Etiket arxivi: #mina

Kəlbəcər istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirilib

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi prosesi davam edir.

Oxumağa davam et Kəlbəcər istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirilib

Laçında erməni təxribatçıları tərəfindən basdırılan minalar zərərsizləşdirilib

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənməsi prosesi davam edir.

Oxumağa davam et Laçında erməni təxribatçıları tərəfindən basdırılan minalar zərərsizləşdirilib

Qubadlıda mina partlayıb – xəsarət alan var

Qubadlıda mina partlayışı olub.

TIME bildirir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına əsasən, işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alan olub.

“Partlayış nəticəsində, Agentliyin minaaxtaran it bələdçisi 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Belçika malinuası Dina ləqəbli minaaxtaran it tələf olub. Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə açıqlamada qeyd edilib.

Üç şəxsin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır

Avqustun 2-i saat 10 radələrində minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşının Füzuli rayonun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Oxumağa davam et Üç şəxsin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır

Qarabağda daha iki nəfər minaya düşüb- onlardan biri Türkiyə vətəndaşıdır

İyulun 14-ü saat 14 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Yalpiri Yıldırayın  minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Cəbrayıl baş vermiş digər hadisədə xəsarət alan “Azərsun holdinq”in sürücüsü olub.

Oxumağa davam et Qarabağda daha iki nəfər minaya düşüb- onlardan biri Türkiyə vətəndaşıdır

ANAMA əməkdaşının minaya düşməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır

İyunun 17-si saat 09 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1991-ci il təvəllüdlü Ruhin Vəliyev piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Oxumağa davam et ANAMA əməkdaşının minaya düşməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır

Hərbi Prokurorluq FHN zabitinin minaya düşməsi ilə bağlı cinayət işinə başlayıb

Fövqəladə Hallar Nazirliyinin zabiti, kapitan Heydərov Süleyman Vaqif oğlunun 2022-ci il mayın 13-də Ağdam rayonunun Abdınlı kəndi ərazisində mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Oxumağa davam et Hərbi Prokurorluq FHN zabitinin minaya düşməsi ilə bağlı cinayət işinə başlayıb

Qarabağda 14365 hektardan artıq ərazi minalardan tam təmizlənib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında Ordumuzun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad olunan ərazilərdə mühəndis işləri davam etdirilir.

Oxumağa davam et Qarabağda 14365 hektardan artıq ərazi minalardan tam təmizlənib

Kənd Təsərrüfatı Nazirliyi mina və partlayıcı sursatlardan mühafizə təlimi keçirib – FOTO

ANAMA mütəxəssisləri Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları üçün mina və partlayıcı sursatlardan mühafizə olunmaya dair təlim keçirib.

Oxumağa davam et Kənd Təsərrüfatı Nazirliyi mina və partlayıcı sursatlardan mühafizə təlimi keçirib – FOTO

Minaya düşüb partlayan Azərbaycan jurnalistlərinin xatirəsi əbədiləşdirilib – FOTO

İyunun 4-də Kəlbəcər rayonunda xidməti fəaliyyətlərini yerinə yetirərkən ermənilər tərəfindən basdırılan minaya düşərək şəhid olan AzTV-nin operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimovun xatirəsi əbədiləşdirilib.

Oxumağa davam et Minaya düşüb partlayan Azərbaycan jurnalistlərinin xatirəsi əbədiləşdirilib – FOTO

Atəşkəs bağlanandan Dağlıq Qarabağda 21 nəfər minaya düşüb

Azərbaycan Respublikası Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində həlak olmuş və yaralanmış mülki şəxslər barədə infografiklər hazırlanıb.

Oxumağa davam et Atəşkəs bağlanandan Dağlıq Qarabağda 21 nəfər minaya düşüb