Etiket arxivi: #MilliMəclis

Mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq subyektlərin dairəsi müəyyən ediləcək

Oktyabrın 13-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

Oxumağa davam et Mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq subyektlərin dairəsi müəyyən ediləcək

Yaşayış minimumu haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında “2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Oxumağa davam et Yaşayış minimumu haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib

Milli Məclis 2023-cü ilin dövlət büdcəsini birinci oxunuşda qəbul edib

Noyabrın 17-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Oxumağa davam et Milli Məclis 2023-cü ilin dövlət büdcəsini birinci oxunuşda qəbul edib

“Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsi müzakirə edilir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsinin müzakirəsi keçirilir.

Oxumağa davam et “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsi müzakirə edilir

Yeni ildən bütün növ pensiyalarda artımlar olacaq


Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli Sərəncamı ilə
qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər və s.) pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminə dair təkliflər Milli Məclisdə müzakirəyə çıxarılacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Əmək
pensiyaları haqqında” Qanununa dəyişiklik layihəsinə əsasən 2023-cü ilin yanvarın
1-dən bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi tətbiq ediləcək.

Bu ildən xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10%,
həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların
pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun pensiya məbləğləri orta aylıq
əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdiriləcək.

Misal üçün, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan
pensiyaçının pensiya məbləği yeni ildən 416,7 manat (400+200/12) qəbul edilərək,
üzərinə indeksasiya faizi qədər artım hesablanacaq. Həmçinin xüsusi şərtlərlə
pensiya alan hərbi qulluqçunun cari il ərzində aldığı, misal üçün, 800 manat
pensiya və 10%-lik maddi yardım toplanaraq, 880 manat kimi qəbul ediləcək,
üzərinə indeksasiya faizi qədər artım hesablanacaq.

Vahid indeksasiya mexanizminin tətbiqi xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin
pensiyalarında davamlı artımı şərtləndirəcək. Belə ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin böyük əksəriyyətinin pensiyası maksimum 70% artıb. Ümumi əsaslarla pensiyaya çıxan şəxslərin pensiyaları isə bu müddət ərzində indeksasiya nəticəsində 98% artıb.

Pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir. Xüsusi
şərtlərlə pensiyaların da bu metodla artırılması, həm də aidiyyəti qurumların bu sahədə inzibatçılığının yüngülləşdirilməsinə, əməkhaqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan yaradacaq.
Beləliklə, layihə qəbul ediləndən sonra:

  • qulluq əlavəsi alan şəxslərin pensiyası hazırkı mexanizmlə müqayisədə daha çox artacaq. İndeksasiya bütün pensiya məbləğlərinə – həm qulluq əlavəsinə, həm də sığorta hissəsinə şamil ediləcək;
  • pensiyaların məbləği hər il vahid qaydada – indeksləşdirilərək artırılacaq (qulluq əlavəsi alanların pensiyası təqribən 3-5 il intervalı ilə artırdı);
  • dövlət qulluqçusu, hərbi qulluqçu və digər bu kateqoriyadan olan şəxslərə
  • pensiya təyin edildikdən sonra 6 il işlədikdə və ya işdən çıxdıqda, topladıqları kapitala əsasən pensiyalarının ümumi məbləği yenidən hesablanaraq artırılacaq;
  • pensiyaçılar və onların xidmət keçdiyi qurumların əməkhaqqının artımı ilə bağlıbməlumat təqdim etmək öhdəliyi aradan qalxacaq;
  • bütün pensiyaların indeksləşdirilməsinin tamamilə elektron qaydada aparılması təmin olunacaq.

Bu layihə xüsusi şərtlərlə pensiyaya çıxma şərtlərinə və təyinatına şamil edilmir.

Milli Məclisin növbəti iclasında 28 məsələnin müzakirəsi təklif olunur

Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il sentyabrın 30-da keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlərin siyahısı açıqlanıb.

Oxumağa davam et Milli Məclisin növbəti iclasında 28 məsələnin müzakirəsi təklif olunur

Milli Məclis Gənclər və idman komitəsi payız sessiyasında hansı məsələləri müzakirə edəcək?

Sentyabrın 20-də Milli Məclisin Gənclər və idman komitəsinin 2022-ci ilin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.

Oxumağa davam et Milli Məclis Gənclər və idman komitəsi payız sessiyasında hansı məsələləri müzakirə edəcək?

Milli Məclisin payız sessiyasında müzakirə ediləcək qanun layihələri siyahısı açıqlanıb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planı müzakirə olunarkən bildirilib ki, qarşıdakı sessiyada “Lombardlar haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında”, o cümlədən Büdcə zərfinə daxil olan qanun layihələri və komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi nəzərdə tutulub.

Oxumağa davam et Milli Məclisin payız sessiyasında müzakirə ediləcək qanun layihələri siyahısı açıqlanıb

Milli Məclisdə dövlət büdcəsi, qızıl yataqları, vergi məcəlləsi ilə bağlı önəmli qanun layihələri müzakirə edilir

Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il iyunun 28-də keçirilən növbədənkənar iclasının gündəliyinə 15 məsələnin müzakirəsi təklif olunub.

Oxumağa davam et Milli Məclisdə dövlət büdcəsi, qızıl yataqları, vergi məcəlləsi ilə bağlı önəmli qanun layihələri müzakirə edilir

Övladlığa götürən şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik olunur

Övladlığa götürən şəxslərdən birinin muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılacaq.

Oxumağa davam et Övladlığa götürən şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik olunur