Etiket arxivi: #İqtisadiyyat Nazirliyi

İqtisadiyyat Nazirliyinin yeni Çağrı Mərkəzi istifadəyə verilib

Vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına (Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə nazirlik üzrə vahid platforma – 195-1 Çağrı Mərkəzi yaradılıb.

Oxumağa davam et İqtisadiyyat Nazirliyinin yeni Çağrı Mərkəzi istifadəyə verilib

İqtisadi Elmi Tədqiqat İnstitutu doktorantura və dissertantura proqramlarına qəbul elan edib

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140s nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na əsasən, 2022-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktorantura (əyani və qiyabi) və dissertanturaya, elmlər doktoru hazırlığı üzrə isə dissertanturaya qəbul elan edib.

Oxumağa davam et İqtisadi Elmi Tədqiqat İnstitutu doktorantura və dissertantura proqramlarına qəbul elan edib

Dövlət Vergi Xidməti İsrailin kiber təhlükəsizlik şirkəti ilə memorandum imzalayıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə İsrailin kiber təhlükəsizlik sahəsində fəaliyyət göstərən “Rayzone Group” şirkəti arasında memorandum imzalanıb.

Oxumağa davam et Dövlət Vergi Xidməti İsrailin kiber təhlükəsizlik şirkəti ilə memorandum imzalayıb

Nazirlik investisiya müsabiqəsi elan edib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, “Sumqayıt Tikinti Xidmət” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 99,91 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib.

Oxumağa davam et Nazirlik investisiya müsabiqəsi elan edib

Azərbaycanda qeyri-neft sektorunda müşahidə olunan artımın davamlı olacağı proqnozlaşdırılır

Bu ilin əvvəlindən Azərbaycanın qeyri-neft ixracı 40 faiz artıb və bu artımın davamlı olacağı proqnozlaşdırılır.

Oxumağa davam et Azərbaycanda qeyri-neft sektorunda müşahidə olunan artımın davamlı olacağı proqnozlaşdırılır

Dövlətə məxsus nəqliyyat vasitələri və tikinti obyektləri hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi dövlət əmlakında olan nəqliyyat vasitələrini və tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərini hərraca çıxarır.

Oxumağa davam et Dövlətə məxsus nəqliyyat vasitələri və tikinti obyektləri hərraca çıxarılır

15 tələbə “IT HUB Azərbaycan” layihəsində iştirak hüququ qazanıb

İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” (4SİM) ”StrategEast” təşkilatı ilə birgə “IT HUB Azərbaycan” layihəsinə start verib. Layihənin əsas məqsədi İKT sahəsinin inkişafının dəstəklənməsi, əmək bazarında bu sahədə ixtisaslı kadrların hazırlanması və işlə təmin edilməsindən ibarətdir.

Oxumağa davam et 15 tələbə “IT HUB Azərbaycan” layihəsində iştirak hüququ qazanıb

Qum-çınqıl yataqları hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən 23 iyun tarixində faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil ediləcək.

Oxumağa davam et Qum-çınqıl yataqları hərraca çıxarılacaq

Beynəlxalq daşımalarda iştirak edən yerli şirkətlərin inkişaf perspektivləri müzakirə edilib

Aprelin 24-də İqtisadiyyat və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq daşımalarda iştirak edən yerli şirkətlərlə görüş keçirilib.

Oxumağa davam et Beynəlxalq daşımalarda iştirak edən yerli şirkətlərin inkişaf perspektivləri müzakirə edilib

Faydalı qazıntıların istifadəsi ilə bağlı ilk hərrac keçirilib

Yer təkinin istifadəyə verilməsində azad rəqabət mühitini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən müsabiqə və hərracların keçirilməsinə start verilib.

Oxumağa davam et Faydalı qazıntıların istifadəsi ilə bağlı ilk hərrac keçirilib

Dövlət əsassız qiymət artımı ilə mübarizəyə başlayıb

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti benzin və dizel yanacağının qiymətinin artımı ilə bağlı əsassız qiymət artımı ilə mübarizəyə başlayıb.

Oxumağa davam et Dövlət əsassız qiymət artımı ilə mübarizəyə başlayıb

Sahibkarların kreditlərə çıxış imkanlarını genişləndirilir

Biznesin dövlət zəmanətli krediti asan və şəffaf formada əldə etməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan Elektron Kredit Platforması (www.e-edf.gov.az) sahibkarların kredit sifarişləri üçün əlverişli vasitəyə çevrilib.

Oxumağa davam et Sahibkarların kreditlərə çıxış imkanlarını genişləndirilir