Etiket arxivi: #media

Onlayn media xidmətləri göstərən müəssisəyə vergi güzəştləri nəzərdə tutulubmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti onlayn media xidmətləri göstərən müəsissələrin maarifləndirməsi məqsədi ilə növbəti video çarx hazırlayıb.

Oxumağa davam et Onlayn media xidmətləri göstərən müəssisəyə vergi güzəştləri nəzərdə tutulubmu?

Azərbaycanda mediaya, səhiyəyə və məktəbəqədə təhsilə ayrılan xərclər artırılı

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanun layihəsini Azərbaycan Respublikasının Milli Məclisin müzakirəsinə təqdim edib.

Oxumağa davam et Azərbaycanda mediaya, səhiyəyə və məktəbəqədə təhsilə ayrılan xərclər artırılı

Bəzi media və sosial şəbəkə səhifələrində yayılmış məlumatlarla bağlı

Bəzi media və sosial şəbəkə səhifələrində Xətai rayonu, Ceyhun Həsənov, 81 ünvanında prokurorluq əməkdaşları üçün inşa olunmuş çoxmərtəbəli binanın infrastrukturu və saxlanması ilə bağlı müxtəlif problemlərin mövcudluğu barədə məlumatlar yayılıb.

Oxumağa davam et Bəzi media və sosial şəbəkə səhifələrində yayılmış məlumatlarla bağlı

Mətbuat Şurası medianın fəaliyyəti ilə bağlı cərimələrin artırılmasına münasibət bildirib

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu günkü iclasının gündəliyinə daxil edilmiş İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsində media ilə bağlı məqamlar da əksini tapıb. 

Oxumağa davam et Mətbuat Şurası medianın fəaliyyəti ilə bağlı cərimələrin artırılmasına münasibət bildirib

Medianın fəaliyyəti ilə bağlı cərimələrin məbləği artırılacaq

Milli Məclis bu günki iclasında media subyektlərinin fəaliyyətinin tənzimləyən bir sıra məsələni və bir sıra cərimələrin tətbiq edilməsini müzakirə edib.

Oxumağa davam et Medianın fəaliyyəti ilə bağlı cərimələrin məbləği artırılacaq

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edib

Lider operator jurnalistlərə peşə bayramları münasibətilə 5GB internet paketi hədiyyə verib.

Oxumağa davam et Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edib

Prezident İlham Əliyev media nümayəndələrini təbrik edib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ölkəmizin media nümayəndələrini peşə bayramı münasibəti ilə təbrik edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, mediaya təbrik müraciətində aşağıdakılar qeyd edilib:

“Hörmətli media nümayəndələri!

Əziz jurnalistlər!

Sizi Azərbaycan milli mətbuatının yaranmasının ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaqdır.

Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir. XlX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü olmuş, insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr vermişdir.

XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanda xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş demokratik islahatlar bütün sahələrdə olduğu kimi, milli informasiya resurslarının inkişafında da əsaslı dönüş yaratmışdır. Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediası sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur.

Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir.

Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir. Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynamışdır. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər.

Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.

Əminəm ki, Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək.

Bir daha peşə bayramınız münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və işlərinizdə uğurlar arzulayıram.”

Lisenziya və icazə tələb edən audiovizual media fəaliyyəti çeşidi və rüsumlar siyahısı təsdiq edilib

Prezident İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və “Dövlət rüsumu haqqında” Qanununda dəyişiklik edilməsi barədə” qanunları imzalayıb.

Oxumağa davam et Lisenziya və icazə tələb edən audiovizual media fəaliyyəti çeşidi və rüsumlar siyahısı təsdiq edilib

Yeni rəqəmsal media təhlili platforması yaradılıb

Aprelin 29-da Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın milli rəqəmsal media təhlili platformasının – “Metrix.az” layihəsinin təqdimat mərasimi keçirilib. 

Oxumağa davam et Yeni rəqəmsal media təhlili platforması yaradılıb

Baş Prokurorluqdan mediaya və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq!

Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərini bir daha öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə riayət etməyə dəvət edib, onları dəqiqləşdirilməmiş və təhrif olumuş məlumatların ictimailəşməsindən çəkinməyə çağırmaqla, qadağan edilmiş, eləcə də cəmiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən informasiyaların qərəzli surətdə yayılmasına görə bundan sonra da qəti tədbirlərin görüləcəyini onların diqqətinə çatdırıb.

Oxumağa davam et Baş Prokurorluqdan mediaya və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq!

“Media haqqında” qanun layihəsi hansı azadlıqları, güzəştləri və məhdudiyyətləri nəzərdə tutur?

Azərbaycan Respublikasında media azaddır, media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır.

Oxumağa davam et “Media haqqında” qanun layihəsi hansı azadlıqları, güzəştləri və məhdudiyyətləri nəzərdə tutur?

“TÜRKSOY Media Mükafatı” ilə təltif olunan media təmsilçiləri Şuşa şəhərinə səfər ediblər

Sentyabrın 26-da Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə “TÜRKSOY Media Mükafatı” ilə təltif olunan yerli və xarici media təmsilçiləri Şuşa şəhərinə səfər ediblər.

Oxumağa davam et “TÜRKSOY Media Mükafatı” ilə təltif olunan media təmsilçiləri Şuşa şəhərinə səfər ediblər

“Media və təhsil dialoqu” təliminin II günü – VİDEO

Sentyabrın 17-si Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlimin II günüdür. 

Oxumağa davam et “Media və təhsil dialoqu” təliminin II günü – VİDEO

“Media və təhsil dialoqu” təlimi öz işinə başlayıb – VİDEO

Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlim öz işinə başlayıb.

Oxumağa davam et “Media və təhsil dialoqu” təlimi öz işinə başlayıb – VİDEO

“Media haqqında” qanun layihəsi üzərində işlər yekunlaşır

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmaylov bu gün jurnalistlərə onların gələcək fəaliyyəti üçün əhəmiyyətli dəyişikliklər haqda məlumat verib.

Oxumağa davam et “Media haqqında” qanun layihəsi üzərində işlər yekunlaşır

Bloggerlər əsrində aktuallığını itirən media nə etməlidir?

Son günlər Azərbaycan kütləvi informasiya vasitələrinin müasir dövrün tələblərinə uyğun şəkildə  fəaliyyəti və maliyyələşməsi məsələsi gündəmdədir və geniş müzakirə olunur.

Oxumağa davam et Bloggerlər əsrində aktuallığını itirən media nə etməlidir?