Etiket arxivi: #Bakcell

Bakcell-in sponsorluğu ilə “İnnovasiya Sammit”i keçirilir

Ölkənin ən böyük özəl operatoru olan Bakcell “InMerge İnnovasiya Sammiti”nin “Sürət və Telekom partnyoru” olaraq bir daha innovasiyalara öz dəstəyini göstərib.

30 noyabr – 1 dekabr 2023-cü il tarixlərini əhatə edən regionun ən böyük sammiti Bakı Konqres Mərkəzində “PAŞA Holdinq”in təşkilatçılığı, Bakcell şirkətinin aparıcı sponsorluğu ilə
ilk günü geridə qoyub.

İnnovasiya və yüksək texnoloji yeniliklərə sarsılmaz dəstəyi ilə tanınan
Bakcell artıq 3-cü ildir ki, innovasiya tədbirlərinə sponsor olaraq öz dinamik rolunu qoruyur.

Sammitin məqsədi texnologiya sahəsində aparıcı liderləri, şirkətləri, eləcə də innovasiya yönümlü startapları bir araya toplamaq, regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərməkdir.

Tədbirin ilk günü telekommunikasiya vertikalında Bakcell-in Baş icraçı
direktoru Klaus Müller öz bilik və təcrübəsini auditoriya ilə bölüşüb, iştirakçılarla faydalı fikir mübadiləsi aparıb.

“Telekommunikasiya sektorunda daim innovativ həllərlə fərqlənən bir şirkət kimi bu tədbirin “Sürət və Telekom partnyoru” olmaqdan qürur duyuruq. Ötən müddət ərzində ən müasir səs texnologiyası olan VoLTE-ni, yenilənmiş Bakcell tətbiqini abunəçilərin ixtiyarına
verərək, telekommunikasiya sektorunda ciddi addımlar atmışıq.

Uğurlarımızın nəticəsi olaraq 2023-cü ildə Ookla® şirkəti tərəfindən “Speedtest” mükafatına layiq görülərək “Azərbaycanın ən sürətli operatoru” adını almağa layiq görülmüşük. Bakcell olaraq qarşıdakı dövrdə ən qabaqcıl texnologiyaların ölkəyə gətirilməsində genişmiqyaslı fəaliyyətimizi daha da gücləndirəcəyik.” – deyə Klaus Müller bildirib.

Ölkənin dörd bir yanında “Ölkənin ən sürətlisi” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirən Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.

“Bakcell” Əhmədlidə yeni mağaza açdı

Ölkənin ən böyük özəl mobil operatoru olan “Bakcell” yeni mağazasını abunəçilərin ixtiyarına verib. Bununla birlikdə şirkət öz texnoloji yeniliklərini hər kəs üçün daha da yaxın etmək imkanı yaradıb.

Oxumağa davam et “Bakcell” Əhmədlidə yeni mağaza açdı

“Bakcell” abunəçiləri “NaviMax”-la övladlarının təhlükəsizliyinə nəzarət edə biləcək

“Bakcell” şirkəti “NaviMax” tətbiqi ilə yeni xidmətini istifadəyə verir.

Oxumağa davam et “Bakcell” abunəçiləri “NaviMax”-la övladlarının təhlükəsizliyinə nəzarət edə biləcək

“Bakcell”in baş sponsorluğu ilə 3-cü “YAŞAT” düşərgəsi davam edir

“Bakcell”in baş sponsorluğu, “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsi davam edir.

Oxumağa davam et “Bakcell”in baş sponsorluğu ilə 3-cü “YAŞAT” düşərgəsi davam edir

“Bakcell” Qurban bayramı ilə bağlı şəhid və qazi ailələrinə dəstək göstərib

“Bakcell” şirkəti Qurban bayramı münasibətilə şəhid və qazi ailələrinə bayram payı təqdim edib.

Oxumağa davam et “Bakcell” Qurban bayramı ilə bağlı şəhid və qazi ailələrinə dəstək göstərib

“Bakcell” şirkəti “Formula 1 Azərbaycan Qran Prisi”nin rəsmi dəstəkçisidir

“Bakcell” Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə “2023 Formula 1 Azərbaycan Qran Prisi”nin rəsmi dəstəkçisi olmasına dair müqavilə imzalayıb.

Oxumağa davam et “Bakcell” şirkəti “Formula 1 Azərbaycan Qran Prisi”nin rəsmi dəstəkçisidir

“Bakcell”dən rəqəmsal yeniliklər!

“Bakcell” şirkəti rəqəmsal yeniliklərini təqdim edib. Yeni “Bakcell” tətbiqi və internet səhifəsi abunəçilərə rəqəmsal texnologiyaların üstünlüklərindən istifadə etməklə ən üstün müştəri təcrübəsindən yararlanmaq imkanı verir.

Oxumağa davam et “Bakcell”dən rəqəmsal yeniliklər!

Bakcell Türkiyəyə xüsusi telekommunikasiya avadanlıqları göndərdi


Bakcell şirkəti Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərin və orada çalışan insanların yaxınları və müvafiq qurumlarla əlaqə saxlaya bilməsini təmin etmək üçün Türkiyəyə xüsusi telekommunikasiya avadanlıqları yollayıb.

Oxumağa davam et Bakcell Türkiyəyə xüsusi telekommunikasiya avadanlıqları göndərdi

Bakcell şəhid və qazi ailələrinə dəstəyini davam etdirir

“Bakcell”in şəhid və qazi ailələrindən olan qadınların təhsil və məşğulluq imkanlarının artırılmasına yönəlmiş Korporativ Sosial Məsuliyyət (KSM) layihəsi başa çatıb.

Oxumağa davam et Bakcell şəhid və qazi ailələrinə dəstəyini davam etdirir

Bakcell şəbəkəsində yaranan nasazlıq aradan qaldırılır

Azərbaycanın ilk mobil rabitə operatoru Bakcell şirkətinin xidmət şəbəkəsində yaranan problemlərin səbəbi açıqlanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb.

Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür.

“Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”, – deyə şirkətin rəsmi məlumatında qeyd edilib.

Gənclər “Bakcell”in dəstəyilə öz biznesini quracaq

Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti “SOS Uşaq Kəndləri Azərbaycan” assosiasiyasının himayəsində yaşayan gənclərin iş imkanları və sahibkarlıq bacarıqlarının artırılmasına yönəlmiş növbəti layihəyə dəstək göstərib.

Oxumağa davam et Gənclər “Bakcell”in dəstəyilə öz biznesini quracaq

Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir

Bakcell növbəti dəfə Azərbaycanın “Ən sürətli mobil şəbəkəsi”* kimi tanınıb. Bu mükafat mobil və genişzolaqlı şəbəkələrin intellektual təhlili, mobil tətbiqetmələrin və texnologiyaların sınaqdan
keçirilməsi üzrə dünya lideri olan Ookla® şirkətinin müstəqil təhlili nəticəsində verilib.

Oxumağa davam et Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir

Bakcell abunəçiləri üçün onlayn qaydada eSIM almaq imkanı

Bakcell abunəçiləri eSIM əldə etmək üçün artıq onlayn qaydada müraciət edə biləcəklər. Bir müddət əvvəl Azərbaycanda ilk dəfə olaraq eSIM texnologiyasını tətbiq edən Bakcell bununla bağlı daha bir yenilik edib.

Oxumağa davam et Bakcell abunəçiləri üçün onlayn qaydada eSIM almaq imkanı

Bakcell şəbəkəsinin Qarabağda genişlənməsinə 23 milyon manat investisiya yönəldəcək

Bakcell işğaldan azad olunmuş ərazilərdəki şəbəkəsinin genişlənməsinə qoyacağı investisiyanın həcmini 23 milyon manata çatdıracaq.

Oxumağa davam et Bakcell şəbəkəsinin Qarabağda genişlənməsinə 23 milyon manat investisiya yönəldəcək

“Bakcell”-in əməkdaşı Ağdamda yaralanıb

Dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilmiş “Yeddi xırman” adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Oxumağa davam et “Bakcell”-in əməkdaşı Ağdamda yaralanıb