Etiket arxivi: #qəbul

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub

Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Oxumağa davam et Ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub

Müsabiqə və olimpiada qalibləri ali təhsil müəssisələrinə qəbul üçün hansı sənədləri təqdim etməlidirlər?

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Oxumağa davam et Müsabiqə və olimpiada qalibləri ali təhsil müəssisələrinə qəbul üçün hansı sənədləri təqdim etməlidirlər?

İkili diplom proqramına növbəti tədris ili üzrə sənəd qəbuluna başlanılır

İyunun 6-da 2022-2023-cü tədris ili üçün Bakı Mühəndislik Universiteti və Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İNHA Universiteti arasında bakalavriat səviyyəsi üzrə həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) dair onlayn qeydiyyat prosesinə start veriləcək.

Oxumağa davam et İkili diplom proqramına növbəti tədris ili üzrə sənəd qəbuluna başlanılır

DİM həftəsonu qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 21-də III ixtisas qrupu, mayın 22-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Mayın 22-də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək.

Oxumağa davam et DİM həftəsonu qəbul imtahanı keçiriləcək

İqtisadi Elmi Tədqiqat İnstitutu doktorantura və dissertantura proqramlarına qəbul elan edib

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140s nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na əsasən, 2022-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktorantura (əyani və qiyabi) və dissertanturaya, elmlər doktoru hazırlığı üzrə isə dissertanturaya qəbul elan edib.

Oxumağa davam et İqtisadi Elmi Tədqiqat İnstitutu doktorantura və dissertantura proqramlarına qəbul elan edib

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul sistemi yenidən aktiv edilib

Dövlət İmtahan Mərkəzinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.

Oxumağa davam et Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul sistemi yenidən aktiv edilib

Xaricdə doktoranturaya dair 2022-ci il üzrə ilk sənəd qəbuluna başlanılır

Təhsil Nazirliyi nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2022-ci il üzrə ilk sənəd qəbulunda iştirak etməyə dəvət edib.

Oxumağa davam et Xaricdə doktoranturaya dair 2022-ci il üzrə ilk sənəd qəbuluna başlanılır

Magistraturaya qəbul imtahanlarında yeni qaydalar tətbiq ediləcək

Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün test imtahanını iki dəfə – bir dəfə fevral və ya mart ayında, ikinci dəfə isə may və ya iyun ayında təşkil etməyi planlaşdırır. Magistraturaya qəbul imtahanının 1-ci cəhdinin fevralın ayının 20-də keçirilməsi nəzərdə tutulur.

Oxumağa davam et Magistraturaya qəbul imtahanlarında yeni qaydalar tətbiq ediləcək

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Müdafiə Nazirliyinin hərbi hissələrində zabit vəzifələrdə həqiqi hərbi xidmət keçmək istəyən müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 28 yaşınadək olan vətəndaşlar avqustun 9-dan 30-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Oxumağa davam et “Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinə şagirdlərin qəbulunu elan edib

Xüsusi Məktəbin V sinfinə qəbul imtahanında 2021-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan, VI, VII, VIII və IX siniflərə keçiriləcək qəbul imtahanlarında qəbul aparılan ildə ümumi təhsil pilləsinin həmin (müvafiq) sinfində təhsil alan, fiziki cəhətdən sağlam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Oxumağa davam et Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinə şagirdlərin qəbulunu elan edib

Xaricdə dövlət hesabına doktorantura təhsili üçün sənəd qəbulu davam edir

Təhsil Nazirliyinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yaz semestri üçün sənəd qəbulu davam edir.

Oxumağa davam et Xaricdə dövlət hesabına doktorantura təhsili üçün sənəd qəbulu davam edir

İkili diplom proqramı üzrə əlavə qəbul üçün müsabiqə elan edilir

Koreya Respublikasının İnha Universiteti və Bakı Mühəndislik Universiteti arasında bakalavriat pilləsi üzrə birgə təşkil edilən ikili diplom proqramı çərçivəsində inşaat mühəndisliyi və elektrik mühəndisliyi ixtisaslarına 2020-2021-ci tədris ilinin yaz semestri üçün əlavə sənəd qəbulu elan edilir.

Oxumağa davam et İkili diplom proqramı üzrə əlavə qəbul üçün müsabiqə elan edilir

“Məşğulluğa Dəstək Layihəsi” üzrə müraciətlərin qəbuluna başlanıldı

Dünya Bankının dəstəyi ilə Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbuluna başlanıb.

Oxumağa davam et “Məşğulluğa Dəstək Layihəsi” üzrə müraciətlərin qəbuluna başlanıldı