Etiket arxivi: #istilik

İstilik və isti su sayğaclarının quraşdırılması işlərinə başlanılıb

“Azəristiliktəchizat” ASC istehsal və əməliyyat səməriliyini artırmaq, uçot sistemini təkmilləşdirmək, həmçinin istilik enerjisindən səmərəli istifadəni stimullaşdırmaq və fəaliyyətini müasirləşdirmək məqsədilə istilik və isti su sayğaclarının quraşdırılması işlərinə başlamışdır.

Oxumağa davam et İstilik və isti su sayğaclarının quraşdırılması işlərinə başlanılıb

250-dən çox binada istilik problemləri yaşanır


Mövsümdən öncə “Azəristiliktəchizat” ASC-nin xidmət zonasına daxil olan yaşayış binaları, təhsil və səhiyyə obyektlərinin istilik sistemlərinin monitorinqi aparılıb və 214 yaşayış binası, 37 təhsil müəssisəsi və 8 səhiyyə obyektinin istilik sistemlərində problemlər olduğu müəyyən edilib. Bununla bağlı aidiyyəti qürumlara müvafiq məlumat verilib.

Oxumağa davam et 250-dən çox binada istilik problemləri yaşanır

“Azəristiliktəchizat” payız-qış mövsümünə hazırlıq işləri görür

“Azəristiliktəchizat” ASC-nin istilik təsərrüfatlarının 2022-2023-cü illər payız-qış mövsümünə hazırlanmasına dair təsdiq edilmiş Tədbirlər Planının icra vəziyyəti ilə bağlı Regional İstilik Sistemləri İstismar Sahələrinin rəislərinin iştirakı ilə müşavirə keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müşavirədə Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala və Mingəçevir İstilik Sistemləri İstismar Sahələrinin rəhbərləri iştirak edib və istilik mövsümünə hazırlıqla bağlı hesabat təqdim ediblər.

Qazanxana, elektrik, nəzarət ölçü cihazları, avtomatika və istilik şəbəkəsi avadanlıqları, həmçinin qaz təsərrüfatlarına aid əsaslı və cari təmir işlərinin müəyyən edilmiş müddətlərdə başa çatdırılması və ümumilikdə istilik təsərrüfatlarının mövsümə tam hazır olmasının təmin edilməsi birmənalı şəkildə müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.

“Azəristiliktəchizat” ASC sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev qarşıda duran vəzifələr və Cəmiyyətin fəaliyyəti ilə bağlı həyata keçirilən tədbirlər haqqında müşavirə iştirakçılarını məlumatlandırıb. Müvafiq tapşırıqlar verilməklə, yaşayış binaları, təhsil və səhiyyə müəssisələrinin keyfiyyətli istilik təchizatının təmin edilməsi üçün qeyd edilən obyektlərin binadaxili istilik sistemlərində zəruri təmir bərpa işlərinin aparılması məqsədi ilə balanssaxlayıcıları ilə mütəmadi görüşülməsi və lazımi texniki dəstəyin verilməsi zəruriyyəti Regional İstilik Sistemləri İstismar Sahələrinin rəhbərlərinin diqqətinə çatdırılıb.

Qeyd edək ki, 2022-2023-cü illər istilik mövsümündə respublikanın regionlarında Cəmiyyətə məxsus 203 qazanxana istismar edilməklə 97 məktəb, 33 uşaq bağçası, 47 səhiyyə, 28 təsərrüfat obyekti və 95 büdcədən maliyyələşdirilən digər təşkilatların istiliklə təmin edilməsi proqnozlaşdırılır.

İstilik təchizatı sahəsinin səmərəliliyin artırılması ilə bağlı Sərəncam imzalanıb

Prezident İlham Əliyev İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Oxumağa davam et İstilik təchizatı sahəsinin səmərəliliyin artırılması ilə bağlı Sərəncam imzalanıb