Etiket arxivi: #KOBİA

Sahibkarlara satışın təşkili üzrə dəstək göstərilib

2022-ci ilin birinci yarısında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 600-dən çox mikro, kiçik və orta sahibkarlıq subyektinin məhsul və xidmətlərinin 16 sərgi və yarmarkada nümayiş olunmasına və satışına təmənnasız olaraq dəstək göstərib.

Oxumağa davam et Sahibkarlara satışın təşkili üzrə dəstək göstərilib

KOBİA reqional mərkəzlərdə vakansiya elan edib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi KOB dostu departamentinin Qazax, Gədəbəy, Daşkəsən və Beyləqan rayonları üzrə KOB dostu, “Yevlax KOB evi”nin İnformasiya texnologiyaları üzrə baş mütəxəssisi vəzifələrinə işə qəbul elan edib.

Oxumağa davam et KOBİA reqional mərkəzlərdə vakansiya elan edib

KOBİA-nın 2-ci qrant müsabiqəsinin nəticələri fevralda açıqlanacaq

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin elm və dəstək layihələrinin maliyyələşdirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş 2-ci qrant müsabiqəsinə sənəd qəbulu başa çatıb.

Oxumağa davam et KOBİA-nın 2-ci qrant müsabiqəsinin nəticələri fevralda açıqlanacaq

KOBİA sosial sahibkarlıq sahəsində mövcud vəziyyəti müzakirə edib

Sentyabrın 17-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Dövlət Məşğulluq Agentliyinin dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin tərəfdaşlığı ilə “Azərbaycanda sosial sahibkarlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda Forum keçirilib.

Oxumağa davam et KOBİA sosial sahibkarlıq sahəsində mövcud vəziyyəti müzakirə edib

KOBİA sahibkarları termal sulardan istifadə üzrə layihədə iştiraka dəvət edib

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi iş adamlarını Kürdəmir rayonunun Carlı və Sor-Sor sahələrində qazılmış Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olan və istismara yararlı hesab edilən kəşfiyyat quyularının termal sularından istifadə etməklə biznes layihələri ilə bağlı təklif verməyə dəvət edib.

Oxumağa davam et KOBİA sahibkarları termal sulardan istifadə üzrə layihədə iştiraka dəvət edib

İsmayıllı rayonunda dövlət dəstəyi ilə 15 kənd qonaq evi yaradıldı – FOTO

Dövlət Məşğulluq Agentliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sifarişi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin icra etdiyi  “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti –  kənd qonaq evi istifadəyə verilib. 

Oxumağa davam et İsmayıllı rayonunda dövlət dəstəyi ilə 15 kənd qonaq evi yaradıldı – FOTO

Sahibkarlar üçün ödənişsiz təlimlər keçirilir

Mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün müxtəlif dəstək tədbirləri və güzəştlərlə yanaşı, onların sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının, məlumatlılıq səviyyəsinin artırılması da dövlət tərəfindən dəstəklənir.

Oxumağa davam et Sahibkarlar üçün ödənişsiz təlimlər keçirilir

KOBİA sahibkarları bilik bacarıqlarını artırmağa çağırlb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yeni biznes qurmaq və mövcud biznesini genişləndirmək istəyən sahibkarlara müraciət edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, biznesin planlaşdırılması, marketinq, satış, bazar araşdırması, sahibkarlıq sahəsində qanunvericilik, maliyyənin və insan resurslarının idarə olunması və digər istiqamətlərdə təlim və məsləhət xidmətlərindən faydalanmaq istəyən mikro, kiçik və orta sahibkarlar, həmçinin öz biznesini qurmaq istəyən potensial sahibkarlar KOBİA-nın Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər.
KOB inkişaf mərkəzlərində, həmçinin sahibkarlıq subyektlərinə, eləcə də startaplara, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlara, əlilliyi olan şəxslərə və gənclərə dövlətin güzəştli maliyyə resursları haqqında məlumatlandırma, KOB-ların şəbəkələşməsi və beynəlxalq proqramlarda iştirak istiqamətlərində də dəstək göstərilir. KOB inkişaf mərkəzlərində göstərilən bütün xidmətlər ödənişsizdir. KOB inkişaf mərkəzlərinin təlim, məsləhət və digər xidmətlərindən faydalanmış sahibkarlara biznesin sonrakı mərhələlərində də dəstək göstəriləcək.
Biznes sahəsində bilik və bacarıqlarını artırmaq istəyən KOB subyektləri aşağıdakı əlaqə vasitələrindən istifadə etməklə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər.
Bakı KOB İnkişaf Mərkəzi
Ünvan: Bakı şəhəri, S.Vurğun küçəsi, 143, “World Business Center”, 10-cu mərtəbə
Əlaqə telefonu: (+994 12) 497 07 10/11/12, mobil/watsapp: (+994 50) 225 38 88
E-mail: “baki@kobim.az”
Sumqayıt KOB İnkişaf Mərkəzi
Ünvan: Sumqayıt şəhəri, Sülh küçəsi 26, Sumqayıt Biznes Mərkəzi, 2-ci mərtəbə
Əlaqə telefonu: (+994 55) 209 30 75
E-mail: “sumqayit@kobim.az”
Az1069, Bakı, Atatürk pr.,134
Tel:(+994 12) 404 04 01
E-mail: “info@smb.gov.az”, “www.smb.gov.az

KOBİA sahibkarları sənaye parkları və məhəllələrinin imkanlarından daha geniş istifadə etməyə çağırır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarları, xüsusilə də kiçik və orta biznes subyektlərini Mingəçevir Sənaye Parkı və Sabirabad Sənaye Məhəlləsində yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət edir.

Oxumağa davam et KOBİA sahibkarları sənaye parkları və məhəllələrinin imkanlarından daha geniş istifadə etməyə çağırır