Etiket arxivi: #Kəlbəcər

Kəlbəcər və Daşkəsəndə aşkar olunan növbəti minalar zərərsizləşdirilib

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam etdirilir.

Oxumağa davam et Kəlbəcər və Daşkəsəndə aşkar olunan növbəti minalar zərərsizləşdirilib

Kəlbəcər istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirilib

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi prosesi davam edir.

Oxumağa davam et Kəlbəcər istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirilib

Kəlbəcər və Laçın istiqamətlərində bölmələrimiz artilleriya atəşinə məruz qalıb

Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.

Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.

Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Oxumağa davam et Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib

İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib – VİDEO

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dövlətimizin başçısı Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olub.

Dövlətimizin başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib. Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub.

Dövlətimizin başçısına Kəlbəcər şəhərinin baş planı təqdim edilib.

Sonra Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub. Burada dövlətimizin başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verilib.

Prezident İlham Əliyev Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlini qoyub.

Sonra dövlətimizin başçısı çıxış edib.

Hərbi qulluqçumuz Kəlbəcərdə şəhid olub

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Oxumağa davam et Hərbi qulluqçumuz Kəlbəcərdə şəhid olub

Suqovuşandan Kəlbəcərə hərəkət edən mülki avtomobil karvanına atəş açılıb

Oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan  avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb.

Oxumağa davam et Suqovuşandan Kəlbəcərə hərəkət edən mülki avtomobil karvanına atəş açılıb

Azərbaycan ordusu Kəlbəcərə daxil olan Erməni silahlı qüvvələrinin təxribatının qarşısını alıb

İyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu (N 40°04′30″; E 45°54′42″) coğrafi koordinatlarında mövqe tutublar.

Oxumağa davam et Azərbaycan ordusu Kəlbəcərə daxil olan Erməni silahlı qüvvələrinin təxribatının qarşısını alıb

XİN Ermənistan diversantlarının Kəlbəcərdə terror əməliyyatına münasibət bildirib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən cari ilin mayın 27-də Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və  yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər. 

Oxumağa davam et XİN Ermənistan diversantlarının Kəlbəcərdə terror əməliyyatına münasibət bildirib

Qarabağın məşhur müəllimi Məmməd Aslan: O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər…

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti siması Məmməd Aslandır. O, 1939-cu il dekabrın 24-də Kəlbəcər rayonunun Laçın kəndində anadan olub.

Oxumağa davam et Qarabağın məşhur müəllimi Məmməd Aslan: O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər…

Azərbaycan Prezidenti: Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını? – VİDEO

Bu gün noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər rayonunun işğaldan azad olunması münasibəti ilə xalqa müraciət edib.

Oxumağa davam et Azərbaycan Prezidenti: Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını? – VİDEO

Kəlbəcər rayonu işğaldan azad olundu – FOTO/VİDEO

Azərbaycan Respublikası, Rusiya Federasiyası  Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Oxumağa davam et Kəlbəcər rayonu işğaldan azad olundu – FOTO/VİDEO

Ermənistan məkrli siyasətinə davam edir və hələdə möcüzə gözləyir

Ermənistan məkrli siyasətinə davam edir, bu ölkənin vətəndaşları Azərbaycanın göstərdiyi humanizmə rəmən onlara üsulluca köçmək üçün verilən vaxtı işğal azad edəcəkləri torpaqlarda meşələri, evləri yandırırlar. Onlar vaxtı uzatmaqla, meydan oxuyan davranışları ilə oyunu pozmağa, əldə edilmiş razılaşmalara son qoymağa çalışırlar,  hələdə  möcüzə gözləyirlər…   

Oxumağa davam et Ermənistan məkrli siyasətinə davam edir və hələdə möcüzə gözləyir