Etiket arxivi: #Ermənistan

DSX Ruben Vardanyanı Qarabağdan Ermənistana qaçarkən sərhəddə saxlayıb

Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Oxumağa davam et DSX Ruben Vardanyanı Qarabağdan Ermənistana qaçarkən sərhəddə saxlayıb

Azərbaycan-Ermənistan münasibətləri bir neçə videokadrda…

X/Twitter-də 1993-cü ildə Qarabağın Ermənistan tərəfindən işğalı zamanı Kəlbəcərdə lentə alınan videoda Kaliforniya əsilli erməni terrorçu Monte Melkonyan və onun silahdaşları mühasirəyə almış Azərbaycan türklərinə 10 saat ərzində şəhəri tərk etmələri əmri verdiyi video çarx paylaşılıb.

Oxumağa davam et Azərbaycan-Ermənistan münasibətləri bir neçə videokadrda…

Azərbaycan Müdafiə Nazirliyi Qarabağda yerləşən Ermənistan silahlılarını təslim olmağa çağırıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırır. Bu halda antiterror tədbirləri dayandırılacaq.

Oxumağa davam et Azərbaycan Müdafiə Nazirliyi Qarabağda yerləşən Ermənistan silahlılarını təslim olmağa çağırıb

Ermənistan silahlı qüvvələrinin radiolokasiya stansiyası məhv edilib

Radiolokasiya stansiyası Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə radiomaneələr yaradırmiş.

Oxumağa davam et Ermənistan silahlı qüvvələrinin radiolokasiya stansiyası məhv edilib

Ermənistanın növbəti təxribatının qarşısı alınıb

Bu gün, 16 avqust tarixində, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan ərazisinə sızmağa cəhd göstərsə də Ermənistanın bu növbəti təxribatının qarşısı alınıb və diversiya qrupunun bir üzvü saxlanılıb.

Oxumağa davam et Ermənistanın növbəti təxribatının qarşısı alınıb

XİN Ermənistanın Təhlükəsizlik Şurasının katibinin müsahibə zamanı səsləndirdiyi iddiaları şərh edib

Azərbaycan Xarici İşlər Nazirliyi 4 iyun 2023-cü il tarixində Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İctimai Televiziyaya müsahibəsi zamanı səsləndirdiyi iddiaları şərh edərək bilirib ki, onun növbəti dəfə bir sıra istiqamətlərdə məsələlərin mahiyyətini təhrif etməsi, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla həm beynəlxalq ictimaiyyət arasında, həm də Ermənistan cəmiyyətində çaşqınlıq yaratmaq cəhdləri qəbuledilməzdir.

Oxumağa davam et XİN Ermənistanın Təhlükəsizlik Şurasının katibinin müsahibə zamanı səsləndirdiyi iddiaları şərh edib

Ermənistan ərazi iddialarını İrəvan metrosunda nümayiş edir – VİDEO

Ötən həftə Moskvada keçirilən Azərbaycan, Rusiya, Ermənistan dövlət liderlərinin üçtərəfli görüşündə Nikol Paşinyanın Prezident İlham Əliyevə qarşı irəli sürdüyü ərazi iddiaları ilə bağlı ittihamlarından sonra bu mənzərəni görmək çox maraqlıdır.

Oxumağa davam et Ermənistan ərazi iddialarını İrəvan metrosunda nümayiş edir – VİDEO

Şarl Mişel: Öhdəlikləri yerinə yetirmək vacibdir

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronla görüşdən sonra açıqlama ilə çıxış edib.

Oxumağa davam et Şarl Mişel: Öhdəlikləri yerinə yetirmək vacibdir

Azərbaycan Ermənistanın qərəz dolu bəyanatını qətiyyətlə rədd edib

Azərbaycan Xarici İşlər Nazirliyi Prezident cənab İlham Əliyevin Laçın rayonunda 28 may 2023-cü il tarixində səsləndirdiyi fikirlərə və çağırışlara istinadən Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən növbəti dəfə verilmiş qərəz dolu əsassız bəyanatı qətiyyətlə rədd edib.

Oxumağa davam et Azərbaycan Ermənistanın qərəz dolu bəyanatını qətiyyətlə rədd edib

Erməni diversantlarının Azərbaycan sərhədini keçmək cəhdinin qarşısı alınıb

May ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb.

Oxumağa davam et Erməni diversantlarının Azərbaycan sərhədini keçmək cəhdinin qarşısı alınıb

Azərbaycanla Ermənistan arasında mövcud olan texniki məsələr bir həftəyə həll olunmalıdır

Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü olub.

Oxumağa davam et Azərbaycanla Ermənistan arasında mövcud olan texniki məsələr bir həftəyə həll olunmalıdır

Prezident İlham Əliyev Nikol Paşinyanın növbəti dezinformasiya yaymaq cəhdinin qarşısını aldı – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti dezinformasiya yaymaq cəhdinin qarşısını alıb.

Oxumağa davam et Prezident İlham Əliyev Nikol Paşinyanın növbəti dezinformasiya yaymaq cəhdinin qarşısını aldı – VİDEO

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Moskvada danışıqların yekunları açlqlanıb

19 may 2023-cü il tarixində Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.

Oxumağa davam et Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Moskvada danışıqların yekunları açlqlanıb

Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər ifşa edilmişlər

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikası əleyhinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində kompleks araşdırmalar davam etdirilir.

Oxumağa davam et Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər ifşa edilmişlər

XİN: Kişinyov görüşündə Azərbaycanın iştirakına dair yekun razılıq hələlik mövcud deyil

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Azərbaycan və Ermənistan liderləri arasında Brüssel və Kişinyov görüşlərinə dair yerli mətbuatın sualını cavablanırıb.

Oxumağa davam et XİN: Kişinyov görüşündə Azərbaycanın iştirakına dair yekun razılıq hələlik mövcud deyil

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Oxumağa davam et Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

XİN: Nikol Paşinyanın səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik

Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın 27 aprel tarixində hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddiaları şərh edib.

Oxumağa davam et XİN: Nikol Paşinyanın səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik

XİN Ermənistanda “Nemezis” terror əməliyyatına həsr olunmuş abidə ilə əlaqədar bəyanat yayıb

Cari ilin 25 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılmasını qətiyyətlə pisləyirik.

Oxumağa davam et XİN Ermənistanda “Nemezis” terror əməliyyatına həsr olunmuş abidə ilə əlaqədar bəyanat yayıb

Ermənistan Azərbaycanın erməni sakinlərin reinteqrasiya səylərinə maneçilik törədir – XİN

17 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan arasında telefon danışığı baş tutub.

Oxumağa davam et Ermənistan Azərbaycanın erməni sakinlərin reinteqrasiya səylərinə maneçilik törədir – XİN

Ermənistan təxribatı nəticəsində yaralanan Azərbaycan hərbçiləri təxliyə olunur

Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Oxumağa davam et Ermənistan təxribatı nəticəsində yaralanan Azərbaycan hərbçiləri təxliyə olunur

Ceyhun Bayramov: Azərbaycan Ermənistan tərəfə danışıqlar masasına qayıtması üçün çağırışlar edib

Xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmaninin iştirakı ilə mətbuat konfransı keçirilib.

Oxumağa davam et Ceyhun Bayramov: Azərbaycan Ermənistan tərəfə danışıqlar masasına qayıtması üçün çağırışlar edib

Ermənistan təxribatı nəticəsində üç hərbi qulluqçumuz şəhid olub

Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Oxumağa davam et Ermənistan təxribatı nəticəsində üç hərbi qulluqçumuz şəhid olub

XİN: İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükədir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin 31 mart tarixində İranın Xarici İşlər Nazirliyin mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddiaları şərh edib.

Oxumağa davam et XİN: İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükədir

XİN: Ermənistan tərəfinin təhrikçi və təxribatçı bəyanatları bölgədə sülhün bərqərar olunmasına maneə olur

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin 30 mart 2023-cü il tarixində Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin iclası zamanı səsləndirdiyi fikirlərlə bağlı medianın sualına cavab verib.

Oxumağa davam et XİN: Ermənistan tərəfinin təhrikçi və təxribatçı bəyanatları bölgədə sülhün bərqərar olunmasına maneə olur

Olar Şolts: Almaniya Ermənistan-Azərbaycan sərhədində qeyri-sabit durumdan narahatdır

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub.

Oxumağa davam et Olar Şolts: Almaniya Ermənistan-Azərbaycan sərhədində qeyri-sabit durumdan narahatdır

Ermənistan Azərbaycanın suveren ərazilərinə silah, sursat və minalar daşıyır

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Xarici İşlər Nazirliyinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentin yanlış qiymətləndirməsi ilə bağlı KİV-nin sualını cavablandırıb.

Oxumağa davam et Ermənistan Azərbaycanın suveren ərazilərinə silah, sursat və minalar daşıyır

Ermənistanın uşaqların silahlı qüvvələrə və qruplara cəlb edilməsi ilə bağlı Azərbaycanın hesabatı BMT-nin sənədi kimi yayılıb

Ermənistan tərəfindən uşaqların silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin hesabatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Oxumağa davam et Ermənistanın uşaqların silahlı qüvvələrə və qruplara cəlb edilməsi ilə bağlı Azərbaycanın hesabatı BMT-nin sənədi kimi yayılıb

XİN:Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin gedişatını pozur

Azərbaycanın Xarici İşlər Nazirliyinə mediadan 7 fevral 2023-cü il tarixində Almaniyada səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın danışıqlar prosesinə maneçilik törətdiyini, buna baxmayaraq Ermənistanın sülh prosesinə sadiq olduğunu və bir neçə gün əvvəl Azərbaycan tərəfindən təqdim edilmiş sülh sazişi üzrə təklifləri nəzərdən keçirdiyini bəyan etdiyi ilə bağlı sual daxil olub.

Oxumağa davam et XİN:Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin gedişatını pozur

XİN Avropa İttifaqının Ermənistanda monitorinq missiyasının yaradılması ilə bağlı qərarını şərh edib

Azərbaycan, Aİ Şurasının Ermənistanda Aİ-nin mülki missiyasının yaradılması ilə bağlı qəbul etdiyi qərarı qeydə alıb.

Oxumağa davam et XİN Avropa İttifaqının Ermənistanda monitorinq missiyasının yaradılması ilə bağlı qərarını şərh edib

Azərbaycan Ermənistandan işğal altında olmuş ərazilərdə ətraf mühitin məhvinə görə kompensasiya ödəməyi tələb edir

Azərbaycan Xarici İşlər Nazirliyi ətraf mühitin geniş miqyasda məhv edilməsinə görə Azərbaycan tərəfindən Ermənistana qarşı başladılan arbitraj prosesinə dair mətbuat məlumatı yayıb.

Oxumağa davam et Azərbaycan Ermənistandan işğal altında olmuş ərazilərdə ətraf mühitin məhvinə görə kompensasiya ödəməyi tələb edir

Ermənistan süni şəkildə “blokada”, “humanitar böhran” təəssüratı yaradır

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Oxumağa davam et Ermənistan süni şəkildə “blokada”, “humanitar böhran” təəssüratı yaradır

Ordumuzun mövqeləri atəşə tutulub

Dekabrın 16-sı saat 12:00-dan saat 13:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam, Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Oxumağa davam et Ordumuzun mövqeləri atəşə tutulub

Ordumuzun Kəlbəcər, Laçın, Xocavənddəki mövqeləri atəşə tutulub

Dekabrın 14-ü saat 17:50-dən saat 22:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Gorus rayonunun Burun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Zəylik, Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Oxumağa davam et Ordumuzun Kəlbəcər, Laçın, Xocavənddəki mövqeləri atəşə tutulub

Azərbaycan ordusunun mövqeleri atəşə tutulub


Noyabrın 15-i saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Oxumağa davam et Azərbaycan ordusunun mövqeleri atəşə tutulub

Ermənistanın hərbi təcavüzü nəticəsində öldürülən jurnalistlərə görə ədalət tələb edirik – XİN

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü boyunca sadəcə öz işini gördüyü üçün öldürülən 9 azərbaycanlı jurnalistə görə ədalət tələb edirik.

Oxumağa davam et Ermənistanın hərbi təcavüzü nəticəsində öldürülən jurnalistlərə görə ədalət tələb edirik – XİN

Azərbaycan Prezidentinin Rusiya Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub

Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:

– Hörmətli həmkarlar, bu gün biz üç sessiyadan ibarət danışıqlar apardıq. Əvvəlcə Ermənistan nümayəndə heyəti ilə, sonra isə Ermənistanın baş naziri ilə təkbətək danışdıq. Daha sonra Azərbaycan nümayəndə heyəti ilə və Azərbaycan Prezidenti ilə təkbətək danışdıq və sonra iki saat, bəlkə də bir qədər artıq müddətdə üçlükdə söhbət etdik. Bizim ümumi fikrimizə görə bu görüş çox faydalı oldu. Məncə bu görüş bəzi prinsipial məsələlər barədə gələcəkdə mümkün razılaşmalar üçün çox yaxşı ab-hava yaratdı.

Bu gün biz birgə Bəyanatı razılaşdırdıq. Açıq deməliyəm, hər şeyi razılaşdırmaq mümkün olmadı. Əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi hissələri çıxarmalı olduq. Bununla belə, mən ümumi rəylə razıyam ki, görüş faydalı oldu və bu, bütövlükdə vəziyyətin nizamlanması istiqamətində sonrakı addımlar üçün şərait yaradır. Özü də mən bütövlükdə deyəndə həm yaxın keçmişə aid cari hadisələri, həm də iki il bundan əvvəl baş vermiş hadisələri nəzərdə tuturam. Hər halda o vaxt biz prinsipial məsələlər barədə razılığa gəlməyə nail olduq. Bugünkü diskussiya onu göstərir ki, biz bütün ölkələrimizin gələcəyi barədə də razılığa gələ bilərik. Mən bizim bütün ölkələr dedikdə həm Rusiyanı, həm Azərbaycanı, həm Ermənistanı, həm də bütün region ölkələrini nəzərdə tuturam. Ona görə ki, bu ərazidə yaşayan bütün xalqlar münasibətlərin normallaşmasında maraqlıdırlar. Rusiya öz tərəfindən, qəti və hərtərəfli nizamlamaya nail olmaq üçün nə mümkündürsə edəcək.Çox sağ olun. Mən öz həmkarlarıma – həm Ermənistanın baş nazirinə, həm də Azərbaycanın Prezidentinə təşəkkür etmək istəyirəm ki, siz Rusiyaya, Soçiyə gəlməyə və bugünkü diskussiyanı aparmağa razılaşdınız. Razılaşdığımız kimi biz əlaqə saxlayacağıq, bu dialoqu və uzun müddət davam edən bu münaqişəyə nöqtə qoymaq üçün zəruri həllərin axtarışını davam etdirəcəyik.

Çox sağ olun, təşəkkür edirəm.

Ermənistanın baş qərargahı əməliyyat şəraitindən xəbərsizdir

Ermənistan silahlı qüvvələrinin bölmələri ilə guya İstisu yaşayış məntəqəsi istiqamətində mövqe atışmaları nəticəsində Azərbaycan Ordusunun bölmələrinin itki verərək geri çəkilməsi və mövqe dəyişikliyi barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinə istinadən yayılan məlumat yalandır.

Oxumağa davam et Ermənistanın baş qərargahı əməliyyat şəraitindən xəbərsizdir

XİN Ermənistanın Azərbaycan ərazilərini minalaması ilə bağlı təhdidlər barədə mətbuat açıqlaması yayıb

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının ərazilərinin 44 günlük Vətən müharibəsi nəticəsində azad edilməsindən sonra post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən hərbçilərimizə və mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdən biri Ermənistan tərəfindən Azərbaycan ərazilərinin son 30 il ərzində məqsədyönlü şəkildə minalanması və davam edən mina basdırılması hallarıdır.

Oxumağa davam et XİN Ermənistanın Azərbaycan ərazilərini minalaması ilə bağlı təhdidlər barədə mətbuat açıqlaması yayıb

İlham Əliyev: Biz Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazırıq – VİDEO

Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, əvvəlcə Gürcüstanın Baş naziri mətbuata bəyanatla çıxış edib.

Baş nazir İrakli Qaribaşvilinin bəyanatı

-Cənab Prezident.

Hörmətli dostlar, qonaqlar.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi burada səmimiyyətlə salamlayıram. Cənab Prezidentə təşəkkür edirəm ki, bu gün Gürcüstana səfərə gəlib.

Ölkələrimiz arasında olan mehriban qonşuluq münasibətləri və strateji tərəfdaşlıq, o cümlədən əməkdaşlığımızın gündəliyi Sizin səfərinizin əhəmiyyətini vurğulayır. Onu da vurğulamaq istəyirəm ki, Azərbaycanla Gürcüstanın bu qədər yaxın olmasında Sizin töhfəniz çox böyükdür. Bizim ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslanır. Mən əminəm ki, mövcud əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə qalxacaq.

Bu gün bizim çox vacib görüşümüz oldu, müxtəlif məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığı bir daha vurğuladıq. Biz hazırda dünyada baş verən prosesləri müzakirə etdik və razılığa gəldik ki, bu gün Ukraynada baş verən hadisələr məhz danışıqlar yolu ilə həll edilməlidir.

Onu da nəzərdən keçirdik ki, dünyada baş verən hadisələr yalnız sülh və sabitlik yolu ilə həll olunmalıdır. Bu, həm bizim regionumuz, həm də xalqlarımız üçün vacibdir.

Bununla yanaşı, biz regional vəziyyəti, Azərbaycan və Ermənistan arasında olan təmasları, iki ölkə arasında sülh prosesini nəzərdən keçirdik. Şəxsən mən və bizim hökumətimiz ümidvarıq ki, sülh siyasətini həyata keçirmək üçün əlimizdən gələni edəcəyik. Regionumuzdakı mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil, bunu yalnız gücləndirəcəyik və əminəm ki, biz bir yerdə çox işlər görə bilərik.

Cənab Prezident, Sizin Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə Praqada irəli sürdüyünüz təşəbbüsü də dəstəkləyirəm.

Biz iqtisadiyyat, enerji, nəqliyyat məsələlərini nəzərdən keçirdik. Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. Biz artıq reallaşdırdığımız mühüm layihələri nəzərdən keçirdik. Bunlar tarixi layihələrdir – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz. Bizim həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və onları daha da sürətləndirmək əzmindəyik.

Mən Sizin atanızdan, ölkənizin Ümummilli Liderindən sitat gətirmək istəyirəm. Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda Tbilisidə olanda demişdi, Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək.

Cənab Prezident, bir daha təşəkkür edirəm.

x x x

Sonra dövlətimizin başçısı bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Baş nazir.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, cənab Baş nazir, ölkənizə dəvət etdiyiniz üçün Sizə təşəkkür edirəm. Biz Gürcüstanın bu gözəl yerində görüşürük, çox gözəl mənzərəli yerlərdir. Eyni zamanda, küləkdir, sanki Bakı küləyidir. Bu, onu göstərir ki, külək də bu gün bizim burada olmağımızı alqışlayır. Yəni, mən doğrudan da özümü evimdəki kimi hiss edirəm. Mən yenidən Gürcüstanda olmağımdan çox məmnunam.

Cənab Baş nazirlə bizim görüşlərimiz tez-tez keçirilir. Təkcə keçən il hörmətli cənab Qaribaşvili iki dəfə Azərbaycanda səfərdə olub. Eyni zamanda, beynəlxalq təşkilatların keçirdiyi tədbirlər çərçivəsində də biz daim görüşürük. Əminəm ki, bugünkü səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bu münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur.

Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Cənab Baş nazir qeyd etdiyi kimi, bu gün bir çox məsələlər müzakirə olundu. Hələ müzakirələr davam edəcək. Əlbəttə ki, bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər müzakirələrin mərkəzində idi. İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı mən Baş naziri məlumatlandırdım. Biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Hər halda, bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq.

O ki qaldı, ikitərəfli gündəliyimizə, əlbəttə ki, ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq. Baş nazir də qeyd etdiyi kimi, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir. Biz yeni layihələr haqqında düşünürük. Biz dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Yəni, bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır. Beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Əlbəttə ki, bununla əlaqədar görüləcək işlər həm ikitərəfli formatda müzakirə olundu, həm də gələcək müzakirələrə ehtiyac var. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Biz bununla bərabər hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik. Bu barədə də danışmışıq. Mən bizim planlarımız haqqında cənab Baş naziri məlumatlandırdım. Buna da böyük ehtiyac və böyük potensial var.

Həyata keçiriləcək yeni layihə elektrik enerjisi ilə bağlıdır. Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Əlbəttə, təbii ki, bizim ixrac istiqamətimiz Gürcüstandan keçir. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Yəni, bu, beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş rəqəmdir və bu, çox böyük rəqəmdir. Əlbəttə ki, bu enerjini istehsal etmək və ixrac etmək bizim növbəti illərdəki vəzifəmizdir. Burada Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcək. Yəni, bir sözlə, bölgəmizin iqtisadi potensialını artırmaq üçün çox gözəl imkanlar var – enerji resursları, nəqliyyat dəhlizləri.

Onu da bildirməliyəm ki, Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıbdır. Mən bildirmək istəyirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini biz 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Artıq bütün sərmayələr hazırdır və biz bu prosesə start vermişik. Çünki dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Biz buna hazır olmalıyıq. Mən bildirməliyəm ki, biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq istəyirik. Artıq bütün göstərişlər verildi və vəsait də ayrılacaq. Ona görə Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır. Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək. Baxın, görün, iki qardaş ölkə arasındakı əlaqələr bölgə üçün, Avropa üçün və dünya üçün nə qədər əhəmiyyətlidir.

Yenə də demək istəyirəm ki, bütün bu uğurların təməlində bizim dostluğumuz, xalqlarımızın dostluğu, liderlərin dostluğu və birgə fəaliyyət durur. Odur ki, mən bu gözəl fürsətə görə, məni bu gözəl yerə dəvət etdiyi üçün hörmətli Baş nazirə bir daha təşəkkürümü bildirmək istəyirəm, dost, qardaş gürcü xalqına daim firavanlıq, rifah və sülh arzulayıram. Sağ olun.

XİN: Beynəlxalq ictimaiyyət Ermənistanı hərbi cinayətlərə görə məsuliyyətə cəlb etməlidir

12 oktyabr 2022-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfindən 16 sentyabr 2022-ci il tarixində təqdim olunan yeni halların 7 dekabr 2021-ci il tarixli qərarda göstərilən tədbirləri dəyişdirmək üçün yetərli olmadığını bəyan edərək, Azərbaycana qarşı verilmiş vəsatəti rədd edib. 

Oxumağa davam et XİN: Beynəlxalq ictimaiyyət Ermənistanı hərbi cinayətlərə görə məsuliyyətə cəlb etməlidir

Təminat daşıyan texnika atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 20-si gecə saatlarında Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Zəylik və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

Oxumağa davam et Təminat daşıyan texnika atəşə tutulub

Azərbaycan Ordusunun mövgeləri atəşə tutulub

Oktyabrın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı, İstisu, Yuxarı Şorca və Cil yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı, İstisu və Zəylik, Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə atəşə tutub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb

Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanat qəbul edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bəyanat Yelisey sarayının rəsmi saytında dərc edilib.

Bəyanatda deyilir: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.

Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq”.

Ermənistan dezinformasiya yaymaqla təxribat əməllərini gizlətməyə çalışır

Azərbaycan Ordusu bölmələrinin minaatan və iriçaplı silahlardan istifadə etməklə Ermənistan silahlı qüvvələrinin mövqelərini guya atəşə tutması barədə oktyabrın 5-də yayılan məlumat qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Oxumağa davam et Ermənistan dezinformasiya yaymaqla təxribat əməllərini gizlətməyə çalışır

Kəlbəcər və Daşkəsəndə aşkar olunan növbəti minalar zərərsizləşdirilib

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam etdirilir.

Oxumağa davam et Kəlbəcər və Daşkəsəndə aşkar olunan növbəti minalar zərərsizləşdirilib

Leyla Abdullayeva: Qərb ölkələri Ermənistanın törətdiyi hərbi cinayətlərlə bağlı hansı çağırışlar ediblər?

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yerli KİV-in sualını cavablandırıb.

Oxumağa davam et Leyla Abdullayeva: Qərb ölkələri Ermənistanın törətdiyi hərbi cinayətlərlə bağlı hansı çağırışlar ediblər?

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə sülh müqaviləsini müzakirə ediblər

2 oktyabr 2022-ci il tarixində Cenevrədə Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.

Oxumağa davam et Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə sülh müqaviləsini müzakirə ediblər

Azərbaycan XİN-i Ermənistanın son bəyanatını şərh edib

28 sentyabr 2022-ci il tarixində Ermənistan Xarici İşlər Nazirliyi guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı əsassız bəyanatı, habelə bu ölkənin baş nazirinin sosial şəbəkə hesabı üzərindən Azərbaycana qarşı saxta ittihamları açıq şəkildə Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək məqsədi güddüyünü göstərir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən daha öncədən məlumat verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub və nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu ağır yaralanıb. Beləliklə də Ermənistan tərəfinin atəşkəsi pozaraq əl atdığı təxribata cavab olaraq Azərbaycan Ordusu adekvat tədbirlər görüb.

“Ermənistan tərəfinin artıq “ənənə” xarakteri almış təxribatlarının növbəti yüksək səviyyəli görüş ərəfəsində məqsədli şəkildə baş verməsi şübhə doğurmur. Xatırladırıq ki, Ermənistan, bu ilin 13 sentyabr tarixində saat 9.00 da əldə edilmiş atəşkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Zirvə görüşü ərəfəsində pozaraq, qəsdən gərginliyi artırmaqla təxribatlarını 36 saat davam etdirdi. İndi də iki dövlət arasında yenidən təmasların baş tutduğu, növbəti görüşlərin planlaşdırıldığı bir vaxtda və bölgəyə beynəlxalq vasitəçilərin səfəri ərəfəsində Ermənistan eyni oyunu oynayır, insanları öz cılız siyasətinin qurbanına çevirir.

Aydındır ki bu, Ermənistanın danışıqlar prosesini pozmaq üçün növbəti bəhanəsidir.

Ermənistan rəhbərliyi bölgədəki vəziyyəti gərginləşdirməməli, danışıqlar prosesinə qeyd-şərtlər irəli sürməməli, beynəlxalq ictimaiyyəti ittiham etmək təcrübəsini dayandırmalı və danışıqlar masasında əyləşməlidir.

Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan, işğaldan azad edilmiş ərazilərimizdə iri miqyaslı bərpa quruculuq və nəqliyyat kommunikasiyalarının açılması üçün sürətlə iş aparan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil.  Lakin ölkəmizə qarşı olan hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq”,- XİN-nin rəsmi məlumatında qeyd edilib.

Ermənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb

Atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Oxumağa davam et Ermənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb

Laçın istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA ələ keçirilib – VİDEO

Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “UL-350” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

Türkiyənin vitse-prezidenti Nensi Pelosinin Ermənistanda verdiyi açıqlamalara münasibətini bildirib

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan səfərində tarixi və aktual həqiqətlərlə əlaqəsi olmayan, xoş niyyətdən tam uzaq, qərəzli baxışı əks etdirən və diplomatik səyləri sabotaj edən açıqlamaları qəbuledilməzdir.

Oxumağa davam et Türkiyənin vitse-prezidenti Nensi Pelosinin Ermənistanda verdiyi açıqlamalara münasibətini bildirib

Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısı qətiyyətlə alınıb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub.

Oxumağa davam et Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısı qətiyyətlə alınıb

Kəlbəcər və Laçın istiqamətlərində bölmələrimiz artilleriya atəşinə məruz qalıb

Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.

Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.

Ermənistanın təxribatı nəticəsində Azərbaycanın Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu şəhid olub

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Oxumağa davam et Ermənistanın təxribatı nəticəsində Azərbaycanın Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu şəhid olub

Mevlüt Çavuşoğlu hərbi gərginliyin və təxribatların narahatlıq doğurduğunu vurğulayıb

13 sentyabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı olub.

Oxumağa davam et Mevlüt Çavuşoğlu hərbi gərginliyin və təxribatların narahatlıq doğurduğunu vurğulayıb

Ermənistanın sərhəddəki təxribatı ilə bağlı cinayət işi başlanıb

Ermənistan silahlı qüvvələrinin bölmələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyası və onun Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının tələblərini kobud şəkildə pozaraq 2022-ci il sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Oxumağa davam et Ermənistanın sərhəddəki təxribatı ilə bağlı cinayət işi başlanıb

Hərbi attaşelər Ermənistanın genişmiqyaslı təxribatı barədə məlumatlandırılıb

Sentyabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər üçün brifinq verib.

Oxumağa davam et Hərbi attaşelər Ermənistanın genişmiqyaslı təxribatı barədə məlumatlandırılıb

Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Oxumağa davam et Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib

Şarl Mişel: Fikir mübadilələrimiz açıq və məhsuldar keçdi

“Bu, bizim bu formatda dördüncü görüşümüz idi. Biz Cənubi Qafqazda son hadisələr və Avropa İttifaqı ilə hər iki ölkə arasındakı münasibətləri müzakirə etdik. Bizim fikir mübadilələrimiz açıq və məhsuldar keçdi”.

Oxumağa davam et Şarl Mişel: Fikir mübadilələrimiz açıq və məhsuldar keçdi

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın görüşü keçirilib

30 avqust 2022-ci il tarixində Moskva şəhərində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında, müvafiq olaraq, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci görüşü keçirilib.

Oxumağa davam et Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın görüşü keçirilib

İtkin düşmüş şəxslərlə bağlı Azərbaycan-Ermənistan müştərək mexanizmin yaradılması təklif olunur

İtkin düşmüş şəxslərlə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan və Ermənistanla birgə müştərək mexanizm yaratması təklif edilib.

TİME bildirir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Prezident Administrasiyasının sektor müdiri Həbib Mikayıl bu təklifi səsləndirib.

Sektor müdiri qeyd edib ki, Ermənistan itkin şəxslərin kütləvi qətlə yetirilməsi ilə bağlı hallar hərbi cinayət kimi xarakterizə oluna biləcəyindən çəkindiyi üçün küitləvi məzarlıqların yeri barədə məlumatları təqdim etmir: “Mina problemi də bu məsələlərin araşdırılmasını çəkindirir. Gələn aydan BQXK ilə birlikdə bu sahədə addımlar atılacaq. Bu sahədə məhkəmə-tibbi ekspertizasından istifadə olunması da labüddür. İtkin düşmüş şəxslərlə bağlı BQXK-nın Azərbaycan və Ermənistanla birgə müştərək mexanizmi bu sahədə effektiv ola bilər”.

H.Mikayıl qeyd edib ki, BQXK 37 azərbaycanlı itkini qeydə alıb, ancaq bu itkinlərin sonrakı taleyi hazırda məlum deyil: “BQXK-nin bu məsələləri araşdırmağa çağırıram. BMT-nin bu sahədə xüsusi məruzəçisi də ola bilər. Bu məruzəçi tək Azərbaycan və Ermənistan üzrə deyil, ümumən dünyada itkin düşmüş şəxslərlə bağlı məsələ ilə məşğul ola bilər”.

Türkiyə və Ermənistan üçüncü ölkələrin vətəndaşları üçün quru sərhədləri açır 

Türkiyə və Ermənistan arasında Normallaşma Prosesi üzrə xüsusi nümayəndələrin – səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında dördüncü görüş bu gün Vyanada keçirilib.

Oxumağa davam et Türkiyə və Ermənistan üçüncü ölkələrin vətəndaşları üçün quru sərhədləri açır