COVID-19 pandemiyası insanları canlı ünsiyyətdən, gündəlik iş rejimindən təcrid etmək kimi dəyişikliklərlə yanaşı həyatımıza bir sıra yeni vərdişlər də gətirdi. Son iki il ərzində bütün dünyada müşahidə edilən vəziyyət insanların məsafədən ünsiyyətə, təhsilə, işə və əyləncəyə olan tələbatını ödəmək üçün sürətli texnoloji sıçrayışa və texnoloji xidmətlərdən istifadənin xeyli artmasına səbəb oldu. Belə ki, e-kommersiya xidmətləri, online kinoteatrlar, distant təhsil platformaları, videokonfranslar və s. ola bilsin ki, yarandıqlarından pandemiya elan edilənədək ən yüksək tələbat dövrlərini yaşadılar və bu meyllər artıq həyatımızın bir hissəsi olaraq qaldılar. Beynəlxalq statistik məlumatlara əsasən əksər əyləncə məkanlarının bağlanması ilə dünyada mobil proqramların yüklənməsi 45% artdı və bu tendensiya əlbəttə ki, elektron ədəbiyyat bazarına da müsbət təsirini göstərdi. Azərbaycanın aparıcı mobil operatoru “Azercell Telekom” MMC-nin Media ilə Əlaqələri Direktoru Nigar Şıxlinskaya verdiyi müsahibədə qeyd edib ki, rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi ilə bilavasitə bağlı olan yeni reallıq “Azercell”-in korporativ sosial layihələrində öz əksini tapıb.
Oxumağa davam et Nigar Şıxlinskaya: “İnternetin gələcəyi insanların həyat keyfiyyətini yaxşılaşdıracaq rəqəmsal servislərə bağlıdır”