Etiket arxivi: #müəllim

Müəllimlərə nəyi hədiyyə etmək olmaz?

Bu gün müəllimlər günüdür və ənənəvi olaraq valideynlər ən azından bir gül dəstəsi olsa belə müəllimlərə hədiyyə edirlər. İllərlə valideynlər tərəfindən dəstəklənən bu ənənənin nə qərarlar, nə xəbərdarlıqlar qarşısını ala bilməyib. Əslində, bir gün məktəbdə keçirdikdən sonra, hər birimiz müəllim işinin nə dərəcədə çətin bir iş olduğunu anlayırıq və bu iş bəzən dövlət idarə etməkdən daha çətin olur. Çünki bir varki yetkin, olgunlaşmış insanları idarə edirsən, birdə var ki, bütün onların hələ tam olgunlaşmamış, bir yerdə beş dəqiqə belə sakit oturmağı bacarmayan, fikrini dərsə cəmləşdirə bilməyən və dərs vaxtı diqqəti müəllimdən başqa istənilən yerdə ola bilən uşaqlarını. Çətin işdir… Düşünürəm ki, müəllimlərin ildə bir neçə dəfə kiçik hədiyyə almaq haqqı var, lakin hədiyyə tələb etmək və onu almadıqda uşaqlara qarşı ayrıseçkilik etmək haqqı yoxdur. Amma nə etməliyik ki, bu hədiyyə rüşvət kimi görünməsin, yersiz olmasın və müəllimin ürəyincə olsun?

Oxumağa davam et Müəllimlərə nəyi hədiyyə etmək olmaz?

Mədəniyyət mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə başlanılır

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi məqsədilə məktəb və mərkəzlərə müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir.

Oxumağa davam et Mədəniyyət mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə başlanılır

Müəllimlərin sertifikatlaşdırılması prosesinə ictimai müşahidəçilər cəlb olunub

Sertifikatlaşdırma imtahanlarının gedişi ilə yaxından tanış olmaq məqsədilə Elm və Təhsil Nazirliyinin nümayəndələri, millət vəkilləri, media qurumlarının rəhbərləri və tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə iyunun 20-də imtahanların keçirildiyi Bakı şəhəri 161 nömrəli tam orta məktəbə mediatur təşkil edilib.

Oxumağa davam et Müəllimlərin sertifikatlaşdırılması prosesinə ictimai müşahidəçilər cəlb olunub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayıb

Aprelin 10-da Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu prosesinə start verilib.

Oxumağa davam et Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayıb

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır

10-17 aprel tarixlərində Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu keçiriləcək.

Oxumağa davam et Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır

Müəllimlərin əməkhaqları artırıldı

Prezident İlham Əliyev Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb.

Oxumağa davam et Müəllimlərin əməkhaqları artırıldı

İş yerinin qarşılıqlı dəyişdirilməsini təsdiq edən müəllimlər məlumatlandırılıblar

İş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi kabinetlərinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.

Oxumağa davam et İş yerinin qarşılıqlı dəyişdirilməsini təsdiq edən müəllimlər məlumatlandırılıblar

Əlavə vakansiya seçimində uğur qazanan namizədlərin müsahibə nəticələri açıqlanıb

Dövlət ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində uğur qazanan şəxslərin müsahibə nəticələrinə dair məlumat şəxsi səhifələrinə göndərilib.

Oxumağa davam et Əlavə vakansiya seçimində uğur qazanan namizədlərin müsahibə nəticələri açıqlanıb

Həkimlərin və müəllimlərin yeni əməkhaqqı cədvəlləri fevral ayında təsdiqlənəcək

Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əməkhaqqı 345 manata çatdırılıb. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.

Oxumağa davam et Həkimlərin və müəllimlərin yeni əməkhaqqı cədvəlləri fevral ayında təsdiqlənəcək

İncəsənət yönümlü məktəblərə müəllimlərin işə qəbulu ilə bağlı 19 şikayət daxil olub

2022/2023-cü tədris ili üçün uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı keçirilmiş müsabiqənin müsahibə mərhələsinin nəticəsi ilə razı olmayan namizədlərin şikayətlərinə baxılıb.

Oxumağa davam et İncəsənət yönümlü məktəblərə müəllimlərin işə qəbulu ilə bağlı 19 şikayət daxil olub

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başlanır

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə üçün minimum keçid balı 35 müəyyənləşdirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, minimum tələbi ödəyən bütün namizədlər müsahibə mərhələsində iştirak edəcəklər.

Namizədlər müsahibədən əvvəl psixoloji testə cəlb olunacaqlar. Müsahibə zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Qeyd edək ki, test imtahanı və müsahibə nəticəsi nəzərə alınaraq, namizədlərin vakant yerlərə yerləşdirilməsi həyata keçiriləcək.

Müəllimlər gələcəyin yaradıcılarıdır – VİDEO

Bu gün, oktyabrın 5-də Ümumdünya Müəllimlər Günüdür. Müəllimlər Günü 1994-cü ildən YUNESKO tərəfindən təsis edilib. Bu gün müəllimlərin cəmiyyətdəki mövqeyinə, onların təhsil və inkişafdakı roluna diqqət çəkmək üçün nəzərdə tutulub.

Oxumağa davam et Müəllimlər gələcəyin yaradıcılarıdır – VİDEO

Apellyasiya müsahibələrində 171 namizəd uğur qazanıb

2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri elan olunub. Müsahibələrdə iştirak etmiş namizədlərin şəxsi səhifələrinə bu barədə müvafiq məlumat göndərilib. Müsahibə mərhələsində 171 namizəd uğur qazanaraq ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə çalışmaq imkanı əldə edib.

Oxumağa davam et Apellyasiya müsahibələrində 171 namizəd uğur qazanıb

Müddətli müqavilə ilə vakansiya seçimləri iki gün davam edəcək

30 avqust–1 sentyabr tarixlərində 2022-2023-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 30 avqust saat 11:00-dan etibarən start veriləcək müddətli müqavilə ilə müəllimlərin işə qəbulu proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada keçiriləcək. Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ veriləcək.Namizədlər 1 sentyabr saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.Müddətli müqavilə ilə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.Qeyd edək ki, müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Müddətsiz müqavilə ilə əlavə vakansiya seçimləri keçiriləcək

24-26 avqust tarixlərində 2022-2023-cü tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimi həyata keçiriləcək.

Oxumağa davam et Müddətsiz müqavilə ilə əlavə vakansiya seçimləri keçiriləcək

Sentyabrdan müəllimlərin maaşı aylıq əlavələr ilə veriləcək – YENİLƏNIB

Azərbaycan Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında Qərar qəbul edib.

Oxumağa davam et Sentyabrdan müəllimlərin maaşı aylıq əlavələr ilə veriləcək – YENİLƏNIB

Müəllimlərin maaşlarına əlavələr müəyyən ediləcək

Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında fərman imzalayıb.

Oxumağa davam et Müəllimlərin maaşlarına əlavələr müəyyən ediləcək

202 müəllim iş yerini elektron platforma üzərindən qarşılıqlı olaraq dəyişib

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinin nəticələri iştirakçıların şəxsi səhifələrinə göndərilib.

Oxumağa davam et 202 müəllim iş yerini elektron platforma üzərindən qarşılıqlı olaraq dəyişib

Xüsusi qabiliyyət tələb edən məktəblərə müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələri elan olunub

Hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Oxumağa davam et Xüsusi qabiliyyət tələb edən məktəblərə müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələri elan olunub

Şəhid ailələri üçün yerdəyişmə üzrə vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

Şəhid ailələrinin üzvləri üçün 10-14 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub.

Oxumağa davam et Şəhid ailələri üçün yerdəyişmə üzrə vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

Yerdəyişmə üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə 18 may saat 11:00-da start veriləcək. 

Oxumağa davam et Yerdəyişmə üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Müəllimlərin işə qəbulu ilə bağlı sual nümunələri təqdim edilib

Təhsil İnstitutu (ARTİ) müəllimlərin işə qəbulu üzrə ötən illərdə keçirilmiş imtahanlara dair sual nümunələrini ictimaiyyətə təqdim etməyə başlayıb. Məqsəd müəllim olmaq istəyən və işə qəbul üzrə imtahana hazırlaşan namizədlərə dəstək olmaq, onların hazırlığına istiqamət verməkdən ibarətdir.

Oxumağa davam et Müəllimlərin işə qəbulu ilə bağlı sual nümunələri təqdim edilib

Gələcək müəllimlər üçün proqramlaşdırma təlimləri başlayıb

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Təhsil Texnologiyalar Mərkəzində “Alqoritmika” Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbi ilə birgə “Gələcək üçün kod” adlı təlimlərə start verilib.

Oxumağa davam et Gələcək müəllimlər üçün proqramlaşdırma təlimləri başlayıb

Apellyasiya müsahibələri təşkil olunur

18-26 avqust tarixlərində keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi üçün bu gündən etibarən apellyasiya müsahibələrinə start verilir. 365 namizədin dəvət olunduğu apellyasiya müsahibələri 8-9 sentyabr tarixlərini əhatə edəcək.

Oxumağa davam et Apellyasiya müsahibələri təşkil olunur