Etiket arxivi: #bəyanat

Şarl Mişel İlham Əliyev və Nikol Paşinyan ilə görüşünün nəticələri ilə bağlı bəyanatla çıxış edib

Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Oxumağa davam et Şarl Mişel İlham Əliyev və Nikol Paşinyan ilə görüşünün nəticələri ilə bağlı bəyanatla çıxış edib

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – VİDEO

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.

Oxumağa davam et Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – VİDEO

Azərbaycandakı dini konfessiya rəhbərlərinin birgə Bəyanatı

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski Birgə Bəyanatla çıxış ediblər.

Oxumağa davam et Azərbaycandakı dini konfessiya rəhbərlərinin birgə Bəyanatı

XİN Ermənistan Təhlükəsizlik Şurasının son bəyanatına münasibətini bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Təhlükəsizlik Şurasının 28 mart 2022-ci il tarixli bəyanatı ilə əlaqədar bildirib ki, bölgədə gərginliyin artmasının birbaşa səbəbi Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir.

Oxumağa davam et XİN Ermənistan Təhlükəsizlik Şurasının son bəyanatına münasibətini bildirib

XİN Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı Ermənistanın iftiralarını rədd edib

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı tamamilə həqiqətdən uzaq və iftira xarakterli bəyanatını qətiyyətlə rədd edib.

Oxumağa davam et XİN Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı Ermənistanın iftiralarını rədd edib

Mərkəzi Bank 2022-ci il üçün pul-kredit siyasətinin əsas istiqamətləri haqda bəyanat dərc edib

Azərbaycan Mərkəzi Bankı bu gün 2021-ci ilin dekabr ayı üzrə Statistik Bülleten və 2022-ci il üçün pul-kredit siyasətinin əsas istiqamətlər haqda bəyanat dərc edib.

Oxumağa davam et Mərkəzi Bank 2022-ci il üçün pul-kredit siyasətinin əsas istiqamətləri haqda bəyanat dərc edib

XİN “Bakıda ermənilərə qarşı qırğının” törədilməsi barədə bəyanatı şərh edib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistan XİN-in “Bakıda ermənilərə qarşı qırğının” törədilməsi barədə bəyanatı ilə bağlı sualını şərh edib.

Oxumağa davam et XİN “Bakıda ermənilərə qarşı qırğının” törədilməsi barədə bəyanatı şərh edib

Türk Dövlətləri Təşkilatı Qazaxıstan xalqı və hökumətinə həmrəylik ifadə edən bəyanat qəbul edəcək

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Qazaxıstanda baş verən son hadisələrlə bağlı növbədənkənar iclasında çıxış edib.

Oxumağa davam et Türk Dövlətləri Təşkilatı Qazaxıstan xalqı və hökumətinə həmrəylik ifadə edən bəyanat qəbul edəcək

Azərbaycan Prezidenti: Türkiyə və Azərbaycan qardaşlığı dünya çapında önəmli amilə çevrilib

Oktyabrın 26-da Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Oxumağa davam et Azərbaycan Prezidenti: Türkiyə və Azərbaycan qardaşlığı dünya çapında önəmli amilə çevrilib

Üçtərəfli bəyanat regionda gözlənilməyən inkişaf imkanları açır – VİDEO

Bu gün Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış yeni bəyanat ölkələr arasında kommunikasiyaların bərpası və yeni gözlənilməyən perspektivlər açır.

Oxumağa davam et Üçtərəfli bəyanat regionda gözlənilməyən inkişaf imkanları açır – VİDEO

Gəncə QHT-ri şəhərin mülki əhalisinin raketlərdən atəşə tutulmasına dair bəyanat yayıb


Bəyanatda bildirilir ki, 4 oktyabr 2020-ci il tarixində, saat 10:30-dan başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə Konvensiyalarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın ikinci böyük şəhəri, Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri kasset tipli raket atəşinə tutulub.
TIME bildirir ki, bəyanatda təcavüzkar Ermənistan ordusunun Gəncəni atəşə tutması nəticəsində mülki şəxslər həlak olub, insanlar yaralanlb, xüsusilə uşaqlar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, eyni zamanda yaşayış evlərinə külli miqdarda ziyan dəyib.

“Gəncə şəhərinin Vətəndaş Cəmiyyəti Təsisatlatı, Ermənistanı beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə tabe olmağa və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çəkilməsinə dair tələbləri irəli sürən qətnamələrini yerinə yetirməyə çağırırıq”, – deyə bəyanatda qeyd edilib.

Gəncə QHT-ri bununla bağlı Ermənistan tərəfindən Gəncə şəhərinin mülki sakinlərinin məqsədyönlü şəkildə öldürülməsinə və nəticədə regiondakı vəziyyətin daha da gərginləşməsinə görə bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü bəyan ediblər.

Xarici İşlər Nazirliyi Ballıqaya qətliamının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Bu gün Azərbaycan Respublikasının Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 28 il keçir.

Oxumağa davam et Xarici İşlər Nazirliyi Ballıqaya qətliamının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb