Ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Peşəkarlıq yolunda” layihəsi davam edir.
Oxumağa davam et Məktəblilərin peşə seçiminə dəstək layihəsiEtiket arxivi: #məktəblilər
Məktəblilərin yeni geyim formalarının təsvirləri təsdiq edilib – qızlar şalvar geyə bilərlər
Nazirlər Kabinetinin qərarına əsasən dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri təsdiq edilib və ilk dəfə olaraq məktəbli qızların formasında şalvar nəzərdə tutulub.
Oxumağa davam et Məktəblilərin yeni geyim formalarının təsvirləri təsdiq edilib – qızlar şalvar geyə bilərlərMəktəblilər partlayıcı sursatların təhlükəsi haqda maarifləndirilirlər
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu, Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil Nazirliyi, UNICEF və Minatəmizləmə Agentliyi (ANAMA) arasında imzalanan Fəaliyyət Planı çərçivəsində partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirləri təşkil olunur.
Oxumağa davam et Məktəblilər partlayıcı sursatların təhlükəsi haqda maarifləndirilirlərMəktəblilərimiz medallarının sayını artırmaqda israrlıdırlar!
Azercell-in dəstəklədiyi şagirdlər beynəlxalq bilik yarışmasında növbəti uğura imza atıblar.
Oxumağa davam et Məktəblilərimiz medallarının sayını artırmaqda israrlıdırlar!Məktəblilərimiz Beynəlxalq Elm Olimpiadasında iştirak edəcəklər
12-21 dekabr 2021-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərində Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təşkil ediləcək.
Oxumağa davam et Məktəblilərimiz Beynəlxalq Elm Olimpiadasında iştirak edəcəklərBakı, Sumqayıt və Abşeronda V-IX sinif şagirdləri əyani dərsdə – FOTO
Fevralın 15-dən Bakı, Sumqayıt və Abşeronda yerləşən ümumi təhsil müəssisələrinin V-IX siniflərində ənənəvi tədris forması qismən bərpa olunub.
Oxumağa davam et Bakı, Sumqayıt və Abşeronda V-IX sinif şagirdləri əyani dərsdə – FOTOMəktəblilər üçün internetdə təhlükəsizlik dərsi keçiriləcək
9 fevral saat 14:00 tarixində “Virtual məktəb”də Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar şagirdlər üçün vebinar keçiriləcək.
Oxumağa davam et Məktəblilər üçün internetdə təhlükəsizlik dərsi keçiriləcəkTəhsil Nazirliyi məktəblilərin süni qiymətləndirməsinə qarşıdır – VİDEO
Azərbaycan Təhsil Nazirliyi xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə açıqlamalar verib.
Oxumağa davam et Təhsil Nazirliyi məktəblilərin süni qiymətləndirməsinə qarşıdır – VİDEOAzercell-in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur
Beynəlxalq Jautıkov Olimpiadasında şagirdlərimiz 15 medal qazanıblar.
Oxumağa davam et Azercell-in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğurKəlbəcər rayonuna aid olan məktəblilərinin sayı işğal dövründə 60% artıb
Azərbaycan Təhsil Nazirliyi son 27 ildə Kəlbəcər rayonun təhsil statistikasının artımını təqdim edib.
Oxumağa davam et Kəlbəcər rayonuna aid olan məktəblilərinin sayı işğal dövründə 60% artıbAzərbaycan məktəbliləri Ermənistan təcavüzünə məruz qalıblar
Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycanın bir sıra təhsil ocağı dağıdılıb, məktəblilər və müəllimlər həlak olub.
Oxumağa davam et Azərbaycan məktəbliləri Ermənistan təcavüzünə məruz qalıblarErmənistan təcavüzü nəticəsində iki azərbaycanlı məktəbli həlak olub
Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə həlak olub.
TIME Təhsil Nazirliyinin rəsmi məlumatına əsasən bildirir ki, bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir. 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir.
Ötən gündən başlayaraq Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur.
Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Ermənistanın təcavüzü nəticəsində həyatını itirmiş bütün həmvətənlərimizin, o cümlədən Naftalan şəhərində bütöv bir ailənin və şagirdlərimizin həlak olmasından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verib.
“Bu gün tarix yazan və qürur mənbəyimiz olan əsgərlərimizə torpaqlarımızın işğaldan azad edilməsi yolunda uğurlar arzulayırıq!”, – deyə nazirlik rəsmi açıqlamasında qeyd edib.
Nazirliyin verdiyi məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və sosial obyektləri atəşə tutması nəticəsində mülki əhali arasında itkilərimiz olub, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu , həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Belə ki, cəbhə bölgəsində yerləşən 444 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib.
“Cəbhə bölgəsində olan ümumi təhsil müəssisələri istisna olmaqla digər təhsil müəssisələrimizdə əyani formada dərslər uyğunlaşdırılmış cədvəl üzrə davam etdirilir. Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik. Şagirdlərimizin hazırkı vəziyyətdə “Mədəniyyət” və “Arb Günəş” televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur.
Cəbhə bölgəsindən gələn qələbə xəbərləri münasibətilə xalqımızı təbrik edir, igid Azərbaycan əsgərinə “Zəfər sənindir!” deyirik”, – deyə Təhsil Nazirliyi qeyd edib.
Məktəblilərimizin 32-ci Beynəlxalq İnformatika Olimpiadasında uğuru – FOTO
Azercell-in dəstəklədiyi Azərbaycan komandası yarışmada 3 medal qazanıb.
Oxumağa davam et Məktəblilərimizin 32-ci Beynəlxalq İnformatika Olimpiadasında uğuru – FOTOAzərbaycanlı məktəblilərin beynəlxalq olimpiadada uğuru – FOTO
Azercell-in dəstəyilə hazırlıq keçən məktəblilər bürünc medala layiq görülüblər.
Oxumağa davam et Azərbaycanlı məktəblilərin beynəlxalq olimpiadada uğuru – FOTO