Etiket arxivi: #HeydərƏliyev

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın verilməsi qaydası təsdiq edilib

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın verilməsi Qaydası və həmin Təhsil Qrantının məbləği təsdiq edilib.

Oxumağa davam et “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın verilməsi qaydası təsdiq edilib

“Heydər Əliyev adına təqaüd”ün təyin edilməsi məqsədilə universitetlərdə müsabiqə komissiyaları yaradılacaq

Təhsildə yüksək nailiyyətləri ilə fərqlənən tələbələrə “Heydər Əliyev adına təqaüd”ün təyin edilməsi məqsədilə universitetlərdə müsabiqə komissiyaları yaradılacaq.

Oxumağa davam et “Heydər Əliyev adına təqaüd”ün təyin edilməsi məqsədilə universitetlərdə müsabiqə komissiyaları yaradılacaq

Prezident ailəsi Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət edib

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.

Oxumağa davam et Prezident ailəsi Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət edib

Heydər Əliyev-100: Bakı metropoliteni xalqın milli sərvətidir – VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Ümummilli Liderin Bakı metropoliteni qarşısında tarixi xidmətlərinə həsr olunmuş videoçarx hazırlanıb.

Oxumağa davam et Heydər Əliyev-100: Bakı metropoliteni xalqın milli sərvətidir – VİDEO

Müasir müstəqil Azərbaycanın bünövrəsini qoyan dahi siyasətçi

Bu gün, mayın 10-da Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-illik yubileyi qeyd olunur.

“Dünya quruculuq sayəsində yaşayır və inkişaf edir” – bu sözləri bütün həyatı boyu müasir Azərbaycanın yaradıcısı olmuş dahi şəxsiyyət və siyasətçi demişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri var, ona görə də o, Vətəni və xalqı üçün həmişə əziz olacaq. Görkəmli şəxsiyyət sağlığında gördüyü işlərlə tarixdə əbədiləşmiş böyük azərbaycanlıdır. O, Azərbaycanın salnaməsində nadir lider, güclü dövlət başçısı, fədakar şəxsiyyət kimi qalıb. Ulu öndər Azərbaycanı bütün dünyada tanıdıb. Heydər Əliyevin parlaq həyat yolu və əzimkarlığı onu Azərbaycan xalqının ümummilli liderinə, eləcə də dünya siyasətinin nəhəng simasına çevirdi. 

“Bütün həyatımın məqsədi yalnız bütün varlığımla sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkənin iqtisadi, siyasi, mədəni inkişafına xidmət etmək olub”  

Heydər Əliyev

Bu sözləri deyən Heydər Əliyev bütün dövrlərdə xalqımızın rifahı, qüdrətli Azərbaycan naminə çalışıb.

Heydər Əliyev ona görə ümummilli liderə çevrildi ki, o, mənəvi keyfiyyətləri ilə siyasətçi və mütəfəkkir istedadını özündə birləşdirirdi.

“Hakimiyyətə müxalifət ola bilərsən, amma Vətənə, xalqa, mənəviyyata, yüksək ideallara müxalif ola bilməzsən”

Heydər Əliyev bu fikri öz əməlləri ilə dönə-dönə sübut etmişdir. Ona görə də Azərbaycan tarixinin bütöv bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövrün əsas məzmunu isə milli- mənəvi dəyərləri qorumaq ilə müasir dövrün tələbləri ilə ayaqlaşmaq, daim inkişaf etmək, dövlətçiliyi möhkəmləndirmək, parlaq, tolerant, azad və nəhəng Azərbaycan dövləti qurmaq idi.

Azərbaycan Prezidenti İlham Əliyev onun layiqli davamçısı olaraq bu prinsiplər əsasında müasir, müstəqil və müzəffər Azərbaycan dövlətinin ayaqda durmasının qarantı oldu. Azərbaycan xalqı illərlə işğal altında olan torpaqlarına govuşdu və bu torpaqlarda quruculuq işləri aparır. Ölkəmizin ərazi bütövlüyü və qələcək rifahı təmin olundu.

Bu gün artıq 30 il doğma Qarabağ torpağından qaçqın və məcburi köçkün düşmüş azərbaycanlılar geri qayıdırlar. İşğaldan azad edilmiş ərazilərimizdə sürətlə quruculuq işləri aparılır, yollar salınır, evlər, məktəblər, xəstəxanalar, məscidlər tikilir. Vaxtı ilə xarabalıqlar olan torpaqlarda parklar salınır, məhv edilən meşələrin yerinə yeni ağaclar əkilir, müxtəlif festivallar və beynəlxalq tədbirlər keçirilir.

Ümummilli liderimiz Heydər Əliyevin müsahibələrdən birində: “Biz o torpaqları işğaldan azad edəcəyik” vədi gerçəkləşdi.

Aynur Vəliyevə

Heydər Əliyevin 100 illiyinə həsr edilmiş yubiley medalı təsis edilib

Prezident İlham Əliyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar” qanunu təsdiqləyib.

Oxumağa davam et Heydər Əliyevin 100 illiyinə həsr edilmiş yubiley medalı təsis edilib

“Heydər Əliyev İli” çərçivəsində “Mədəniyyətə bağlı ömür” layihəsinə start verilir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı “Mədəniyyətə bağlı ömür” layihəsinə start verir.

Oxumağa davam et “Heydər Əliyev İli” çərçivəsində “Mədəniyyətə bağlı ömür” layihəsinə start verilir

Heydər Əliyevin ən çox sevdiyi tamaşalar nümayiş olunacaq

Fevralın 24-də Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi nümayiş olunacaq.

Oxumağa davam et Heydər Əliyevin ən çox sevdiyi tamaşalar nümayiş olunacaq

Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Oxumağa davam et Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edildi