Etiket arxivi: #Milli Məclis

“Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər qəbul edildi

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyin edilməsi səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) alınır. Dini qurumlar ianələri nağdsız ödənişlər və elektron ödəmə sistemləri vasitəsilə qəbul edə biləcəklər.

Oxumağa davam et “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər qəbul edildi

KFW-nin “Samur-Yalama Milli Parkının yaradılması” layihəsinin maliyyələşdirməsi məsələsi müzakirə edilir

Dekabrın 17-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov iclası açaraq gündəliyə iki məsələnin daxil edildiyini bildirib.

Oxumağa davam et KFW-nin “Samur-Yalama Milli Parkının yaradılması” layihəsinin maliyyələşdirməsi məsələsi müzakirə edilir

Milli Məclisin plenar iclasında beş qanun layihəsi müzakirə ediləcək

Dekabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. Komitə sədri Musa Quliyev iclası açaraq gündəliyə beş məsələnin daxil edildiyini bildirib və   məsələlər barədə məlumat verib.

Oxumağa davam et Milli Məclisin plenar iclasında beş qanun layihəsi müzakirə ediləcək

Sosial ödənişlər, peşə hazırlığı və cərimələrin artırılması ilə bağlı təkliflər səsləndirilib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında işsizlikdən sığorta haqlarının 3 ay gözləmədən ödənilməsi, kənd təsərrüfatına yararlı torpaq payı olanların peşə hazırlığına pulsuz cəlb edilməsi və təqaüdlə təmin edilməsi məsələləri və əmək qanunvericiliyin pozulmasına görə cərimələrin artırılması üzrə təkliflər irəli sürülüb.

Oxumağa davam et Sosial ödənişlər, peşə hazırlığı və cərimələrin artırılması ilə bağlı təkliflər səsləndirilib

Gələn ilin dövlət büdcəsi layihəsi birinci oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirələrdən sonra 2022-ci ilin dövlət büdcəsi layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib. 2022-ci ilin dövlət büdcəsində bütün sosialyönümlü xərclər artırılır.

Oxumağa davam et Gələn ilin dövlət büdcəsi layihəsi birinci oxunuşda qəbul edilib

Dövlət rüsumlarının məbləğləri artırılır və yenilərinin tətbiqi təklif olunur

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında Azərbaycanda dövlət rüsumlarının dəyişdirilməsi məsələləri və səbəbləri müzakirə olunub.

Oxumağa davam et Dövlət rüsumlarının məbləğləri artırılır və yenilərinin tətbiqi təklif olunur

Milli Məclis “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanunu qəbul edib

Bu gün, 8 iyun 2021-ci il tarixində, «Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında» Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul edilib.

Oxumağa davam et Milli Məclis “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanunu qəbul edib

İş stajı ilə bağlı yenilik təsdiqlənib

Dövlət qulluğunun xüsusi növündə – prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil ediləcək.

Oxumağa davam et İş stajı ilə bağlı yenilik təsdiqlənib

Sürücülər üçün önəmli qərarlar qəbul edilib

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib –  dayanma və ya durma qaydalarının pozulması görə gün ərzində təkrar cərimə ləğv edilib.

Oxumağa davam et Sürücülər üçün önəmli qərarlar qəbul edilib

Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəinin layihəsi Milli Məclisə təqdim olunub

2021-ci il dövlət və icmal büdcənin layihələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub.

Oxumağa davam et Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəinin layihəsi Milli Məclisə təqdim olunub

Zəfər Günü, maskalar və karantin qaydalarını pozmağa görə cərimələrlə bağlı yeni qərarlar qəbul edilib

Bu gün Milli Məclisin növbəti iclası keçirilib və 16 məsələ müzakitrə edilib.

TIME yerli mətbuatın verdiyi məlumatlara istinadən bildirir ki, iclasda ilk öncə Zəfər Günü Azərbaycanda bayram günləri siyahısına daxil edilib. Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, noyabrın 8-i Zəfər Günü olaraq bayram günləri siyahısına daxil edilir.

Daha sonra Azərbaycanda karantin rejimini pozanların daha böyük məbləğdə cərimə ediləcəyi ilə bağlı məsələ iclasda müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklikdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə – fiziki şəxslərin 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilməsi, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs olunması, hüquqi şəxslərin 5 min manatdan 11 min manatadək məbləğdə cərimə edilməsi təklif edilir.

Hazırda isə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir. Dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Eyni zamanda maska taxmamağa görə də cərimlər artırılıb. Belə ki, bu gün ki iclasda müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə bu məslə ilə bağlı dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.

Hazırda isə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir. Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Hərbi vəzifə və hərbi xidmət haqqında qanuna dəyişiklik layihəsi birinci oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Oxumağa davam et Hərbi vəzifə və hərbi xidmət haqqında qanuna dəyişiklik layihəsi birinci oxunuşda qəbul edilib

Avtomobillərin addan-ada keçirilməsi üçün dövlət rüsumunun müəyyənləşməsi qaydası dəyişir

Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Oxumağa davam et Avtomobillərin addan-ada keçirilməsi üçün dövlət rüsumunun müəyyənləşməsi qaydası dəyişir

Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur

Bu gün Milli Məclisin payız sessiyasının iclasında “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Oxumağa davam et Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur