Etiket arxivi: #FHN

Altıağac Milli Parkında baş vermiş yanğının söndürülməsinə helikopter cəlb edilib

Xızı rayonu, Əngilan kəndinin biçənək sahəsindən başlayan yanğın sonradan güclü külək nəticəsində kəndlə sərhəd ərazidə yerləşən Altıağac Milli Parkına keçib.

Oxumağa davam et Altıağac Milli Parkında baş vermiş yanğının söndürülməsinə helikopter cəlb edilib

Kustar üsulla nefti çıxarıb satan şəxslər aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Tərtər rayonunun Seydimli kəndi ərazisində uzun müddət konservə edilmiş neft quyularından qeyri-qanuni yolla kustar üsulla nefti əldə edərək kanistrlərə yığılması və satışı məqsədilə minik avtomobilinin yük hissəsində daşınmasını həyata keçirən şəxslər müəyyən edilib.

Oxumağa davam et Kustar üsulla nefti çıxarıb satan şəxslər aşkar edilib

FHN-nin əməkdaşlarının intim xarakterli video və fotolarının yayılmasında şübhəli bilinən şəxs tutulub

Bir sıra media və sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotoları  yayılması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırmalara başlanıb. 

Oxumağa davam et FHN-nin əməkdaşlarının intim xarakterli video və fotolarının yayılmasında şübhəli bilinən şəxs tutulub

FHN əməkdaşlarının intim görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı araşdırma aparılıb

Bir sıra media və sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotoları  yayılıb.

Oxumağa davam et FHN əməkdaşlarının intim görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı araşdırma aparılıb

Gözlənilən hava şəraiti ilə əlaqədar FHN-in əhaliyə müraciət edib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə temperaturun 42-44°-dək artacağı və arabir güclənən küləyin müşahidə olunacağı gözlənilir.

Oxumağa davam et Gözlənilən hava şəraiti ilə əlaqədar FHN-in əhaliyə müraciət edib

Dövlət Agentliyi AZS İSO/İES 17065-2014 standartına uyğun akkreditasiya olunub

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi AZS İSO/İES 17065-2014 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslerin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara olan tələblər” standartına uyğun akkreditasiya olunub.

Oxumağa davam et Dövlət Agentliyi AZS İSO/İES 17065-2014 standartına uyğun akkreditasiya olunub

Türkiyə Prezidenti FHN-in amfibiya təyyarəsinin ekipajı ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi qardaş Türkiyə Respublikasındakı meşə yanğınlarının söndürülməsi əməliyyatında iştirak edir.

Oxumağa davam et Türkiyə Prezidenti FHN-in amfibiya təyyarəsinin ekipajı ilə görüşüb

FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınlarla mübarizə edir – VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.

Oxumağa davam et FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınlarla mübarizə edir – VİDEO

FHN-in amfibiya tipli təyyarəsi Türkiyəyə yola düşüb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, zərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşüb.

Oxumağa davam et FHN-in amfibiya tipli təyyarəsi Türkiyəyə yola düşüb

FHN ildırım təhlükəsindən qorunmaq üçün tövsiyələr verib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün axşamdan başlayaraq mayın 21-dək ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Oxumağa davam et FHN ildırım təhlükəsindən qorunmaq üçün tövsiyələr verib

Hərbi Prokurorluq FHN zabitinin minaya düşməsi ilə bağlı cinayət işinə başlayıb

Fövqəladə Hallar Nazirliyinin zabiti, kapitan Heydərov Süleyman Vaqif oğlunun 2022-ci il mayın 13-də Ağdam rayonunun Abdınlı kəndi ərazisində mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Oxumağa davam et Hərbi Prokurorluq FHN zabitinin minaya düşməsi ilə bağlı cinayət işinə başlayıb

“Azərsun Sənaye Parkı”nda yanğının söndürülməsində fərqlənmiş FHN və DİN əməkdaşları təltif ediliblər

Azərbaycan Respublikası Prezidenti “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi zamanı fərqlənmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Oxumağa davam et “Azərsun Sənaye Parkı”nda yanğının söndürülməsində fərqlənmiş FHN və DİN əməkdaşları təltif ediliblər

“Azərsun Sənaye Parkı”nda yanğın söndürülüb, yaralılanlar var

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın səhər saatlarında söndürülüb.

Oxumağa davam et “Azərsun Sənaye Parkı”nda yanğın söndürülüb, yaralılanlar var

16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən 16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə Şuşa, Füzuli, Ağdam, Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Xocavənd, Qubadlı rayonlarında və Suqovuşan ərazisində yerləşən FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin hissələrində görüşlər keçirilib.

Oxumağa davam et 16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə tədbirlər keçirilib

Beşinci mərtəbədən yıxılan Bakı sakini xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin eyvanından düşərək birinci mərtəbəsindəki mənzilin artırmasının damında köməksiz vəziyyətdə qalıb.

Oxumağa davam et Beşinci mərtəbədən yıxılan Bakı sakini xilas edilib

FHN sel və daşqın zonasına helikopter cəlb edib – VİDEO

23 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Balakən və Zaqatala rayonlarının sakinlərindən küləklə müşayiət olunan intensiv yağışların yağması və yaranan fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil olub.

Oxumağa davam et FHN sel və daşqın zonasına helikopter cəlb edib – VİDEO

Türkiyə Azərbaycan yanğınsöndürənlərinin fəaliyyətini yüksək qiymətləndirib – VİDEO/FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər.

Oxumağa davam et Türkiyə Azərbaycan yanğınsöndürənlərinin fəaliyyətini yüksək qiymətləndirib – VİDEO/FOTO

FHN hava şəraitinin dəyişməsi ilə bağlı əhaliyə müraciət edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün axşam saatlarından başlayaraq iyunun 4-ü səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Oxumağa davam et FHN hava şəraitinin dəyişməsi ilə bağlı əhaliyə müraciət edib

Siyəzəndə kiçikhəcmli gəmilərə texniki baxış keçirilib – VİDEO

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 2021-ci il üçün kiçikhəcmli gəmilərə texniki baxış cədvəlinə uyğun olaraq nəzarət tədbirlərini davam etdirir.

Oxumağa davam et Siyəzəndə kiçikhəcmli gəmilərə texniki baxış keçirilib – VİDEO

Dağlara səyahət zamanı qar uçqunu olubsa nə etməlisiniz? – VİDEO

Qışda qarın yağması ilə təbiətin ağ örpəyə bürünməsi ətrafda gözəl mənzərə yaratmaqla yanaşı, bir sıra hallarda insan həyatı və sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilir. Belə ki, bəzən insanların müxtəlif məqsədlərlə – ov etmək, təbiət gözəlliyinin dadını çıxarmaq və s. üçün yaşayış yerindən uzaqlaşaraq qarla örtülmüş yüksək dağlıq və meşəlik ərazilərə üz tutması sonda arzuolunmaz nəticələrə gətirib çıxara bilir.

Oxumağa davam et Dağlara səyahət zamanı qar uçqunu olubsa nə etməlisiniz? – VİDEO

Yağış küçə və obyektlərinin su ilə dolmasına səbəb olub- FOTO/VİDEO

Son günlər Respublika ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi şəhər və rayonlarda, xüsusən Bakı şəhərində və Xaçmaz rayonunda küçə və prospektlərin, fərdi yaşayış evlərinin və həyətyanı sahələrin, digər obyektlərin və onların ətrafının yağış suları ilə dolması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub.

Oxumağa davam et Yağış küçə və obyektlərinin su ilə dolmasına səbəb olub- FOTO/VİDEO