Etiket arxivi: #NazirlərKabineti

Nazirlər Kabinetinin bir neçə qərarlarında dəyişikliklər edilib

Azərbaycan Respublikasının Narkoloji xidmət və nəzarət haqqında Qanununa müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə- qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl – bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları- dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq – xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirməsi ilə bağlı müddəa əlavə edilib.

Oxumağa davam et Nazirlər Kabinetinin bir neçə qərarlarında dəyişikliklər edilib

Ailə Məcəlləsində dəyişikliklər ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarlarında uyğunlaşdırma aparılıb

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2021-ci il 27 dekabr tarixli 464-VIQD nömrəli Qanunun tətbiqinin təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarlarında uyğunlaşdırma aparılıb.

Oxumağa davam et Ailə Məcəlləsində dəyişikliklər ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarlarında uyğunlaşdırma aparılıb

Uşaqların uşaq evlərinə qəbulu, saxlanılma şəraiti və tərk etməsi qaydaları təsdiq edilib

Nazirlər Kabineti uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydaları təsdiq edib.

Oxumağa davam et Uşaqların uşaq evlərinə qəbulu, saxlanılma şəraiti və tərk etməsi qaydaları təsdiq edilib

Uşaqlar üçün yaradılan ailə tipli kiçik qrup evlərinin fəaliyyəti qaydaları təsdiqlənib

Nazirlər Kabineti uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydaları təsdiq edib.

Oxumağa davam et Uşaqlar üçün yaradılan ailə tipli kiçik qrup evlərinin fəaliyyəti qaydaları təsdiqlənib

Xüsusi karantin rejimi və ictimai nəqliyyatın hərəkətində məhdudiyyətlər iyun ayının 1-nə kimi uzadıldı

Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarı imzalanıb.

Oxumağa davam et Xüsusi karantin rejimi və ictimai nəqliyyatın hərəkətində məhdudiyyətlər iyun ayının 1-nə kimi uzadıldı

Ərzaq təhlükəsizliyinin təmin olunması və gömrük statistikasının təkmilləşdirilməsi üzrə qərar qəbul olunub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 № li Qərarına əsasən Ərzaq təhlükəsizliyinin təmin olunacaq və xarici ticarətin gömrük statistikası təkmilləşdiriləcək. 

Oxumağa davam et Ərzaq təhlükəsizliyinin təmin olunması və gömrük statistikasının təkmilləşdirilməsi üzrə qərar qəbul olunub

Cari il üçün prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası və qarşıda duran vəzifələr müzakirə olunub.

Oxumağa davam et Cari il üçün prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib

Təhsil müəssisələrinin əyani fəaliyyəti bərpa olunur

Azərbaycan Respublikası Nazirlər Kabineti 2021-ci il fevralın 1-dən etibarən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada, təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin ediləcəyi haqda qərar qəbul edib.

Oxumağa davam et Təhsil müəssisələrinin əyani fəaliyyəti bərpa olunur

İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında Qanunun icrasına başlanılır

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında qərar imzalayıb.

Oxumağa davam et İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında Qanunun icrasına başlanılır

Azərbaycanın bir neçə şəhər və kəndinə giriş-çıxış bağlanır

Baş Nazir Əli Əsədov “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Oxumağa davam et Azərbaycanın bir neçə şəhər və kəndinə giriş-çıxış bağlanır

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycan Respublikası Nazirlər Kabineti ölkədə xüsusi karantin rejiminin noybrın 2-dək uzadılması haqda qərar qəbul edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qərar “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan
Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1
nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-
yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi
yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin
görülməsi Qaydaları”na əsasən qəbul edilib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində
yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması
məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin
rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılması nəzərdə tutulur. Bununla yanaşı, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər çərçivəsində 30 sentyabr saat 00.00-dan 2 noyabr saat 06:00-dək, şənbə və bazar günləri 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat
06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək,
17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat
00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və
Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılacaq.

Təhsil müəssisələrində köçürmələrlə bağlı qərara dəyişiklik edilib

Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 59-VIQD nömrəli Qanunu ilə yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslərin orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulması müəyyən edilib.

Oxumağa davam et Təhsil müəssisələrində köçürmələrlə bağlı qərara dəyişiklik edilib

Azərbaycanda xüsusi karantin rejimində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı qərar qəbul edilib – RƏSMİ

Azərbaycan Respublikası baş naziri Əli Əsədov xüsusi karantin rejimində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı qərar qəbul edib.

Oxumağa davam et Azərbaycanda xüsusi karantin rejimində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı qərar qəbul edilib – RƏSMİ

Fitosanitar xidmətlərinə görə xidmət haqqının məbləğləri təsdiqlənib

Azərbaycan Respublikası baş naziri Əli Əsədov “Fitosanitar tədbirlərinə və dövlət fitosanitar xidmətlərinə görə xidmət haqqının məbləğlərinin təsdiq edilməsi haqqında” qərar imzalayıb.

Oxumağa davam et Fitosanitar xidmətlərinə görə xidmət haqqının məbləğləri təsdiqlənib

İcbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə qaydası təsdiq edilib

Azərbaycan Respublikası Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə Qaydası” təsdiq edilməsi haqda qərar qəbul edib.

Oxumağa davam et İcbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə qaydası təsdiq edilib

İctimai iaşə müəssisələrinin müştəri qəbulu qaydalarına əlavələr təsdiqlənib

Azərbaycan Nazirlər Kabinetinin yeni qəbul etdiyi qərara əsasən “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Qərara dəyişikliklər edilib.

Oxumağa davam et İctimai iaşə müəssisələrinin müştəri qəbulu qaydalarına əlavələr təsdiqlənib