Etiket arxivi: #Dağlıq Qarabağ

Atəşkəs bağlanandan Dağlıq Qarabağda 21 nəfər minaya düşüb

Azərbaycan Respublikası Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində həlak olmuş və yaralanmış mülki şəxslər barədə infografiklər hazırlanıb.

Oxumağa davam et Atəşkəs bağlanandan Dağlıq Qarabağda 21 nəfər minaya düşüb

Dağlıq Qarabağda iqtisadi və infrastruktur layihələr reallaşdıracaq işçi qrup yaradılır – VİDEO

Bu gün Moskvada keçirilmiş Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü çərçivəsində növbəti üçtərəfli bəyanat imzalanıb.

Oxumağa davam et Dağlıq Qarabağda iqtisadi və infrastruktur layihələr reallaşdıracaq işçi qrup yaradılır – VİDEO

Rusiyada Dağlıq Qarabağla bağlı üçtərəfli görüş keçirilir – VİDEO

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gedib.

Oxumağa davam et Rusiyada Dağlıq Qarabağla bağlı üçtərəfli görüş keçirilir – VİDEO

Erməni silahlı qrupu Azərbaycan ordusunun bölmələrinə hücum edib

Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.

Oxumağa davam et Erməni silahlı qrupu Azərbaycan ordusunun bölmələrinə hücum edib

Şuşanın ilk məscidi – TARİXƏ SƏYAHƏT

Yuхarı Gövhər ağa məscidi və ya Şuşa cümə məscidi — Şuşa şəhərinin mərkəzi Meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.

Oxumağa davam et Şuşanın ilk məscidi – TARİXƏ SƏYAHƏT

Ermənistan məkrli siyasətinə davam edir və hələdə möcüzə gözləyir

Ermənistan məkrli siyasətinə davam edir, bu ölkənin vətəndaşları Azərbaycanın göstərdiyi humanizmə rəmən onlara üsulluca köçmək üçün verilən vaxtı işğal azad edəcəkləri torpaqlarda meşələri, evləri yandırırlar. Onlar vaxtı uzatmaqla, meydan oxuyan davranışları ilə oyunu pozmağa, əldə edilmiş razılaşmalara son qoymağa çalışırlar,  hələdə  möcüzə gözləyirlər…   

Oxumağa davam et Ermənistan məkrli siyasətinə davam edir və hələdə möcüzə gözləyir

İşğaldan azad edilmiş ərazilərdə sosial xidmət və reabilitasiya müəssisələri yaradılacaq

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun işğaldan azad etdiyi ərazilərimizdə geniş miqyasda quruculuq və abadlıq, habelə sosial infrastrukturun qurulması işləri çərçivəsində sosial xidmətlər və reabilitasiya müəssisələrinin yaradılması da təmin olunacaq.

Oxumağa davam et İşğaldan azad edilmiş ərazilərdə sosial xidmət və reabilitasiya müəssisələri yaradılacaq

Sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib

Azərbaycan Respublikası Müdafiə naziri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb.

Oxumağa davam et Sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib

Azərbaycanlılar işğaldan azad olunan yurd yerlərinə kiçik biznesləri ilə qayıtmağa hazırlaşırlar-FOTO

Onlar Müzəffər Azərbaycan Ordusunun erməni işğalından azad etdiyi ərazilərimizdən olan özünüməşğulluq proqramı iştirakçılarıdır.

Oxumağa davam et Azərbaycanlılar işğaldan azad olunan yurd yerlərinə kiçik biznesləri ilə qayıtmağa hazırlaşırlar-FOTO

Azercell həmvətənlərimizlə qələbə sevincini bölüşür! – VİDEO

2020-ci il noyabr ayının 10-u bütün Azərbaycan xalqının yaddaşında əbədi həkk olundu. Şanlı Azərbaycan ordusu Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında 30 illik Vətən həsrətinə son qoymuş oldu.

Oxumağa davam et Azercell həmvətənlərimizlə qələbə sevincini bölüşür! – VİDEO

Azərbaycan və Rusiya prezidentləri üçtərəfli bəyanat imzalayıblar

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videokonfrans formatında görüşüblər.

Oxumağa davam et Azərbaycan və Rusiya prezidentləri üçtərəfli bəyanat imzalayıblar

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış “VoMa” terrorçu silahlı birləşməsinə qarşı cinayət işi başlanılıb

Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən digər dövlət qurumları ilə birgə zəruri tədbirlərin görülməsi davam etdirilir.

Oxumağa davam et Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış “VoMa” terrorçu silahlı birləşməsinə qarşı cinayət işi başlanılıb

Ermənistan sərhəd boyu Azərbaycanın kəndlərini atəşə tutur

Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Əskipara kəndi, Qəzyan və Qapanlı eləcə də Ağcabədi rayonunun Qiyaməddinli kəndi, Goranboy rayonun Yenikənd kəndi düşmən tərəfindən artilleriya atəşinə tutulur.

Oxumağa davam et Ermənistan sərhəd boyu Azərbaycanın kəndlərini atəşə tutur

Ermənistan ərazisindən Azərbaycanın Gəncə şəhərinə atılan raketlər 25 nəfər azərbaycanlının ölümünə səbəb olub

04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 25 nəfər həlak olmuş, 139 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Oxumağa davam et Ermənistan ərazisindən Azərbaycanın Gəncə şəhərinə atılan raketlər 25 nəfər azərbaycanlının ölümünə səbəb olub

Ermənistanın atəşi nəticəsində həlak olan mülki şəxslərdən 14-ü kişi, 3-ü qadın, 2-si isə azyaşlıdır

Baş prokuror Kamran Əliyev sentyabrın 27-dən etibarən erməni silahlı bölmələri tərəfindən Azərbaycan yaşayış məntəqələrinə atəşi nəticəsində qətlə yetirilən əhalinin haqda məlumat verib.

Oxumağa davam et Ermənistanın atəşi nəticəsində həlak olan mülki şəxslərdən 14-ü kişi, 3-ü qadın, 2-si isə azyaşlıdır

Dağlıq Qarabağda qarşıdurma davam edir, düşmən ciddi itkilər verir

Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhə boyu gərgin döyüşlər davam edib.
Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərib.

Oxumağa davam et Dağlıq Qarabağda qarşıdurma davam edir, düşmən ciddi itkilər verir

Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.

Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.

Ermənistanın təxribatı nəticəsində dünən 6 mülki şəxs ölüb, 19 nəfər yaralanıb

Türkiyə Xarici işlər naziri cəbhədəki vəziyyətlə bağlı zəng edib narahatlığını bildirib.

Trend-in verdiyi məlumata əsasən, bunu bu gün Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, gün ərzində Rusiya, İran, Avropa İttifaqı və bir sıra ölkə və beynəlxalq təşkilatlarla əlaqə saxlanılıb və məlumat verilib. Bütün danışıqlarda məsələnin mahiyyəti və mövcud durum barədə müzakirə olunub. 30 ilə yaxındır ki, Azərbaycanın ərazisinin 20 faizi hələ də işğal altındadır. Azərbaycanlılar etnik təmizləməyə məruz qalıb. Həmin ərazilərdə azərbaycanlı qalmayıb. Beynəlxalq təşkilatların qətnamələri olmaqla Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı uzun illər danışıqlar aparılıb, amma Ermənistan bu danışıqlardan yayınıb. Paşinyanın Qarabağın Ermənistan olması barədə bəyanatı açıq təxribat idi. Ermənistan müdafiə nazirinin yeni müharibə konsepsiyasına imza atması növbəti təxribat idi. Mart ayında Dağlıq Qarabağda qanunsuz seçkilər keçirilməsi və digər təxribat xarakterli hərəkətlər danışıqlara çox ciddi zərbə vurdu, prosesi iflic etdi. Bu təxribatlara beynəlxalq təşkilatlar ciddi reaksiya vermədi və bu da bizi narahat edir. Ermənistan silahlı qüvvələri iyul ayında Tovuz rayonuna hücum etdi, avqust ayında erməni kəşfiyyat dəstəsi təmas xəttində təxribat törətdi və dünən səhər saatlarında növbəti təxribatlar baş verdi. Onlar mülki şəxsləri hədəf alaraq Azərbaycan əhalisinə qarşı təxribatlara davam edir. Dünən 6 nəfər mülki şəxs həlak olub, 19 nəfər isə yaralanıb. Biz ərazilərimizi müdafiə etməyə qadir olduğumuzu göstəririk”.

C.Bayramov deyib ki, bu təxribatlar Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazilərində baş verir: “Biz əminik ki, ərazisi işğal altında olan dövlətlə işğalçı dövlətə eyni bəyanatlar verilməsi uzun illər effekt vermədi. Bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan bu təcavüzə son qoymalıdır”.

Ermənistan təcavüzü nəticəsində iki azərbaycanlı məktəbli həlak olub

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə  həlak olub.

TIME Təhsil Nazirliyinin rəsmi məlumatına əsasən bildirir ki, bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir. 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir.

Ötən gündən başlayaraq Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Ermənistanın təcavüzü nəticəsində həyatını itirmiş bütün həmvətənlərimizin, o cümlədən Naftalan şəhərində bütöv bir ailənin və şagirdlərimizin həlak olmasından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verib.  

“Bu gün tarix yazan və qürur mənbəyimiz olan əsgərlərimizə torpaqlarımızın işğaldan azad edilməsi yolunda uğurlar arzulayırıq!”, – deyə nazirlik rəsmi açıqlamasında qeyd edib.

Nazirliyin verdiyi məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və sosial obyektləri atəşə tutması nəticəsində mülki əhali arasında itkilərimiz olub, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu , həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Belə ki, cəbhə bölgəsində yerləşən 444 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib.

“Cəbhə bölgəsində olan ümumi təhsil müəssisələri istisna olmaqla digər təhsil müəssisələrimizdə əyani formada dərslər uyğunlaşdırılmış cədvəl üzrə davam etdirilir. Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik. Şagirdlərimizin hazırkı vəziyyətdə “Mədəniyyət” və “Arb Günəş” televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur.

Cəbhə bölgəsindən gələn qələbə xəbərləri münasibətilə xalqımızı təbrik edir, igid Azərbaycan əsgərinə “Zəfər sənindir!” deyirik”, – deyə Təhsil Nazirliyi qeyd edib.

Dağlıq Qarabağda ekoloji terror regionun ətraf mühitinə ciddi təhlükə yaradır – Birgə bəyanat

Təcavüzkar Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində və transsərhəd səviyyədə su ehtiyalarının mühafizəsi və idarəçiliyi ilə bağlı beynəlxalq hüququn bütün prinsiplərini pozmaqda davam edir.

Oxumağa davam et Dağlıq Qarabağda ekoloji terror regionun ətraf mühitinə ciddi təhlükə yaradır – Birgə bəyanat