Etiket arxivi: #Bakcell

Bakcell şəbəkəsində yaranan nasazlıq aradan qaldırılır

Azərbaycanın ilk mobil rabitə operatoru Bakcell şirkətinin xidmət şəbəkəsində yaranan problemlərin səbəbi açıqlanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb.

Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür.

“Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”, – deyə şirkətin rəsmi məlumatında qeyd edilib.

Gənclər “Bakcell”in dəstəyilə öz biznesini quracaq

Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti “SOS Uşaq Kəndləri Azərbaycan” assosiasiyasının himayəsində yaşayan gənclərin iş imkanları və sahibkarlıq bacarıqlarının artırılmasına yönəlmiş növbəti layihəyə dəstək göstərib.

Oxumağa davam et Gənclər “Bakcell”in dəstəyilə öz biznesini quracaq

Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir

Bakcell növbəti dəfə Azərbaycanın “Ən sürətli mobil şəbəkəsi”* kimi tanınıb. Bu mükafat mobil və genişzolaqlı şəbəkələrin intellektual təhlili, mobil tətbiqetmələrin və texnologiyaların sınaqdan
keçirilməsi üzrə dünya lideri olan Ookla® şirkətinin müstəqil təhlili nəticəsində verilib.

Oxumağa davam et Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir

“Bakcell”-in əməkdaşı Ağdamda yaralanıb

Dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilmiş “Yeddi xırman” adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Oxumağa davam et “Bakcell”-in əməkdaşı Ağdamda yaralanıb