Etiket arxivi: #korrupsiya

Lənkəran şəhər İcra Hakimiyyətinin əməkdaşları korrupsiyaya görə saxlanılıb

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Lənkəran şəhər İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri – şəhərin baş memarı Elgün Abdullayev saxlanılıb.

Oxumağa davam et Lənkəran şəhər İcra Hakimiyyətinin əməkdaşları korrupsiyaya görə saxlanılıb

Suvarma su təminatını qanunsuz məhdudlaşdıran vəzifəli şəxslər barəsində cinayət işləri başlanıb

Prokurorluq orqanları tərəfindən sudan istifadəyə dair qanunvericiliyinin tələblərinə əməl edilməsi tədbirlərinin davamı kimi bu sahədə ayrı-ayrı regionlardan Baş Prokurorluğa daxil olmuş çoxsaylı vətəndaş müraciətlərinin əlaqəli şəkildə təhlili nəticəsində müəyyən edilmiş qanunsuz hallarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, keçirilmiş tədbirlərlə Şəmkir rayon icra hakimiyyəti başçısının Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi -“Acı arx” Sudan İstifadəedənlər Birliyinin İdarə heyətinin sədri Abbasov Elçin İsmayıl oğlunun 2021-2022-ci illər ərzində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin qəsəbə ərazisində yaşayan ayrı-ayrı şəxslərdən istifadələrində olan əkin sahələrinin suvarılmasının təşkil edilməsi üçün kütləvi şəkildə hər hektar torpaq sahəsinə görə 500 manat olmaqla müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına, eləcə də torpaq istifadəçilərinə suvarma üçün suyun verilməsini qismən həyata keçirib təsərrüfatlarına qəsdən ziyan vurmasına əsaslı şübhələr müəyyən edilmişdir.
  Qeyd edilən hallarla bağlı cinayət işi başlanmaqla toplanmış ilkin sübutlar əsasında Elçin Abbasova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.  
  Bundan başqa, eyni xarakterli əməllərə görə torpaq istifadəçilərindən pul vəsaitinin alınması və təsərrüfatlara ziyan vurulması xüsusatları üzrə Neftçala rayon “Bərəkət”, “Qaravəlli” və digər sudan istifadəedənlər birliklərinin, habelə Neftçala Suvarma Sistemləri idarəsinin vəzifəli şəxsləri barəsində də cinayət işi başlanmışdır. 
  Hazırda hər iki cinayət işi üzrə təqsirləndirilən şəxslərin, onların əlbir olduğu digər şəxslərin və zərərçəkmişlərin dəqiq dairəsinin, habelə təsərrüfatlara vurulmuş ziyan məbləğinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir.
  Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Cəlilabadın Mərkəzi Xəstəxanasında araşdırma aparır

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında aşkar edilmiş qanun pozuntularına dair araşdırma aparılır.

Oxumağa davam et Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Cəlilabadın Mərkəzi Xəstəxanasında araşdırma aparır

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir sıra vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edib

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən Abşeron rayonu Saray bələdiyyəsinin sədrinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasına dair mediadan daxil olmuş sorğulara cavab olaraq bildiririk ki,  əvvəl məlumat verildiyi kimi İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin və ayrı-ayrı bələdiyyələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı zamanı bir sıra vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilib.

Oxumağa davam et Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir sıra vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edib

Azərbaycanda qanunsuz varlanmaya qarşı mübarizə tədbirləri gücləndirilir

Azərbaycanda vəzifəli şəxslər qarşısında yeni tələb qoyulur. Müəyyən dövlət qurumlarının işçilərinin maaşlarının mərhələlişəkildə artırılması nəzərdə tutulur.

Oxumağa davam et Azərbaycanda qanunsuz varlanmaya qarşı mübarizə tədbirləri gücləndirilir

Azərbaycan korrupsiya ilə mübarizə sahəsində beynəlxalq fəaliyyətindən danışıb

Cari ilin 20 may tarixində Avropa İttifaqı (Aİ), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Açıq Hökumət Tərəfdaşlığı (AHT) tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində açıq hökumətin təşviqinə dair islahatlara və korrupsiyaya qarşı mübarizəyə yönəlmiş “Dürüstlük Proqramına Aİ-nin dəstəyi” adlı onlayn rejimində yüksək səviyyəli tədbir keçirilib.  

Oxumağa davam et Azərbaycan korrupsiya ilə mübarizə sahəsində beynəlxalq fəaliyyətindən danışıb