Etiket arxivi: #güzəşt

DİM tərəfindən göstərilən bir sıra ödənişli xidmətlərin istifadəçilərinə güzəştlər ediləcək

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən bir sıra ödənişli xidmətlərin istifadəçilərinə güzəştlərin edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qərara əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-2024-cü illərdə həyata keçirilən tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının təsdiq etdiyi tariflərin ödəyiciləri olan və xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikasının vətəndaşları üçün aşağıdakı güzəştlər ediləcək:

1.1. ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üzrə
10 manat;

1.2. orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üzrə 20 manat;

1.3. Azərbaycan dili (dövlət dili kimi) üzrə test imtahanı üzrə 20 manat;

1.4. orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu ilə bağlı test imtahanı üzrə 25 manat;

1.5. orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu ilə bağlı test imtahanı, ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı (I mərhələ) üzrə 25 manat;

1.6. ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı (II mərhələ) üzrə 10 manat;

1.7. orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə qəbul imtahanları çərçivəsində keçirilən əlavə fənn (fənlər) üzrə test imtahanı üzrə 20 manat.

Bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan güzəştlər Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə kompensasiya ediləcək.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu Qərarın 2-ci hissəsi ilə müəyyən edilmiş kompensasiyanın alınması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış formada və müddətdə güzəştlərin tətbiqinə dair hesabatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan güzəştlərin maliyyələşdirilməsi
üçün tələb olunan vəsaitin 2023-2024-cü illərin dövlət büdcəsində müvafiq qaydada nəzərə alınmasını təmin etsin.

Bu Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Yemiş sahələrinin güzəştli sığortası hansı tariflərlə həyata keçirilir

Aqrar Sığorta Fondu ölkədə ilk dəfə olaraq yemiş sahələrini sığorta etməyə başlayıb. Digər əkin sahələrində olduğu kim yemiş təsərrüfatları üzrə də sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir.

Oxumağa davam et Yemiş sahələrinin güzəştli sığortası hansı tariflərlə həyata keçirilir

Tibb işçilərinə güzəştli ipoteka kreditləri veriləcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına dövlət tibb müəssisələrində çalışan tibb işçilərinin əlavə edilməsi ilə bağlı təklif hazırlayıb.

Oxumağa davam et Tibb işçilərinə güzəştli ipoteka kreditləri veriləcək

Azərbaycanda qoz bağlarının güzəştli sığortası başlayıb

Aqrar Sığorta Fondu ölkədə ilk dəfə olaraq qoz bağlarını sığorta etməyə başlayıb. Əkin sahələrində olduğu kimi, qoz bağları üzrə də sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir.

Oxumağa davam et Azərbaycanda qoz bağlarının güzəştli sığortası başlayıb

Təhsil Tələbə Krediti nə vaxt ayrılır, hansı güzəştləri nəzərdə tutur və kimlərə ayrılmır?

Təhsil Tələbə Krediti üçün nə vaxtdan müraciət edilə bilər, hansı güzəştləri nəzərdə tutur və kimlərə ayrılmadığı haqda məlumat bur çoxlarını maraqlandırır, bunu nəzərə alaraq aşağıda ki, xəbərimizdə bu suallafrın cavabını təqdim edirik.

Oxumağa davam et Təhsil Tələbə Krediti nə vaxt ayrılır, hansı güzəştləri nəzərdə tutur və kimlərə ayrılmır?

Tərəvəz-bostan bitkilərinin ilk dəfə güzəştli sığortasına başlanılır – TARİFLƏR

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta çərçivəsində ölkədə ilk dəfə olaraq tərəvəz-bostan bitkilərinin güzəştli sığortası başlayıb.

Oxumağa davam et Tərəvəz-bostan bitkilərinin ilk dəfə güzəştli sığortasına başlanılır – TARİFLƏR

Aqrar istehsal mallarına gömrük və vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur

Kənd təsərrüfatı məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracyönümlü aqrar istehsal mallarına gömrük və vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur.

Oxumağa davam et Aqrar istehsal mallarına gömrük və vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur

“Media haqqında” qanun layihəsi hansı azadlıqları, güzəştləri və məhdudiyyətləri nəzərdə tutur?

Azərbaycan Respublikasında media azaddır, media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır.

Oxumağa davam et “Media haqqında” qanun layihəsi hansı azadlıqları, güzəştləri və məhdudiyyətləri nəzərdə tutur?

Mərkəzi bank requlyativ güzəştin tətbiqi müddətini uzadıb

Maliyyə sektorunun cari vəziyyəti, sektorun maliyyə dayanıqlığı üzrə aparılmış qiymətləndirmə nəticələri, habelə beynəlxalq maliyyə təşkilatlarının tövsiyələri nəzərə alınmaqla Mərkəzi Bank requlyativ dəstək rejimini davamlı olaraq dəqiqləşdirir və siyasət qərarları qəbul edir.

Oxumağa davam et Mərkəzi bank requlyativ güzəştin tətbiqi müddətini uzadıb

Dövlət Gömrük Komitəsi sərhəddən keçirilən bəzi mallara tətbiq edilən güzəştlər və sadələşdirilmiş qaydalara aydınlıq gətirib

Dövlət Gömrük Komitəsi “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişikliklər edilməsi haqda qərarla bağlı açıqlama yayıb.

Oxumağa davam et Dövlət Gömrük Komitəsi sərhəddən keçirilən bəzi mallara tətbiq edilən güzəştlər və sadələşdirilmiş qaydalara aydınlıq gətirib