Etiket arxivi: #koronavirus

Koronavirusla mübarizədə iştirak edən həkimlərə 492 min manata yaxın müddətli əlavə ödənilib

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2022-ci ilin may – iyul ayları üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 448 min manata yaxın, qeyri-tibb işçilərinə isə 44 min manata yaxın müddətli əlavə ödənilib.

Oxumağa davam et Koronavirusla mübarizədə iştirak edən həkimlərə 492 min manata yaxın müddətli əlavə ödənilib

Koronavirusla mübarizə üzrə modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb

COVID-19-la mübarizə tədbirləri çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan bəzi Modul tipli xəstəxanaların fəaliyyəti aktiv yoluxma sayının azalması ilə bağlı dayandırılıb.

Oxumağa davam et Koronavirusla mübarizə üzrə modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb

Koronavirusun əlamətlərini hiss etdikdə nə etməlisiniz?

Son günlərdə qeydə alınan statistik göstəricilərə əsasən, koronavirusun yeni ştamına yoluxanların sayında artım müşahidə olunur. Səhiyyə Nazirliyi “Omicron” ştamının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlardan səhiyyə qurumları tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələrini xahiş edib.

Oxumağa davam et Koronavirusun əlamətlərini hiss etdikdə nə etməlisiniz?

“Omicron” ştamı koronavirusun diqər mutasiyalarından nə ilə fərqlənir?

Hazırda bütün dünyada yeni narahatlıq dalğasına səbəb olan “omikron” ştamının nə dərəcədə təhlükəli olduğu, koronavirusun digər mütasiyalarından necə fərləndiyi və onun nə dərəcədə yoluxucu və ölümcül olduğu kimi suallar bir çoxlarını düşündürür.

Oxumağa davam et “Omicron” ştamı koronavirusun diqər mutasiyalarından nə ilə fərqlənir?

Koronavirusa yoluxanlar hansı halda dərhal təcili yardım çağırmalıdırlar?

Xəstələr çox yorğundurlarsa, hərəkət edə bilmirlərsə, qızdırmaları düşmürsə, nəfəs darlığı başlayıbsa, təcili yardıma zəng etməlidirlər. Onların klinikaya yerləşmələri tövsiyə olunur.

Oxumağa davam et Koronavirusa yoluxanlar hansı halda dərhal təcili yardım çağırmalıdırlar?

Koronavirusa yoluxmuş həkim xəstə qəbul etdiyinə görə cəzalandırılacaq

Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin həkimi Hafiz Əliyevin koronavirus xəstəsi olduğu halda xidməti iş otağında xüsusi karantin rejimi qaydalarını pozaraq pasiyent qəbul etməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Oxumağa davam et Koronavirusa yoluxmuş həkim xəstə qəbul etdiyinə görə cəzalandırılacaq

Koronavirusla mübarizə davam edir- 40 yaşdan yuxarı vətəndaşları vaksinasiyası başlanır – VİDEO

Bu gün keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqində 40-dan yuxarı olan vətəndaşların vaksinasıyası elan edilib.

Oxumağa davam et Koronavirusla mübarizə davam edir- 40 yaşdan yuxarı vətəndaşları vaksinasiyası başlanır – VİDEO

Uşaqlar üçün təhlükəli olan üçüncü koronavirus dalğası haqda şayiələri kim yayıb? – VİDEO

Son günlərdə sosial şəbəkələrdə Azərbaycanda koronavirusun üçüncü dalğasının daha qorxulu və acınacaqlı olacağı, bu mərhələdə uşaqların kütləvi yoluxacağı və onlar arasında çoxsaylı ölüm hallarının baş verəcəyi, eləcə də xəstə uşaqların qəbulu üçün xəstəxanalarda hazırlıq işlərinin aparıldığı barədə səs yazısı yayılıb.

Oxumağa davam et Uşaqlar üçün təhlükəli olan üçüncü koronavirus dalğası haqda şayiələri kim yayıb? – VİDEO

Koronavirusun havadakı təhlükəli səviyyələrini aşkar etmək üçün biosensor hazırlanıb

Valensiya Politexnik Universitetinin İspaniyalı alimləri SARS-CoV-2 virusunu havada birbaşa aşkar etmək üçün bir cihaz hazırlayıblar. Yenilik haqda Valensiya Universitetləri Birliyinin – RUVID-in veb saytında bildirilir.

Oxumağa davam et Koronavirusun havadakı təhlükəli səviyyələrini aşkar etmək üçün biosensor hazırlanıb

Karantinin sərtləşdirildiyi regionlarda sahibkarlara yenidən maliyyə dəstəyi göstəriləcək

Sərtləşdirilmiş karantin rejimi tətbiq edilən rayon və şəhərlərdə fəaliyyət göstərən sahibkarlara yenidən maliyyə dəstəyi göstəriləcək.

Oxumağa davam et Karantinin sərtləşdirildiyi regionlarda sahibkarlara yenidən maliyyə dəstəyi göstəriləcək

Azərbaycanın bir sıra regionunda karantin rejimi uzadılaraq sərtləşdirilir

Nazirlər Kabineti yanında Operativ Qərargah: Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində xüsusi karantin rejimində dəyişikliklər edilib.

Oxumağa davam et Azərbaycanın bir sıra regionunda karantin rejimi uzadılaraq sərtləşdirilir

Azərbaycanda koronavirusa yoluxanların 20% uşaqlardır

Azərbaycan Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupunun üzvü Sevda Məmmədova müsahibəsinin əvvəlində cari ilin iyul ayından etibarən xidmət göstərən “814” Çağrı Mərkəzinin iş qrafikindən məlumat verib.

Oxumağa davam et Azərbaycanda koronavirusa yoluxanların 20% uşaqlardır

Təhsil Nazirliyi və TƏBİB koronovirus və tədris prosesi ilə bağlı aktual sualları cavablandırıblar

Nazirlər Kabineti yanında Operativ Qərargah Təhsil naziri Emin Əmrullayevin və TƏBİB-in şöbə müdiri Yaqut Qarayevanın iştirakı  ilə  brifinq keçirib.

Oxumağa davam et Təhsil Nazirliyi və TƏBİB koronovirus və tədris prosesi ilə bağlı aktual sualları cavablandırıblar

Təhsil Nazirliyi gələn həftədən X – XI sinifləri əyani dərslərə cəlb edəcək

19 oktyabr tarixindən X-XI sinif şagirdləri sanitar-epidemioloji vəziyyətdən asılı olaraq müvafiq şəhər və rayonlarda əyani formada tədrisə cəlb ediləcəklər.

Oxumağa davam et Təhsil Nazirliyi gələn həftədən X – XI sinifləri əyani dərslərə cəlb edəcək

Əyani dərslərin keçirilməsinin ilk fəsadları məlum olub

Ölkəmizdə pandemiya ilə əlaqədar olaraq, 2020-2021-ci tədris ilində dərslər həm əyani, həm də distant formada tədris edilir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə uyğunlaşdırılmış tədris planları əsasında təşkil edilir.

Oxumağa davam et Əyani dərslərin keçirilməsinin ilk fəsadları məlum olub

İctimai iaşə müəssisələrinin müştəri qəbulu qaydalarına əlavələr təsdiqlənib

Azərbaycan Nazirlər Kabinetinin yeni qəbul etdiyi qərara əsasən “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Qərara dəyişikliklər edilib.

Oxumağa davam et İctimai iaşə müəssisələrinin müştəri qəbulu qaydalarına əlavələr təsdiqlənib