Etiket arxivi: #Baş Prokurorluq

Baş Prokurorluq cinayət işləri üzrə 430 qərarı əsassız və qanunsuz hesab edərək ləğv edib

İyulun 22-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində 2022-ci ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilib.

Oxumağa davam et Baş Prokurorluq cinayət işləri üzrə 430 qərarı əsassız və qanunsuz hesab edərək ləğv edib

“Yeni İctimai Nəzarət Şurası” mütəşəkkil dəstə ilə bağlı əməliyyat-istintaq tədbirləri aparılır

Vətəndaşların hüquqlarını pozmaqla korrupsiya cinayətləri törədən şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.

Oxumağa davam et “Yeni İctimai Nəzarət Şurası” mütəşəkkil dəstə ilə bağlı əməliyyat-istintaq tədbirləri aparılır

Arvadını oğlunun gözü önündə öldürməyə cəhd edən şəxs saxlanılıb

Mayın 6-da 1989-cu il təvəllüdlü Masallı rayonunun Ərkivan kənd sakini Sevinc Nəsirovanın yaşadığı evdə xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Oxumağa davam et Arvadını oğlunun gözü önündə öldürməyə cəhd edən şəxs saxlanılıb

Səbail rayonunda ana ilə azyaşlı qızı pəncərədən yıxılaraq ölüb

Avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı Səbail rayon prokurorluğuna məlumat daxil olub.

Oxumağa davam et Səbail rayonunda ana ilə azyaşlı qızı pəncərədən yıxılaraq ölüb

Həbsdə saxlanmada “ağlabatan müddət” anlayışı nəyi nəzərdə tutur?

“Ağlabatan” anlayışına Avropa Konvensiyasının iki maddəsində (5-ci maddənin 3-cü bəndində və 6-cı maddənin 1-ci bəndində) və 1 saylı Protokolun 3-cü maddəsində rast gəlinir. Avropa Məhkəməsinin presedent hüququnda “ağlabatan müddət” anlayışı onun işləndiyi maddənin məzmununa müvafiq olaraq müxtəlif qaydada təfsir edilir. 

Oxumağa davam et Həbsdə saxlanmada “ağlabatan müddət” anlayışı nəyi nəzərdə tutur?

Qəsbkarlıqla məşğul olan internet kanalının sahibi məsuliyyətə cəlb edilib

“Ltv 7” xəbər kanalının bölgə müxbiri Fazil Quliyev və bloger Vüsal Zeynalovun hədə-qorxu ilə pul tələb etmələri barədə daxil olmuş müraciət üzrə  Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Oxumağa davam et Qəsbkarlıqla məşğul olan internet kanalının sahibi məsuliyyətə cəlb edilib

Uşağı diləndirənlərin valideyn hüquqları məhdudlaşdırıla bilər

Azyaşlıların valideynləri tərəfindən diləndirilməsi və antisanitar şəraitdə saxlanılması faktı ilə əlaqədar olaraq Baş Prokurorluq valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edib.

Oxumağa davam et Uşağı diləndirənlərin valideyn hüquqları məhdudlaşdırıla bilər

Əlillik sənədlərinin saxtalaşdırılması üzrə 300-ə yaxın fakt Baş Prokurorluğa göndərilib

Əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın və obyektivliyin təmin olunması işləri davam etdirilməklə yanaşı, eyni zamanda, bu sahədə qanunsuzluğa yol verənlərlə, əsassız əlillik təyinatlarına şərait yaradanlarla bağlı tədbirlər görülür.

Oxumağa davam et Əlillik sənədlərinin saxtalaşdırılması üzrə 300-ə yaxın fakt Baş Prokurorluğa göndərilib

Yevlax sakini qonşusunu tüfənglə öldürüb

2020-ci il fevralın 21-də Yevlax rayonunun Qaraoğlan kənd sakini Xəyal Səfərovun üzərində odlu silah yarası xəsarəti olan meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Oxumağa davam et Yevlax sakini qonşusunu tüfənglə öldürüb

Qanunsuz miqrasiya təşkil edən şəxsin cinayət işi məhkəmədə baxılacaq

Bir qrup şəxsin yüzlərlə vətəndaşlarımızın qanunsuz miqrasiyasının təşkili məqsədilə özgə əmlakını dələduzluqla ələ keçirərək rəsmi sənədlərin saxtalaşdırılması faktları ilə əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Oxumağa davam et Qanunsuz miqrasiya təşkil edən şəxsin cinayət işi məhkəmədə baxılacaq

Koronavirusa yoluxmuş həkim xəstə qəbul etdiyinə görə cəzalandırılacaq

Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin həkimi Hafiz Əliyevin koronavirus xəstəsi olduğu halda xidməti iş otağında xüsusi karantin rejimi qaydalarını pozaraq pasiyent qəbul etməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Oxumağa davam et Koronavirusa yoluxmuş həkim xəstə qəbul etdiyinə görə cəzalandırılacaq

Daha 13 terrorçu silahlı birləşmə üzvünün cinayət işi məhkəməyə göndərildi

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşmışdır.

Oxumağa davam et Daha 13 terrorçu silahlı birləşmə üzvünün cinayət işi məhkəməyə göndərildi

Qızıl Aypara Cəmiyyətinin vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanılıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırma aparılmaqla 25.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə (rüşvət alma külli miqdarda törədildikdə) cinayət işi başlanılıb.

Oxumağa davam et Qızıl Aypara Cəmiyyətinin vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanılıb

Azərbaycan korrupsiya ilə mübarizə sahəsində beynəlxalq fəaliyyətindən danışıb

Cari ilin 20 may tarixində Avropa İttifaqı (Aİ), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Açıq Hökumət Tərəfdaşlığı (AHT) tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində açıq hökumətin təşviqinə dair islahatlara və korrupsiyaya qarşı mübarizəyə yönəlmiş “Dürüstlük Proqramına Aİ-nin dəstəyi” adlı onlayn rejimində yüksək səviyyəli tədbir keçirilib.  

Oxumağa davam et Azərbaycan korrupsiya ilə mübarizə sahəsində beynəlxalq fəaliyyətindən danışıb

Atəşkəs bağlanandan Dağlıq Qarabağda 21 nəfər minaya düşüb

Azərbaycan Respublikası Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində həlak olmuş və yaralanmış mülki şəxslər barədə infografiklər hazırlanıb.

Oxumağa davam et Atəşkəs bağlanandan Dağlıq Qarabağda 21 nəfər minaya düşüb

Baş Prokurorluq Ermənistanın cinayətlərini ifşa edən videoçarx hazırlayıb – VİDEO

Təcavüzkar Ermənistan Respublikasının beynəlxalq müstəvidə ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən kompleks tədbirlərin davamı olaraq videoçarx hazırlanıb.

Oxumağa davam et Baş Prokurorluq Ermənistanın cinayətlərini ifşa edən videoçarx hazırlayıb – VİDEO

Baş Prokurorluğunun yeni inzibati bina kompleksi müasir texnologiyalarla təchiz edilib – FOTO

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu ərazisində yeni inzibati bina kompleksinin açılışında iştirak edib.

Oxumağa davam et Baş Prokurorluğunun yeni inzibati bina kompleksi müasir texnologiyalarla təchiz edilib – FOTO

Qanunsuz beynəlxalq pul köçürmələri ilə məşğul olan şəxs saxlanılıb

Ölkəmizdəki azad və rəqabətli biznes mühitindən sui-istifadə edən kölgə iqtisadiyyatı subyektləri və valyuta möhtəkirlərinin qanunsuz əməllərinə qarşı mübarizə istiqamətində prokurorluq orqanlarının ardıcıl tədbirləri davam etdirilir.

Oxumağa davam et Qanunsuz beynəlxalq pul köçürmələri ilə məşğul olan şəxs saxlanılıb

Baş Prokurorluq piratların öldürdüyü azərbaycanlı mühəndisin ölkəyə gətirilməsi danışıqlarına başlayıb

Kütləvi informasiya vasitələrində yayılmış məlumata əsasən, 23 yanvar 2021-ci il tarixində Nigeriya sahillərində üzən Türkiyənin “Boden denizcilik” şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurları tərəfindən hücum edilib.

Oxumağa davam et Baş Prokurorluq piratların öldürdüyü azərbaycanlı mühəndisin ölkəyə gətirilməsi danışıqlarına başlayıb

Baş Prokurorluğun və DİN əhaliyə müraciət edib

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha əhaliyə xəbərdarlıq edərək, işğaldan azad olunmuş ərazilərdə təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edib.

Oxumağa davam et Baş Prokurorluğun və DİN əhaliyə müraciət edib

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış “VoMa” terrorçu silahlı birləşməsinə qarşı cinayət işi başlanılıb

Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən digər dövlət qurumları ilə birgə zəruri tədbirlərin görülməsi davam etdirilir.

Oxumağa davam et Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış “VoMa” terrorçu silahlı birləşməsinə qarşı cinayət işi başlanılıb

Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını Ermənilərin növbəti hədəfidir

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutmağa davam edir. 

Oxumağa davam et Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını Ermənilərin növbəti hədəfidir

Gəncə şəhərində erməni terroru nəticəsində ölənlərin sayı 13-ə çatdı- FOTO

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması ilə bağlı cinayət işi açıb.

Oxumağa davam et Gəncə şəhərində erməni terroru nəticəsində ölənlərin sayı 13-ə çatdı- FOTO

Ermənistanın atəşi nəticəsində həlak olan mülki şəxslərdən 14-ü kişi, 3-ü qadın, 2-si isə azyaşlıdır

Baş prokuror Kamran Əliyev sentyabrın 27-dən etibarən erməni silahlı bölmələri tərəfindən Azərbaycan yaşayış məntəqələrinə atəşi nəticəsində qətlə yetirilən əhalinin haqda məlumat verib.

Oxumağa davam et Ermənistanın atəşi nəticəsində həlak olan mülki şəxslərdən 14-ü kişi, 3-ü qadın, 2-si isə azyaşlıdır