Antioksidantlar insan orqanizmi tərəfindən istehsal edilən və bəzi qida məhsullarının tərkibində mövcud olan birləşmələrdir. Bu birləşmələr orqanizmimizi sərbəst radikallar adlanan potensial təhlükəyə malik molekulların səbəb olduğu hüceyrə zədələnmələrindən qoruyur. Sərbəst radikalların toplanması oksidləşdirici stress halının yaranmasına səbəb ola bilər ki, bu da DNT və hüceyrələrin digər vacib struktur hissələrini zədələyə bilər. Xroniki oksidləşdirici stress ürəyin xroniki xəstəlikləri, diabet və xərçəng xəstəlikləri riskini artıra bilər Antioksidantlarla zəngin qida məhsullarının istehlakı qanda antioksidantların səviyyəsini artırmaqla oksidləşdirici stressə qarşı mübarizə aparır və bu xəstəliklərin yaranma riskinin qarşısını alır.
Oxumağa davam et Antioksidantların insan orqanizminə nə kimi faydaları var?Etiket arxivi: #fayda
Xurmanın insan orqanizminə faydası nədən ibarətdir?
Ramazan süfrələrinin başlıca nemətlərindən olan xurma qan şəkərinin bərpası, orqanizmin aclığa qarşı müqavimətinin artırılması, bədənin enerji dəyərinin yüksək saxlanılmasında müstəsna əhəmiyyətə malikdir. Buna səbəb xurmanın yüksək qidalılıq dəyəridir və bir ədəd quru xurma 20-28 kalori daşıyır.
Oxumağa davam et Xurmanın insan orqanizminə faydası nədən ibarətdir?Bildirçin ətinin insana nə faydası var?
Bildirçin Şərq təbabətində uzun müddət xəstəliklərin müalicəsində istifadə olunub, hazırda da spesifik dadına görə “delikates” qida məhsulu kateqoriyasına aid edilir.
Oxumağa davam et Bildirçin ətinin insana nə faydası var?Buğda ununun zənginləşdirilməsi insan orqanizminə nə ilə faydalıdır?
Düzgün və balanslı qidalanma insan sağlamlığının başlıca meyarlarından biridir. Orqanizmin normal funksiyası üçün lazım olan enerji zəruri vitaminlər, mineral maddələr və mikroelementlərlə zəngin qidalar vasitəsilə alınmalıdır.
Oxumağa davam et Buğda ununun zənginləşdirilməsi insan orqanizminə nə ilə faydalıdır?Zeytunun insan orqanizminə faydası
Zeytun bitkisinin 80-dən çox növü məlumdur. Zeytun dünyanın tropik və subtropik ölkələrində geniş yayılıb. Zeytunun vətəni Aralıq dənizi ölkələri hesab edilir. Azərbaycanın, xüsusilə də Abşeronun torpaq-iqlim şəraiti zeytunun becərilməsi üçün çox əlverişlidir. Ölkəmizdə zeytun istehsalının 65 %-i məhz Abşeronun payına düşür.
Oxumağa davam et Zeytunun insan orqanizminə faydasıBalıq kürüsünün insan orqanizminə hansı faydaları var?
Balıq kürüsü təbii xüsusiyyətlərinə görə qiymətli qida məhsulu hesab olunur. Unikal qida tərkibinə və bioloji xüsusiyyətlərə malik olması təbii balıq kürüsünü digər qida məhsulları ilə müqayisədə əlçatmaz edir. Belə ki, kürünün tərkibində insan sağlamlığı üçün kritik əhəmiyyət kəsb edən qidalı maddələr, o cümlədən asan mənimsənilən zülallar, yağlar, vitaminlər, fermentlər, minerallar və digər bioloji aktiv maddələrin kompleksi cəmləşir.
Oxumağa davam et Balıq kürüsünün insan orqanizminə hansı faydaları var?Qoyun əti insan orqanizminə nə dərəcədə faydalıdır?
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikasında növbəti maarifləndirici mövzu ekoloji təmiz, keyfiyyətli və asan həzm olunan qoyun əti haqqındadır.
Oxumağa davam et Qoyun əti insan orqanizminə nə dərəcədə faydalıdır?Üzümün faydası, saxlama qaydası, məhşur növləri və müalicəvi xüsusiyyətləri
Üzümün meyvəsi şəkər, sellüloz, üzvi turşular, askorbin turşusu, A, B1,B2, B6, PP, C və s. vitaminləri, pektin maddələr, mikroelementlər və fermentlərlə zəngindir. Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır.
Oxumağa davam et Üzümün faydası, saxlama qaydası, məhşur növləri və müalicəvi xüsusiyyətləriDəvə əti hansı xüsusiyyətlərinə görə insan organizmi üçün faydalıdır?
Milli mətbəximizdə özünəməxsus yer tutan dəvə qutabının hazırlanmasında geniş istifadə olunan dəvə ətinin biokimyəvi tərkibi heyvanın yaşı, növü, cinsi, çəkisi və bəslənməsindən asılıdır.
Oxumağa davam et Dəvə əti hansı xüsusiyyətlərinə görə insan organizmi üçün faydalıdır?Çərəzlər hansı formada insan orqanizminə daha faydalıdır?
Çərəzlər zəngin tərkibi baxımından insan orqanizminin ehtiyacı olan gündəlik vitamin və mineral normasını qarşıladığı kimi, eyni zamanda beyinin təbii yağlara olan ehtiyacını ödəyir. Həmçinin çərəzlərin tərkibində olan lif, vitamin, mineral və antioksidantlar bir çox xəstəliyə qarşı qalxan rolunu oynayır.
Oxumağa davam et Çərəzlər hansı formada insan orqanizminə daha faydalıdır?Yerkökü şirəsinin faydası nədədir?
Qış mövsümü davam edir və kəskin soyuqla birlikdə, sağlamlıq mütəxəssisləri sizi bu ləzzətli yerkökü şirəsi içməyə çağırır.
Oxumağa davam et Yerkökü şirəsinin faydası nədədir?