Etiket arxivi: #ərazi

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb

Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanat qəbul edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bəyanat Yelisey sarayının rəsmi saytında dərc edilib.

Bəyanatda deyilir: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.

Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq”.

Bakı yaxın 20 il ərzində global müsbət dəyişikliklərə nail olacaq

2040-cı il üçün Bakı şəhərinin tarazlı inkişafına nail olmaq və bazar iqtisadiyyatının artan tələblərini qarşılamaq məqsədilə “Yeni şəhər iqtisadiyyatı” üçün ümumilikdə təxminən 2800 hektar ərazinin inkişaf etdirilməsi və ya mövcud təyinatının dəyişdirilməsi tələb olunur.

Oxumağa davam et Bakı yaxın 20 il ərzində global müsbət dəyişikliklərə nail olacaq