Etiket arxivi: #məktəb

Valideynlər uşaqların məktəbə adaptasiya dönəminin rahat keçirtməsi üçün nə etməlidirlər?

Hər bir uşağın məktəbə getməsi onun həyatında yeni bir dönəmin başlaması deməkdir. Məktəbdən öncə uşaq baxçaya gedibsə o nisbət etibarı ilə məktəb nizam-intizamına daha tez uyğunlaşır, lakin əks halda bu dönəm ilk günlərdə uşaq üçün çətin ola bilər. Valideynlər təbii ki, bu mərhələdə övladlarına qarşı daha diqqətli və anlayışlı olmaldırlar. Onlar məktəb öncəsi uşaqlarının yeni şəraitə uyğunlaşmaları üçün onları bir çox gündəlik vərdişləri aşılamalıdırlar.

Oxumağa davam et Valideynlər uşaqların məktəbə adaptasiya dönəminin rahat keçirtməsi üçün nə etməlidirlər?

Uşaqlarınızı ruhdan salmamaq üçün məktəb qiymətlərinə necə yanaşmalısınız?

Yeni dərs ili başlayır və bu uşaqların yeni biliklərə yiyələnməklə birliktə dərsdən yaxşı və pis qiymətlərin alması, hansısa fənni çətin qavraması, müəllimlərin və valideynlərin narazılıqlarına tuş gəlməsi deməkdir. Uşaqlarınızı dahada böyük stresə məruz qoymamaq və ruhdan salmamaq üçün valideynlər məktəblilərin qiymətlərinə necə münasibət göstərməlidirlər. Aşağıda psixoloqların tövsiyyə etikləri ən düzgün yanaşmalar siyahısını təqdim edirik.

Biliklərə yiyələnmə prosesi çox vaxt qiymətdən daha vacibdir

Qiymətlər təkcə şagirdin məktəbdəki uğur və ya uğursuzluğunun göstəricisi deyil. Bəzi uşaqlar üçün, onlar özünə inam mənbəyi ola bilər, bəziləri üçün isə məişət mübahisələrinə yol açan səbəb. Buna görədə şagirdin həyatında qiymətlərin əhəmiyyətini şişirtməməyə çalışmaıyıq.

Uşağınızla qiymətlər haqqında deyil, dərsin gedişatı, yeni bilikləri haqqında danışın. Gündəlikdəki qeydlər bir göstəricidir, lakin bu göstərici bəzən heçdə uşağının bilik səviyyəsinin göstəricisi deyil. Yaxşı qiymətlər almayan uşaq pis əhval-ruhiyyədə ola bilər və ya lövhə qarşısında sərbəst dərs danışmaqda çətinlik, həyəcan hiss edə bilər, keçirilən dərsin mövzusunu tam qavramaya bilər.

Bəlkədə yüksək qiymət almadığının səbəbi onlayn oyunda lazımi səviyyəyə çatmaq istədiyi üçün ev tapşırığını vaxtında yerinə yetirməyib.

Yaxşı qiymət isə uşağın yarım gün ərzində internetdə məruzə üçün material axtarması nəticə verib. Cənubi Afrikanın bitkiləri haqqında onun qədər maraqlı faktlara heç kim toplamayıb və ya testin çox asan olduğu məlum olub. Məktəbli yaxşı qiymət aldığını xoşbəxtlikdən ona asan sualların düşməsini deyir, halbuki o, bir ay ərzində gündə bir-iki misal həll edərək, yaxşı hazırlaşıb və bunun nəticəsində misallar ona asan görünüb.

Buna görə də, məktəblinin hansı qiymət almasından asılı olmayaraq daha çox onun gündəlikdə ki, qiymətə deyil uşağın dərslərə ayırdığı vaxta və onları düzgün qavramağına diqqət yetirməliyik. Uşaqdan aldığı qiymətlə bağlı özünü necə hiss etdiyini, dərslərə hazırlaşdıqda və ya hazırlaşmadıqda nələrin baş verdiyini, nəyi bəyəndiyini, nəyi təəccübləndiyini və ya məyus olduğunu söyləməsini xahiş edin.

Bu qiyməti aldıqdan sonra onun nə edəcəyi barədə də danışmağa dəyər. Məsələn, yaxşı qiymət aldıqdan sonra şagird tropik floranı öyrənməyə dahada böyük həvəs göstərəcək, çünki bu, maraqlıdır. Qeyri-məqbul qiymət aldıqdan sonra isə düşünəcək ki, oyuna başlamadan öncə dərsləri oxumaq lazımdır, çünki əks halda yarım gün bir göz qırpımında keçəcək və dərslər yerinə yetirilmədiyi üçün gündəlikdə qeyri-məqdul qiyməti olacaq bu isə heçə sevindirici hal deyil. Belə bir təhlil uşağa qazanılan təcrübədən nəticə çıxarmağı öyrənməyə kömək edəcək.

Qiymətindən asılı olmayaraq uşağınıza diqqətli olun

Belə olur ki, valideynlər praktiki olaraq yaxşı qiymətlərə reaksiya vermirlər. Əla qiyməti almısan? Belə də olmalıdır! Yaxşı? Niyə daha yüksək qiymət olmasın? Və yalnız qeyri-məqbul qiymət bütün işlərini atıb uşaqla məşğul olmağa və ya ondan nə baş verdiyini ətraflı soruşub və kömək təklif etməyə həvəsləndirə bilər. Uşaqda belə nəticəyə gəlir ki, bir az istilik və qayğı əldə etməyin əmin yolu pis qiymət almaqdır.

Belə halların qarşısını almaq üçün istənilən qiymətləndirmədə ona vaxt və diqqət ayırmağa dəyər. Əgər qiymətlər yüksəkdirsə, uşağın fənn ilə bağlı daha çox nəyi sevdiyini müzakirə edə bilərsiniz. Mütləq onun dərsdə maraqlı faktlar öyrəndiyinə sevindiyinizi göstərin.

Qiymətlər aşağı olarsa, uşağın nədən narahat olduğunu müzakirə edə bilərsiniz. Ola bilsin ki, müəllim dərsi darıxdırıcı aparır və mövzunu çətin formada təqdim edir və ya uşaq vacib dərsi buraxdığı üçün mürəkkəb mövzunu təkbaşına oxuyub başa düşə bilmir. Belə halda ona öz köməyinizi təklif etməlisiniz.

Uşağınızı çətin məqamda dəstəkləyin

Uşağın valieynlərinə qüvənə biləcəyi ilə bağlı heç bir şübhəsinin olmaması vacibdir. O bilməlidiri ki, istənilən çətin vəziyyətdə və ya səhv etdikdə valideynləri həmişə onunla eyni komandada olacaq və bu vəziyyətdən necə çıxmalı oluğunun yollarını tapmaqda kömək edəcəklər.

Məktəblinin təkbaşına öhdəsindən gələ bilməsi çətin olan vəziyyətlər var. Məsələn, müəllimlə münaqişəsi ola bilər və ya uğursuz esse yazdıqdan sonra növbəti işə başlamazdan əvvəl özünü narahat hiss edir. Ola bilsin nə vaxtsa müəllimi rəsm çəkməyi bacarmadığını deyərək onu həqiqətəndə əsəbiləşdirib və artıq illər keşməsinə baxmayaraq şagird əlinə qələm və fırça götürməkdən, rəssamlığın tarixini öyrənməkdən imtina edir. Nəticədə pis qiymətlər alır.

Belə vəziyyətlərdə valideyn dəstəyinə ehtiyac var. Valideyn uşaqlarına həvəsləndirici sözlər deyərək onlara inandıqlarını göstərə bilərlər, hətta mütəxəssisdən kömək istəyədə bilərlər ki, bu psixoloji maneəni aşa bilsinlər.

Bəzən uşağın sadəcə valideynlərinin maraqla onların öyrəndiyi şeirə, hazırladığı məruzənin təqdimatına qulaq asmağına, axşamddan çantasını yığmasını yadına salmaqlarına ehtiyacı olur ki, onlarla birlik hiss etsin. Belə olduğu halda uşaq tək olmadığını, valideynlərinin onun tərəfində olmasını və birlikdə istənilən problemin öhdəsindən gələcəyini hiss edir.

Uşağınızı yarqılamayın

Qiymət yalnız bu günün göstəricisidir və sabah dəyişə bilər. Uşaq isə həmişə özü olaraq qalacaq. Buna görə də onu məğlub olmuş, dar düşüncəli və digər təhqiramiz epitetlərlə yarqılamağa ehtiyac yoxdur.

Bəli, o əsəbiləşib, səhv etdiyinizi sübut etmək üçün daha yaxşı çalışa bilər. Buna bir çox valideyn ümid edir, lakin uşağınız üzüləcək və həqiqətən inanacaq ki, onun imkanları məhduddur və gələcəkdə onun üçün özünə və qabiliyyətlərinə inamı bərpa etmək çox çətin olacaq.

Buna görə də, məktəb qiymətlərini şəxsi keyfiyyətlərdən ayırın və birincinin əhəmiyyətini ikincisi ilə müqayisədə şişirtməyin.

Uşağınızın diqqətini qiymətləndirilməyən fəaliyyətə yönəldin

Başqa insanlarla müqayisələrdən, eləcə də müxtəlif reytinqlərdən qaça bilmərik. Buna görə qiymətləndirmə tələb etməyən sahələrə və peşələrə diqqət yetirməyə dəyər. Bu müxtəlif hobbilər, istirahət, səyahət, ailə və dostlarla münasibətlər ola bilər.

Uşağın məktəblə əlaqəli olmayan fəaliyyətlərinə daha çox diqqət yetirməyə və onun seçdiyi istiqamətdə inkişaf etmək istəyini dəstəkləməyə dəyər.

Nümunə ilə göstərməyə çalışın ki, həyatda heç bir qiymətləndirmənin mümkün olmadığı çox şeylər var. Məsələn, digər insanları başa düşmək və yaxşı dost olmaq, yaxınlarınızla maraqlanmaq və kömək istəmək, çətin anlarda belə sevinmək üçün səbəblər tapmaq vacibdir. Məktəb qiymətləri unudulacaq, bu bacarıqlar isə uşaqda uzun müddət qalacaq.

Aztəminatlı ailələr birinci sinfə gedən övladlarına pulsuz məktəbli formasına necə ala bilərlər?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aztəminatlı ailələrin birinci sinfə yeni başlayan övladlarına pulsuz məktəbli forması təqdim edir.

Oxumağa davam et Aztəminatlı ailələr birinci sinfə gedən övladlarına pulsuz məktəbli formasına necə ala bilərlər?

Məktəblilər reproduktiv sağlamlıq ilə bağlı necə maarifləndirilirlər?

Ümumi təhsil müəssisələrinin VIII-IX sinif şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işləri həyata keçirilib.

Oxumağa davam et Məktəblilər reproduktiv sağlamlıq ilə bağlı necə maarifləndirilirlər?

Prioritet tələbi tətbiq edilən məktəblərdə boş qalan yerlərə prioritetsiz qəbul aparılacaq

26 may saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə I siniflərə qəbul üçün prioritet tələbi tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə prioritetsiz qəbul aparılacaq. 

Oxumağa davam et Prioritet tələbi tətbiq edilən məktəblərdə boş qalan yerlərə prioritetsiz qəbul aparılacaq

Nazir məktəblərdən birində məşqçinin uşağı öldürməyindən danışıb

Elm və təhsil naziri Emin Əmrullayev aprelin 29-da Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun ölümü ilə nəticələnən hadisəyə münasibət bildirib.

Oxumağa davam et Nazir məktəblərdən birində məşqçinin uşağı öldürməyindən danışıb

Naxçıvanda məktəb binası çökməsi ilə bağlı cinayət işi başlanıb

Babək rayon Nehrəm kənd 3 saylı tam orta məktəbdə aparılan yenidənqurma işləri zamanı 31 mart 2022-ci il tarixdə binanın bir hissəsinin çökməsi nəticəsində dörd nəfər şəxsin ölməsi, bir nəfərin isə xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Oxumağa davam et Naxçıvanda məktəb binası çökməsi ilə bağlı cinayət işi başlanıb

Azərbaycanda məktəblərin rəqəmsallaşdırılması layihəsinin genişləndirilməsi müzakirə olunub 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə görüşü olub.

Oxumağa davam et Azərbaycanda məktəblərin rəqəmsallaşdırılması layihəsinin genişləndirilməsi müzakirə olunub 

Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər eksternat imtahanı verəcəklər

Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Eksternat imtahanı yanvarın 12-də təşkil olunacaq.

Oxumağa davam et Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər eksternat imtahanı verəcəklər

İncəsənət yönümlü məktəblərə müəllimlərin işə qəbulu ilə bağlı 19 şikayət daxil olub

2022/2023-cü tədris ili üçün uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı keçirilmiş müsabiqənin müsahibə mərhələsinin nəticəsi ilə razı olmayan namizədlərin şikayətlərinə baxılıb.

Oxumağa davam et İncəsənət yönümlü məktəblərə müəllimlərin işə qəbulu ilə bağlı 19 şikayət daxil olub

Bişkekdə Nizami Gəncəvi adına məktəb açılıb

Oktyabrın 12-də Bişkekdə Nizami Gəncəvi adına 103 saylı məktəbin açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər.

1 / 11

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bununla yanaşı, Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı olub.

2 / 20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər.

Dövlət başçıları açılış mərasimində çıxış ediblər.

Baş Prokurorluq məktəbdə baş vermiş bullinq hadisəsi ilə bağlı valideynləri məsuliyyətə cəlb edib

Prokurorluq orqanları tərəfindən azyaşlıların hüquqların müdafiəsi, xüsusilə onların məişətdə ailə üzvləri tərəfindən və ictimai yerlərdə, o cümlədən təhsil ocaqlarında digər uşaqlar tərəfindən zorakılığa (bullinqə) məruz qalmasının qarşısının alınması və bu cür qanunsuz hərəkətlərə yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması üçün məqsədli tədbirlər davam etdirilir.

Oxumağa davam et Baş Prokurorluq məktəbdə baş vermiş bullinq hadisəsi ilə bağlı valideynləri məsuliyyətə cəlb edib

Kəmalə Ağazadə: “Adları məktəblərdə gedir, özləri isə Bakıdadır, ərlərdədir, doğuşdadır, patıdadır, barlardadır…”

Azərbaycan Uşaqlar Birliyi,uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin rəhbəri Kamalə Ağazadə adı məktəbdə qeydiyyatda olan ucqar rayonlardan olan qızların zorla ərə verilməsi, evdən qaçıb Bakıda əylənməsi məsələsini gündəmə qətirib.

Oxumağa davam et Kəmalə Ağazadə: “Adları məktəblərdə gedir, özləri isə Bakıdadır, ərlərdədir, doğuşdadır, patıdadır, barlardadır…”

Elektron qeydiyyatdan keçə bilməyənlər üçün yeni imkan yaradılıb

2022-2023-cü tədris ili üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinə üzrlü səbəbdən elektron qeydiyyatdan keçə bilməyənlər üçün məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların elektron qeydiyyat prosesi Azərbaycan bölməsi üzrə oktyabrın 1-dək uzadılıb.

Oxumağa davam et Elektron qeydiyyatdan keçə bilməyənlər üçün yeni imkan yaradılıb

Xüsusi qabiliyyət tələb edən məktəblərə müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələri elan olunub

Hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Oxumağa davam et Xüsusi qabiliyyət tələb edən məktəblərə müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələri elan olunub

Məktəblərdə peşəyönümü xidmətinin təşkili üçün metodik vəsait hazırlanıb

Azərbaycanda müxtəlif peşə sahələri üzrə zəruri bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması istiqamətində görülən işlər sırasında maarifləndirici tədbirlər xüsusi yer tutur.

Oxumağa davam et Məktəblərdə peşəyönümü xidmətinin təşkili üçün metodik vəsait hazırlanıb

Onlayn formatda necə məktəb seçmək və müsahibəyə yazılmaq olar? – VİDEO

Bu gündən etibarən Azərbaycan bölməsi üzrə birinci sinfə şagird qəbulu ilə bağlı sorğuların yerləşdirilməsi prosesinə başlanılıb. Həmçinin, qeyd edilən tarixdən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start verilib.

Oxumağa davam et Onlayn formatda necə məktəb seçmək və müsahibəyə yazılmaq olar? – VİDEO

Məktəb şagirdlərinin qiymətləndirilməsi necə keçiriləcək?

Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili ilə əlaqədar Təhsil Nazirliyi Kollegiyası “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” nı təsdiq edib.

Oxumağa davam et Məktəb şagirdlərinin qiymətləndirilməsi necə keçiriləcək?

Prezident İlham Əliyev xanımı ilə birlikdə yenilənmiş təhsil-tədris ocaqlarının açılışlarında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 3-də Bakının Yasamal rayonunda yenilənmiş təhsil-tədris ocaqlarının açılışında iştirak ediblər.

Oxumağa davam et Prezident İlham Əliyev xanımı ilə birlikdə yenilənmiş təhsil-tədris ocaqlarının açılışlarında iştirak ediblər

Yeni tədris ilində dərslərin yeni qaydada keçirilməsi ilə bağlı təkliflər irəli sürülüb- QEYDLƏR

İctimaiyyət pandemiya dövründə qarşıdan gələn yeni tədris ilində dərslərin yeni qaydada keçirilməsi ilə bağlı maraqlı təkliflər irəli sürüb. Hazırda təkliflər Təhsil nazirliyi tərəfindən qiymətləndirilir və bildirilir ki, məktəblərə tədrisin təşkili ilə bağlı heç bir təlimat verilməyib.

Oxumağa davam et Yeni tədris ilində dərslərin yeni qaydada keçirilməsi ilə bağlı təkliflər irəli sürülüb- QEYDLƏR