacağına yerləşdirilən qadının qətli ilə bağlı yayılan məlumatı araşdırıb

Azyaşlı övladları ilə birlikdə “Ümid Yeri” Uşaq Sığınacağına yerləşdirilən qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat Ombudsman tərəfindən araşdırılaraq nəzarətə götürülüb.

Oxumağa davam et Ombudsman Uşaq Sığınacağına yerləşdirilən qadının qətli ilə bağlı yayılan məlumatı araşdırıb