Etiket arxivi: #İfadəazadlığı

İfadə azadlığı və internetdə fərdi məlumatların emalı təzadları

İnternetdə ifadə azalığı hüququ bir çoxlarının nəzəriyyəsinə görə, istənilən fikrin, şəklin, video görüntünün paylaşılması imkanını verir, lakin bu azadlıqdan savadlı və mənəvi dəyərlərə uyğun şəkildə istifadə edilmədikdə bu prosesin özü bir qanun pozuntusuna gətirib çıxara bilər. Belə qanun pozuntulara bullinq məqsədi ilə kiminsə arzuolunmaz şəklinin və ya video görüntüsünün paylaşılması, kiminsə postunun altında təqqiramiz ifadələrin yazılması və ya şəxsi foto və videosunu paylaşan şəxsin icazəsi olmadan ona aid olan şəxsi məlumatların sosial şəbəkələrdə açıq şəkildə yayılması və s. kimi halları aid etmək olar. Bunun üçündə, sosial şəbəkələrdə şəxsi məlumatları yalnız tam etibar etdiyiniz şəxslər qrupunda paylaşmaq olar, digər şəxslərə bu məlumatları bağlamaq üçün platformaların konfidensiallıq bölümlərində xüsusi qeydlər etmək lazımdır. Buna həvəsiniz yoxdursa şəxsi mənafeyinizə hər hansı xələl yetirə biləcək foto və video görübtüləri ümumiyyətlə sosial şəbəkələrdə paylaşmayın, kənar yerlərdə kameraların olub olmadığına nəzarət edin ki, arzuolunmaz kazuslarla qarşılaşmayasınız.

Oxumağa davam et İfadə azadlığı və internetdə fərdi məlumatların emalı təzadları