Etiket arxivi: #ƏƏSMN

Yeni ildən bütün növ pensiyalarda artımlar olacaq


Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli Sərəncamı ilə
qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər və s.) pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminə dair təkliflər Milli Məclisdə müzakirəyə çıxarılacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Əmək
pensiyaları haqqında” Qanununa dəyişiklik layihəsinə əsasən 2023-cü ilin yanvarın
1-dən bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi tətbiq ediləcək.

Bu ildən xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10%,
həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların
pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun pensiya məbləğləri orta aylıq
əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdiriləcək.

Misal üçün, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan
pensiyaçının pensiya məbləği yeni ildən 416,7 manat (400+200/12) qəbul edilərək,
üzərinə indeksasiya faizi qədər artım hesablanacaq. Həmçinin xüsusi şərtlərlə
pensiya alan hərbi qulluqçunun cari il ərzində aldığı, misal üçün, 800 manat
pensiya və 10%-lik maddi yardım toplanaraq, 880 manat kimi qəbul ediləcək,
üzərinə indeksasiya faizi qədər artım hesablanacaq.

Vahid indeksasiya mexanizminin tətbiqi xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin
pensiyalarında davamlı artımı şərtləndirəcək. Belə ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin böyük əksəriyyətinin pensiyası maksimum 70% artıb. Ümumi əsaslarla pensiyaya çıxan şəxslərin pensiyaları isə bu müddət ərzində indeksasiya nəticəsində 98% artıb.

Pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir. Xüsusi
şərtlərlə pensiyaların da bu metodla artırılması, həm də aidiyyəti qurumların bu sahədə inzibatçılığının yüngülləşdirilməsinə, əməkhaqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan yaradacaq.
Beləliklə, layihə qəbul ediləndən sonra:

  • qulluq əlavəsi alan şəxslərin pensiyası hazırkı mexanizmlə müqayisədə daha çox artacaq. İndeksasiya bütün pensiya məbləğlərinə – həm qulluq əlavəsinə, həm də sığorta hissəsinə şamil ediləcək;
  • pensiyaların məbləği hər il vahid qaydada – indeksləşdirilərək artırılacaq (qulluq əlavəsi alanların pensiyası təqribən 3-5 il intervalı ilə artırdı);
  • dövlət qulluqçusu, hərbi qulluqçu və digər bu kateqoriyadan olan şəxslərə
  • pensiya təyin edildikdən sonra 6 il işlədikdə və ya işdən çıxdıqda, topladıqları kapitala əsasən pensiyalarının ümumi məbləği yenidən hesablanaraq artırılacaq;
  • pensiyaçılar və onların xidmət keçdiyi qurumların əməkhaqqının artımı ilə bağlıbməlumat təqdim etmək öhdəliyi aradan qalxacaq;
  • bütün pensiyaların indeksləşdirilməsinin tamamilə elektron qaydada aparılması təmin olunacaq.

Bu layihə xüsusi şərtlərlə pensiyaya çıxma şərtlərinə və təyinatına şamil edilmir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından dələduzluq edənlərlə bağlı xəbərdarlıq

Son günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) və nazirliyin tabeliyindəki qurumların “facebook” səhifələrinin rəy bölmələrində müraciətlərini qeyd edən ayrı-ayrı vətəndaşlara qarşı istifadəçi adı “Hesen Aqayev”, “Röyalə Kazımlı” və b. olan şəxslər (və ya şəxs) tərəfindən dələduzluq edilməsinə dair məlumatlar daxil olur.

Oxumağa davam et Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından dələduzluq edənlərlə bağlı xəbərdarlıq

Bu il sosial təminat üzrə ayrılan vəsaitlərdə ciddi artım olacaq

Əməkhaqqı və digər sosial ödənişlərin 2022-ci ilin əvvəlindən artırılması üçün 1,5 milyard manat, pensiyalarda indeksasiya əsaslı yeni artım və pensiyaçılara maddi yardım üçün 352 milyon manat həcmində əlavə illik vəsait ayrılıb. 

Oxumağa davam et Bu il sosial təminat üzrə ayrılan vəsaitlərdə ciddi artım olacaq

Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” alt sistemi yaradılır

Azərbaycan Respublikası Prezidenti Şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların mübadiləsi mexanizminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Oxumağa davam et Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” alt sistemi yaradılır

Cəbhədə Vətənə, iş başında vətəndaşa xidmət edənlər-VIDEO

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfərlə başa vurduğu Vətən müharibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 101 əməkdaşı da iştirak edib.

Oxumağa davam et Cəbhədə Vətənə, iş başında vətəndaşa xidmət edənlər-VIDEO

“Məşğulluq marafonu”na artıq 54 işəgötürən qoşulub

İşəgötürənləri şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatında daha fəal iştiraka təşviq məqsədilə başladılan “Məşğulluq marafonu” böyük maraqla qarşılanıb.

Oxumağa davam et “Məşğulluq marafonu”na artıq 54 işəgötürən qoşulub

Əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı üzrə 536 şəxs işlə təmin edilib

Dövlət Məşğulluq Agentliyi sosial iş yerlərində əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində sosial cəhətdən həssas qruplardan olan 536 şəxsə münasib iş yerlərinə göndəriş verib.

Oxumağa davam et Əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı üzrə 536 şəxs işlə təmin edilib

İsmayıllı rayonunda dövlət dəstəyi ilə 15 kənd qonaq evi yaradıldı – FOTO

Dövlət Məşğulluq Agentliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sifarişi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin icra etdiyi  “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti –  kənd qonaq evi istifadəyə verilib. 

Oxumağa davam et İsmayıllı rayonunda dövlət dəstəyi ilə 15 kənd qonaq evi yaradıldı – FOTO

Əmək münasibətləri və məşğulluq altsistemi yaxın vaxtlarda test rejimində fəaliyyətə başlayacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən rəqəmsal məşğulluğa keçid istiqamətində mühüm layihələrdən olan əmək münasibətləri və məşğulluq altsistemi (ƏMAS) yaxın vaxtlarda test rejimində fəaliyyətə başlayacaq.

Oxumağa davam et Əmək münasibətləri və məşğulluq altsistemi yaxın vaxtlarda test rejimində fəaliyyətə başlayacaq

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə Bakıda mənzil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonunun “Ümid” qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 30 mənzil təqdim edilib.

Oxumağa davam et Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə Bakıda mənzil verilib

Pensiyalar və fərdi hesablardakı pensiya kapitalları artırıldı

Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında”  5 fevral 2021-ci il tarixli Sərəncamına əsasən 2020-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə pensiyalar indeksləşdirilərək 11,4% artırılır.  

Oxumağa davam et Pensiyalar və fərdi hesablardakı pensiya kapitalları artırıldı

Dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısına 23 yeni növ əlavə edilib

Hazırda 57 reabilitasiya vasitəsi növünün olduğu siyahıda “əlil arabası”  ifadəsi “təkərli oturacaq”la əvəz edilib.

Oxumağa davam et Dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısına 23 yeni növ əlavə edilib

Gələn il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1920 saatdır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 18 dekabr 2020-ci il tarixli Qərarı ilə  2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.  

Oxumağa davam et Gələn il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1920 saatdır

Əhalinin həssas qruplarına yeni elektron xidmətlər və arayışlar təqdim ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün şəhid ailələri, Milli Qəhrəmanlarla bağlı proaktiv xidmətlər də daxil olmaqla, növbəti elektron yeniliklərinin təqdimatını edib.

Oxumağa davam et Əhalinin həssas qruplarına yeni elektron xidmətlər və arayışlar təqdim ediləcək

Vətən müharibəsi dövründə sarsıntı keçirən ailələr üçün onlayn psixoloji dəstək xidməti yaradılıb

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi şəhid ailələri, müharibədə yaralanmış  şəxslər və onların ailə üzvlərinə psixoloji dəstək tədbirlərini davam etdirir.

Oxumağa davam et Vətən müharibəsi dövründə sarsıntı keçirən ailələr üçün onlayn psixoloji dəstək xidməti yaradılıb

İşğaldan azad edilmiş ərazilərdə sosial xidmət və reabilitasiya müəssisələri yaradılacaq

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun işğaldan azad etdiyi ərazilərimizdə geniş miqyasda quruculuq və abadlıq, habelə sosial infrastrukturun qurulması işləri çərçivəsində sosial xidmətlər və reabilitasiya müəssisələrinin yaradılması da təmin olunacaq.

Oxumağa davam et İşğaldan azad edilmiş ərazilərdə sosial xidmət və reabilitasiya müəssisələri yaradılacaq

Şəhid ailələri və müharibə əlilləri üçün yeni sosial dəstək tədbirləri hazırlanır

Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərin ailə üzvlərinin və müharibə əlillərinin dövlət başçısının tapşırığı əsasında daim dəstəklə təmin olunmaları üçün görüləcək tədbirlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iclas keçirilib.

Oxumağa davam et Şəhid ailələri və müharibə əlilləri üçün yeni sosial dəstək tədbirləri hazırlanır

Azərbaycanlılar işğaldan azad olunan yurd yerlərinə kiçik biznesləri ilə qayıtmağa hazırlaşırlar-FOTO

Onlar Müzəffər Azərbaycan Ordusunun erməni işğalından azad etdiyi ərazilərimizdən olan özünüməşğulluq proqramı iştirakçılarıdır.

Oxumağa davam et Azərbaycanlılar işğaldan azad olunan yurd yerlərinə kiçik biznesləri ilə qayıtmağa hazırlaşırlar-FOTO

Azərbaycanın Dövlət Himni qələbə ruhlu istedadlı əlilliyi olan şəxslərin ifasında-VİDEO

Prezident, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və müzəffər Ordumuzun xalqımıza bəxş etdiyi böyük Şuşa Qələbəsi, ərazilərimizin düşməndən bir-birinin ardınca azad edilməsi istedadlı əlilliyi olan şəxslərimizdə də sonsuz fərəh, coşqu və qürur hissi yaradıb.

Oxumağa davam et Azərbaycanın Dövlət Himni qələbə ruhlu istedadlı əlilliyi olan şəxslərin ifasında-VİDEO

Məcburi köçkünlər dogma yurdlarında dövlət dəstəyi ilə bizneslərini quracaqlar – FOTO

Onlar müzəffər Azərbaycan Ordusunun erməni işğalından azad etdiyi ərazilərimizdən olan özünüməşğulluq proqramı iştirakçılarından bir qrupudur.  

Oxumağa davam et Məcburi köçkünlər dogma yurdlarında dövlət dəstəyi ilə bizneslərini quracaqlar – FOTO

İşğalçı və terrorçu Ermənistan dərin sosial tənəzzüllə üz-üzə qalıb – TƏHLİL

Təcavüzkarlıq və işğalçılıq siyasəti Ermənistanı digər sahələrdə olduğu kimi, sosial sahədə də tənəzzüllə üz-üzə qoyub. Ermənistan Azərbaycanla təkcə savaş meydanında aciz və məğlub durumda deyil, həm də sosial sahədə ölkəmizdən xeyli geridə olmaqla, getdikcə dərinləşən sosial-demoqrafik böhranın içindədir.

Oxumağa davam et İşğalçı və terrorçu Ermənistan dərin sosial tənəzzüllə üz-üzə qalıb – TƏHLİL

Dövlət Ermənistanın Gəncəyə raket hücumu nəticəsində valideylərini itirmiş uşaqların sosial ehtiyaclarını qarşılayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları işğalçı Ermənistan tərəfindən Gəncə şəhərinə raket hücumu nəticəsində hər iki valideynini itirmiş uşaqlarla görüşdülər.

Oxumağa davam et Dövlət Ermənistanın Gəncəyə raket hücumu nəticəsində valideylərini itirmiş uşaqların sosial ehtiyaclarını qarşılayır

Dünya Bankı Ermənistanın təcavüzü nəticəsində ziyan çəkmiş mülki əhali haqda məlumatlandırlıb

BMT qətnamələrinə məhəl qoymadan 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan Azərbaycana qarşı hərbi təxribatlarını, ölkəmizin mülki əhalisinə yönələn terror siyasətini davam etdirir.

Oxumağa davam et Dünya Bankı Ermənistanın təcavüzü nəticəsində ziyan çəkmiş mülki əhali haqda məlumatlandırlıb

Azad edilməkdə olan ərazilərimizdə minlərlə insana sosial xidmətlər göstəriləcək-STATİSTİKA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işğaldan azad edilməkdə olan ərazilərimizdə göstərəcəyi xidmətlərlə bağlı ilkin statistikanı təqdim edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Silahlı Qüvvələrimizin uğurlu hərbi əməliyyatları nəticəsində işğaldan azad edilməkdə olan torpaqlarımızda öz fəaliyyət istiqamətləri üzrə hər kəsi xidmətləri ilə əhatə edəcək.


“O gün uzaqda deyil… Qələbə bizimlədir!”, – deyə nazirlik qələbə sevinci ilə bölüşüb.

Yeni əlilliyin müəyyən olunması meyarlarının tətbiqi təklif edilir- MEYARLAR

Əmək və əhalinin sosial müdafiəsi nazirliyi Nazirlər Kabinetinə əlilliyin xəstəlik, çatışmazlıq və zədə fəsadlarının insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşmasına səbəb olan orqanizmin funksiyalarının itirilməsi faizlərilə ifadə olunması nəzərdə tutan layihə təqdim edib.

Oxumağa davam et Yeni əlilliyin müəyyən olunması meyarlarının tətbiqi təklif edilir- MEYARLAR

“Özünüməşğulluğa Dəstək Layihəsi”nə qoşulma proseduru asanlaşdırıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Azərbaycanın kommersiya bankları tərəfindən həyata keçirilən “Özünüməşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbulu prosesi daha da sadələşdirildi.

Oxumağa davam et “Özünüməşğulluğa Dəstək Layihəsi”nə qoşulma proseduru asanlaşdırıldı

İşçilərin əməkhaqlarının yarısının dövlət tərəfindən maliyyələşdirilməsi proqramına necə qoşulmaq olar?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işəgötürənlərin diqqətinə çatdırır ki, onlar Agentliyin  göndərişi ilə işə qəbul olunan şəxslərin əməkhaqqının və əməkhaqqından tutulmaların 50%-nin İşsizlikdən sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilməsi proqramında iştirak edə bilərlər.

Oxumağa davam et İşçilərin əməkhaqlarının yarısının dövlət tərəfindən maliyyələşdirilməsi proqramına necə qoşulmaq olar?

“Sosial bağlar” layihəsi çərçivəsində iştirakçılara dəstək məqsədilə hansı tədbirlər görülür?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial Bağlar” layihəsinə cəlb olunan iştirakçılara dəstək məqsədilə bir sıra dəstək tədbirləri həyata keçirilir.

Oxumağa davam et “Sosial bağlar” layihəsi çərçivəsində iştirakçılara dəstək məqsədilə hansı tədbirlər görülür?

“Məşğul şəxslərin reyestri” gələn ilin əvvəlindən istifadəyə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən “Məşğul şəxslərin reyestri”nin hazırlanması işlərinin bu ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Oxumağa davam et “Məşğul şəxslərin reyestri” gələn ilin əvvəlindən istifadəyə veriləcək

Özünüməşğulluq proqramı çərçivəsində 250-dək vətəndaşa banklar tərəfindən aktivlər verilib

Bu il artıq 250-dək özünüməşğulluq proqramı iştirakçısına seçdikləri fəaliyyət sahəsi üzrə kiçik bizneslərini qurmaq üçün banklar tərəfindən mal və materiallar formasında aktivlər verilib.

Oxumağa davam et Özünüməşğulluq proqramı çərçivəsində 250-dək vətəndaşa banklar tərəfindən aktivlər verilib

ƏƏSMN: sığortaolunanlara qarşı ədalətli addım və yeni elektron təyinatlar

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən 2006-2009-cu illərdə sığortaedənlərin ödədiyi vəsaitin böyük bir hissəsini fərdi hesablar üzrə bölüşdürülərək həmin hesablara yerləşdirilib.

Oxumağa davam et ƏƏSMN: sığortaolunanlara qarşı ədalətli addım və yeni elektron təyinatlar