Etiket arxivi: #Gəncə

Sabahdan Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına onlayn bilet satışı dayandırılacaq

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) informasiya sistemləri və resurslarının “Hökumət buludu”na miqrasiyası ilə əlaqədar Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına onlayn bilet satışı dayandırılacaq.

Oxumağa davam et Sabahdan Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına onlayn bilet satışı dayandırılacaq

Gəncədə xəstəxananın tavanı çöküb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncə şəhərində tibb müəssisəsində tavanın çökməsi hadisəsi ilə bağlı məlumat yayıb.

TIME bildirir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Nizami Ailə Sağlamlıq Mərkəzinin (ASM) Laboratoriya şöbəsinin tavan hissəsinin çökməsi zamanı xəsarət alan olmayıb.

İşçilər təhlükəsiz şəkildə təxliyə olunub. Hadisənin baş vermə səbəbi araşdırılır. Hazırda Laboratoriya şöbəsi istisna olmaqla Nizami ASM-i fəaliyyətini davam etdirir.

Gəncə şəhərinə edilmiş raket hücumları ilə əlaqədar Baş Prokurorluğu bəyanat yayıb

Baş Prokurorluğun yaydığı bəyanatda qeyd edilib ki, Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, 2020-ci ilin sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsinin gedişatında əldə olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə və cəbhə zonasından uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, ballistik raketlərlə, eyni zamanda qadağan olunmuş artilleriya silahları ilə atəşə tutaraq insanlıq və sülh əleyhinə, habelə müharibə cinayətləri törətmiş, müharibəyə hər hansı aidiyyəti olmayan, gündəlik qayğıları ilə yaşayan mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurublar.

Oxumağa davam et Gəncə şəhərinə edilmiş raket hücumları ilə əlaqədar Baş Prokurorluğu bəyanat yayıb

Mədəniyyət naziri Gəncənin mədəniyyət müəssisələrinə müasir çağırışlara cavab verməyi tapşırıb

Gəncə şəhərinə səfər edən mədəniyyət naziri Anar Kərimov burada bir sıra mədəniyyət müəssisələrinə baş çəkib, onların fəaliyyəti ilə maraqlanıb.

Oxumağa davam et Mədəniyyət naziri Gəncənin mədəniyyət müəssisələrinə müasir çağırışlara cavab verməyi tapşırıb

Azərbaycan Prezidenti: Gəncənin ölkəmizin həyatında xüsusi rolu olacaq – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə azad edilmiş torpaqların həyatında xüsusi rol oynayacağını bildirib.

Oxumağa davam et Azərbaycan Prezidenti: Gəncənin ölkəmizin həyatında xüsusi rolu olacaq – VİDEO

Ermənistan ərazisindən Azərbaycanın Gəncə şəhərinə atılan raketlər 25 nəfər azərbaycanlının ölümünə səbəb olub

04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 25 nəfər həlak olmuş, 139 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Oxumağa davam et Ermənistan ərazisindən Azərbaycanın Gəncə şəhərinə atılan raketlər 25 nəfər azərbaycanlının ölümünə səbəb olub

Gəncə şəhərində erməni terroru nəticəsində ölənlərin sayı 13-ə çatdı- FOTO

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması ilə bağlı cinayət işi açıb.

Oxumağa davam et Gəncə şəhərində erməni terroru nəticəsində ölənlərin sayı 13-ə çatdı- FOTO

Gəncə və Mingəçevir şəhərlərinin dinc əhalisi raket atəşinə tutulub-iki uşaq ölüb

Ermənistan silahlı qüvvələri Gəncə və Mingəçevir şəhərlərini növbəti dəfə atəşə tutub.

TIME Müdafiə nazirliyinin rəsmi məlumatına istinadən bildirir ki, Gəncədə baş verən hadisə yerindən yayımlanan telereportajlara əsasən 20 yaşayış evi dağıdılıb.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb ki, Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 35 dinc sakin xəsarət alıb, 5 nəfər həlak olub. Ölənlər arasında 2 uşaq da var.

Birmənalı şəkildə bu hərbi cinayət və terror aktıdır.

Dövlət Ermənistanın Gəncəyə raket hücumu nəticəsində valideylərini itirmiş uşaqların sosial ehtiyaclarını qarşılayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları işğalçı Ermənistan tərəfindən Gəncə şəhərinə raket hücumu nəticəsində hər iki valideynini itirmiş uşaqlarla görüşdülər.

Oxumağa davam et Dövlət Ermənistanın Gəncəyə raket hücumu nəticəsində valideylərini itirmiş uşaqların sosial ehtiyaclarını qarşılayır

Gəncə QHT-ri şəhərin mülki əhalisinin raketlərdən atəşə tutulmasına dair bəyanat yayıb


Bəyanatda bildirilir ki, 4 oktyabr 2020-ci il tarixində, saat 10:30-dan başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə Konvensiyalarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın ikinci böyük şəhəri, Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri kasset tipli raket atəşinə tutulub.
TIME bildirir ki, bəyanatda təcavüzkar Ermənistan ordusunun Gəncəni atəşə tutması nəticəsində mülki şəxslər həlak olub, insanlar yaralanlb, xüsusilə uşaqlar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, eyni zamanda yaşayış evlərinə külli miqdarda ziyan dəyib.

“Gəncə şəhərinin Vətəndaş Cəmiyyəti Təsisatlatı, Ermənistanı beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə tabe olmağa və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çəkilməsinə dair tələbləri irəli sürən qətnamələrini yerinə yetirməyə çağırırıq”, – deyə bəyanatda qeyd edilib.

Gəncə QHT-ri bununla bağlı Ermənistan tərəfindən Gəncə şəhərinin mülki sakinlərinin məqsədyönlü şəkildə öldürülməsinə və nəticədə regiondakı vəziyyətin daha da gərginləşməsinə görə bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü bəyan ediblər.