Etiket arxivi: #jurnal

DİM “Abituriyent” jurnalının 5-ci nömrəsini nəşr edib

“Abituriyent” jurnalının 5-ci nömrəsində 2022/2023-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim edilib. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2021-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları” xüsusi buraxılışında isə ixtisaslar üzrə minimal keçid balları dərc edilib. 

Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətlərdən görünür ki, abituriyentləri ötən illərdə orta ixtisas təhsili müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki keçid balları ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə müəyyən mənada oriyentir rolunu oynayır. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən-ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Bununla belə burada oxşar meyillər, tendensiyalar da özünü göstərir. Odur ki, abituriyentlər ixtisas seçimi zamanı keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdən qaçırmamalıdırlar. “Abituriyent” jurnalının bu xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2021-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları dərc edilib. 

Jurnalları “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Qeyd edək ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 2-dən 7-dək  aparılacaq.

Abituriyentlər 2021 və 2022-ci illərdə nəşr olunmuş “Abituriyent” 4 jurnalını harada ala bilərlər

Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və s. məlumatlar “Abituriyent” jurnalının 4 nömrəli buraxılışında çap olunur. 2022-ci ildə ixtisas qrupları üzrə ümumilikdə 51 mindən çox plan yeri ayrılıb.

Oxumağa davam et Abituriyentlər 2021 və 2022-ci illərdə nəşr olunmuş “Abituriyent” 4 jurnalını harada ala bilərlər

«Abituriyent» jurnalının 4-cü nömrəsi artıq satışdadır

Jurnalın bu nömrəsində 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.

Oxumağa davam et «Abituriyent» jurnalının 4-cü nömrəsi artıq satışdadır

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 6-cı nömrəsini nəşr edib

Jurnalın bu nömrəsində 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat, “Bakalavrin elektron ərizəsi”ndə ixtisaslaşma seçimi formasının nümunəsi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlar təqdim olunub. 

Oxumağa davam et Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 6-cı nömrəsini nəşr edib

Buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr edilib

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışlarını Azərbaycan və rus dillərində nəşr edib.

Oxumağa davam et Buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr edilib