Etiket arxivi: #partlayış

Nüvə partlayışı zamanı nə etməli?

Nüvə partlayışı ionlaşdırıcı şüa mənbələrinin istifadə olunduğu müəssisələrdə qəza zamanı və nüvə silahlarının tətbiqi zamanı baş verir. Bu zaman güclü səs, titrəyiş hiss olunur və səmada gözqamaşdırıcı alovlu kürə əmələ gəlir. Partlayışdan bir neçə dəqiqə sonra on, bəzən də yüz kilometrlərlə ərazidə torpaq, açıq su mənbələri, hava, bitki örtüyü, tikililər və s. radioaktiv maddələrlə çirklənir.

TIME Fövgəladə Hallar Nazirliyinin məlumatına istinadən bildirir ki, canlılar ciddi fiziki xəsarətlərə, qida, su, hava vasitəsilə radioaktiv şüalanmaya məruz qalır.

Nüvə partlayışı zamanı görüləcək təhlükəsizlik tədbirləri aşağıda təqdim edilib:

  • parlayış uzaq məsafədə baş versə belə, dalğası və radioaktiv toz buludları sizə 30 saniyə və ya daha gec gəlib çata bilər;
  • partlayışın gözqamaşdırıcı alovlu kürəsinə baxmayın (şüanın təsirindən görmə qabiliyyətinizi itirə bilərsiniz);
  • radiasiyadan qorunmaq üçün mümkün qədər tez, qapalı məkanda və ya yeraltı sığınacaqda daldalanmağa çalışın;
  • daldalandığınız məkanın qapı və pəncərələrini, havalandırma sistemlərini möhkəm bağlayın, məsamələri izolə edin;
  • qapalı yer tapa bilmirsinizsə, müdafiə oluna biləcəyiniz hər hansı predmetin arxasına sığının, nəfəs yollarını və gözlərinizi hər hansı qoruyucu vasitə (parça, əleyhqaz, qoruyucu maska, gözlük və s.) ilə qoruyun, bədəninizin açıq hissələrini örtün;
  • döşəməyə (və ya yerə) uzanın, başınızı sinənizə sıxaraq onu qollarınızla qoruyun;
  • daldalandığınız məkanı aidiyyəti qurumların göstərişi olmadan tərk etməyin, onların təlimatlarına (təxliyyə və s.) əməl edin;
  • səhhətinizdə hər hansı dəyişiklik baş verərsə, təcili tibbi yardım çağırın;
  • radioaktiv maddələrlə çirklənmiş əşyalara toxunmayın (bu, ərazidə gördüyünüz hər hansı əşya ola bilər);“Radiasiya təhlükəsi” və ya “Təhlükəli materiallar” nişanları qoyulan ərazilərə yaxınlaşmayın;
  • radioaktiv maddələrlə çirklənmiş ərazilərdən cəld və mümkün qədər uzaqlaşın;
  • çirklənmiş ərazidə istehsal olunan kənd təsərrüfatı məhsulları, balıq və ov ətinin istifadəsinə qoyulan qadağalara riayət edin;
  • radioaktiv təhlükə zamanı ev heyvanlarını bir neçə günlük qida və su ilə təmin edərək qapalı yerdə saxlayın, onlarla təması məhdudlaşdırın.

Türkiyədə partlayış baş verdiyi mədəndə kömür istehsalı dayandırılıb

Türkiyənın Bartın vilayətinin Amasra rayonunda yerləşən mədəndə kömür istehsalı müvəqqəti dayandırılıb.

TIME Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

Nazir bildirib ki, ölkənin texniki və təhlükəsizlik qrupları yanğınla mübarizəni davam etdirir.

F.Dönməz deyib ki, yanğının söndürülməsi istiqamətində işlər işlər bitənə qədər Amasra müəssisəmizdə də kömür hasilatı dayandırılıb. Onun sözlərinə görə, hadisə ilə bağlı araşdırma aparmaq üçün məhkəmə istintaqı başlayıb.

Qeyd edək ki, Türkiyənin Bartin vilayətində daş kömür mədənində partlayış baş verib. Hadisə nəticəsində 41 nəfər həlak olub

Gecə klubunda partlayış zamanı yaralananların səhhəti haqda son məlumat

AR Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Səbail rayonu ərazisində yerləşən “Location Baku” gecə klubunda baş vermiş partlayış zamanı yaralanların səhhəti ilə bağlı məlumat yayıb.

Oxumağa davam et Gecə klubunda partlayış zamanı yaralananların səhhəti haqda son məlumat

Xəzərdə vulkan püskürməsi nəticəsində partlayış olub – VİDEO

Ötən gün axşam saatlarında sosial şəbəkə və saytlarda Xəzər dənizində yanğının əks olunduğu videolar yayılıb və bununla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal müvafiq araşdırma işlərinə başlanılıb.

Oxumağa davam et Xəzərdə vulkan püskürməsi nəticəsində partlayış olub – VİDEO