Etiket arxivi: #cert

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi vakansiya elan edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi “SOC Analyst” vakansiyası üzrə işçi qəbulu elan edib.

Oxumağa davam et Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi vakansiya elan edib

Security Incident Management Maturity Model-in azərbaycandilli versiyası istifadəyə verilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) “Open CSIRT Foundation” ilə birgə İT strukturların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi modelinin azərbaycandilli versiyasını istifadəyə verib.

Oxumağa davam et Security Incident Management Maturity Model-in azərbaycandilli versiyası istifadəyə verilib

Kiberdələduzlar pulsuz mobil internet və danışıq dəqiqələri vəd edərək bank məlumatlarını əldə edirlər

Kiberdələduzlar tərəfindən “ASAN ödəniş” sistemi adından “asanodeme.org” adlı saxta veb-səhifə yaradılaraq vətəndaşlara pulsuz mobil internet və danışıq dəqiqələri qazanmaları təklif edilir.

Oxumağa davam et Kiberdələduzlar pulsuz mobil internet və danışıq dəqiqələri vəd edərək bank məlumatlarını əldə edirlər

“AzstateNet”-də 148 milyon 130 min zərərli keçid bloklanıb

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə cari ilin birinci rübündə gördüyü işlərlə bağlı statistik məlumatları açıqlayıb.

Oxumağa davam et “AzstateNet”-də 148 milyon 130 min zərərli keçid bloklanıb

Fişinq hücumundan necə qorunmaq olar? – VİDEO

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi 2023-cü ilin tədbirlər planına əsasən “İnformasiya təhlükəsizliyi təqvimi” layihəsi çərçivəsində 27.01.2023-cü il tarixində ilk canlı seminarını keçirib.

Oxumağa davam et Fişinq hücumundan necə qorunmaq olar? – VİDEO

Kaspersky-dən yeni yayınma metodu aşkarlanıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin Zərərvericilərin Tedqiqi Laboratoriyasının (MRLab) əməkdaşları məşhur anti-virus provayderi Kaspersky şirkətinin KART (Kaspersky Anti-Ransomware Tool) anti-ransomware həllindən yeni yayınma (bypass) metodu aşkarlamışlar.

Oxumağa davam et Kaspersky-dən yeni yayınma metodu aşkarlanıb

Diqqət! Fişinq hücumları qeydə alınıb

Son günlər “Kapital Bank”ın adından veb-səhifə yaradılaraq vətəndaşlara fişinq mesajları göndərilir və pul vəsaiti təklif olunur. Onlardan vəd olunan məbləği əldə etmək üçün təqdim olunan saxta veb-səhifəyə bank və digər fərdi məlumatlarını daxil etmək tələb edilir.

Oxumağa davam et Diqqət! Fişinq hücumları qeydə alınıb

Qlobal elektron poçt sistemində yüksək riskli boşluq aşkar edilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən qlobal elektron poçt sisteminin məlumat bazasına müdaxilə etməyə imkan verən yüksək riskli boşluq aşkar edilib.

Oxumağa davam et Qlobal elektron poçt sistemində yüksək riskli boşluq aşkar edilib

Hakerlərə Windows domeninin kontrollerlərini ələ keçirməyə imkan verən xətalar aşkar edilib

Microsoft istifadəçilərini, dekabrın 12-si konsepsiya sübutu kodu (PoC) açıqlandıqdan sonra Active Directory domeninin kontrollerlərinin təhlükəsizlik sistemində noyabr ayında aradan qaldırılan iki boşluğa düzəliş etməyə çağırır.

Oxumağa davam et Hakerlərə Windows domeninin kontrollerlərini ələ keçirməyə imkan verən xətalar aşkar edilib

Diqqət ! “Play Store”-də yeni “Joker” zərərli proqramı aşkar edilib

 “Google Play” proqramından 500000 dəfədən çox yüklənən “Joker” zərərli Android proqramı, gizli şəkildə istifadəçilərin əlaqə siyahılarını təcavüzkar tərəfindən idarə olunan serverə çıxaran və istifadəçiləri onların xəbəri olmadan istənməyən ödənişli premium abunəliklərə yazan zərərli proqram təminatıdır.

Oxumağa davam et Diqqət ! “Play Store”-də yeni “Joker” zərərli proqramı aşkar edilib

Müəssisə və təşkilat rəhbərlərinə kiberdələduzluqla bağlı xəbərdarlıq!

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti -Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi Azərbaycanın yeni dələduz “beyin mərkəzi” barədə müəssisə və təşkilat rəhbərliklərinə, eləcədə maliyyə struktur bölmələrinə xəbərdarlıq edib.

Oxumağa davam et Müəssisə və təşkilat rəhbərlərinə kiberdələduzluqla bağlı xəbərdarlıq!

ProtonMail iqlim dəyişikliyi fəallarının IP ünvanını səlahiyyətli orqanlara təqdim edib

Birbaşa şifrələmə ilə qorunan poçt provayderi olan ProtonMail tənqid atəşinə tutulub. Bunun səbəbi onun məhkəmə orqanında daxil olmuş sorğunu qəbul edərək, gentrifikasiya əleyhinə çıxış edən fəalların IP ünvanlarını hüquq-mühafizə orqanları ilə paylaşması olub. Nəticədə, onları Fransada həbs ediblər.

Oxumağa davam et ProtonMail iqlim dəyişikliyi fəallarının IP ünvanını səlahiyyətli orqanlara təqdim edib

Azərbaycanla Türkiyə informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcəklər

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Oxumağa davam et Azərbaycanla Türkiyə informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcəklər

İctimai xadimlər və tanınmışlar necə video şantaj obyektinə çevrilir? – VİDEO

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti -Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi yeni kibertəhdid növü olan deepfake texnologiyası vasitəsilə sextortion şantajları mövzusunda maarifləndirmə məqsədi ilə video çarx hazırlayıb.

Oxumağa davam et İctimai xadimlər və tanınmışlar necə video şantaj obyektinə çevrilir? – VİDEO

Kibercinayətkarlar məşhur messencer üzərindən müəllim və tələbələrə “fişinq” hücumları edirlər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti “WhatsApp” üzərindən həyata keçirilən daha bir “fişinq” kampaniyasını qeydə alıb.

Oxumağa davam et Kibercinayətkarlar məşhur messencer üzərindən müəllim və tələbələrə “fişinq” hücumları edirlər

Diqqət! Vətəndaşlarımıza mesaj vasitəsi ilə saxta çağırışlar edilir- FOTO/AUDİO

Ermənistan tərəfi təxribat xarakterli məlumatlar və dezinformasiya yaymaqda davam edir. Belə ki, bu dəfə saxta xarici nömrələrdən vətəndaşlarımıza mesaj göndərilərək onlara raket hücumu təhlükəsi olduğundan yaşadığı əraziləri tərk etmələri barədə saxta çağırışlar edilir.

Oxumağa davam et Diqqət! Vətəndaşlarımıza mesaj vasitəsi ilə saxta çağırışlar edilir- FOTO/AUDİO

Diqqət! Düşmən Azərbaycanın xəbər saytlarını hədəfə alıb

Təmas xəttində düşmənin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun apardığı uğurlu əks-hücum əməliyyatları ilə əlaqədar, Ermənistan Respublikası tərəfindən ölkəmizin bir sıra xəbər saytlarının təhlükəsizlik boşluqlarından istifadə etməklə həyata keçirilən kiberhücumlar vasitəsilə bəzi həqiqətə uyğun olmayan və təxribat xarakterli məlumatların yayılmasına cəhdlər göstərilir.

Oxumağa davam et Diqqət! Düşmən Azərbaycanın xəbər saytlarını hədəfə alıb

Azərbaycan banklar assosiasiyası adından saxta məktublar göndərilir!

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfinin təxribat törətmək məqsədilə Azərbaycan Banklar Assosiyasiyasının adından saxta məktublar göndərdiyini qeydə alıb.

Oxumağa davam et Azərbaycan banklar assosiasiyası adından saxta məktublar göndərilir!

Diqqət! “Mail.Ru” Azərbaycanlı istifadəçilərinə qarşı “fişinq” hücümları edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfindən “Mail.ru” elektron poçt xidmətinin azərbaycanlı istifadəçilərinə qarşı kütləvi “fişinq” kampaniyalarının həyata keçirildiyini qeydə alıb.

Oxumağa davam et Diqqət! “Mail.Ru” Azərbaycanlı istifadəçilərinə qarşı “fişinq” hücümları edir

DİQQƏT! ERMƏNİLƏRDƏN SAXTA TELEFON ZƏNGLƏRİ!-AUDİO

Ermənistanın informasiya müharibəsində növbəti təxribat cəhdi qeydə alınıb. Belə ki, cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın stasionar telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər daxil olur.

Oxumağa davam et DİQQƏT! ERMƏNİLƏRDƏN SAXTA TELEFON ZƏNGLƏRİ!-AUDİO

Diqqət! Naməlum nömrələrdən və ünvanlardan daxil olan mesajları açmayın

Son günlər Ermənistanın törətdiyi təxribat nəticəsində cəbhədə vəziyyətin gərginləşdiyinin, qarşı tərəfdən törədilən təxribatların artdığının şahidi oluruq. Bu təxribatlar, həmçinin kibermühitdə də davam etdirilir. Belə ki, son vaxtlarda ölkəmizin sosial şəbəkə istifadə hesablarına, şəbəkə qurğularına – router və ya modemlərinə kütləvi hücumlar edilir, insanlar arasında dezinformasiya yaymaqla qorxu və ya təşviş yaratmağa cəhdlər edilir. TIME rəsmi mənbəyı istinadən bildirir ki, bu gün hər kəsin mobil texnologiya və internetə çıxışının olması hamını potensial olaraq informasiya müharibəsinin iştirakçısına və qurbanına çevirə bilir. Məhz bu dövrdə hər birimizin kibertəhlükəsizlik məsələsinə xüsusi həssaslıqla yanaşması və kibertəhlükəsizlik qaydalarına əməl etməsi xüsusi əhəmiyyət daşıyır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşları mövcud vəziyyətdə ayıq davranmağa və sadə kibertəhlükəsizlik qaydalarına əməl etməyə çağırır:

  • Sosial mediada qarşınıza çıxan, telefonunuza, e-poçtunuza tanımadığınız şəxslər tərəfindən göndərilən heç bir keçidə daxil olmayın, yaxud hər hansı faylı və ya tətbiqi yükləməyin.
  • Tanımadığınız nömrələrdən gələn mesajlara və zənglərə etimad etməyin və cavab verməyin. Tanıdığınız mənbə olsa belə əvvəlcə mesajın düzgünlüyünü yoxlayın.
  • Telefonunuzda istifadə edilən tətbiqlərin mənşəyinə və etibarlılığına diqqət yetirin. Bəzi tətbiqlər xəbəriniz olmadan fərdi məlumatlarınızı oğurlaya bilər. İstifadə etmədiyiniz tətbiqləri silin.
  • Hər yayılan məlumata etimad edib ani hərəkət etməyin. Aldığınız hər bir bildirişə şübhəylə yanaşın və həqiqiliyini rəsmi mənbədən yoxlayın.
  • Sosial media hesablarınız, cihazlarınız, internetə qoşulan bütün qurğular üçün ən sadə kibertəhlükəsizlik qaydalarına riayət edin. Unutmayın, internetə qoşulan hər bir qurğu özlüyündə kibertəhdid təşkil edir.
  • Standart istifadəçi adı və parollardan, o cümlədən zəif parollardan istifadə etməyin. Təxirə salmadan bu cür parolları dəyişin.
  • Proqram təminatlarını mütəmadi yeniləyin və antivirus proqramlarından istifadə edin.
  • Mütəmadi olaraq kibertəhlükələr və onlardan qorunma yolları barədə özünüzü və ətrafınızdakıları maarifləndirin.

“Unutmayın, hər bir hücumdan ən yaxşı müdafiə yolu məlumatlı olmaq və vaxtında tədbir görməkdir! Hər hansı kiberinsidentlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı, “1654” qaynar xətti və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin”, – deyə rəsmi məlumatda qeyd edilib.

Wi-Fi-nızı sındırıblarsa onun təhlükəsizliyini necə təmin etməlisiniz? – TÖVSİYƏLƏR

Son günlər ölkəmizdə “Wi-Fi” təhlükəsizliyi ilə bağlı insidentlərin sayında kəskin artımın olması, əsasən istifadəçilərin şəbəkə qurğularının (router və modemlər) ələ keçirilərək “Wi-Fi” şəbəkə adlarının arzuolunmaz şəkildə dəyişdirildiyi halları müşahidə edilir.

Oxumağa davam et Wi-Fi-nızı sındırıblarsa onun təhlükəsizliyini necə təmin etməlisiniz? – TÖVSİYƏLƏR