Macarıstanda və Çində təhsil almaq üçün müraciətlərin elektron qəbulu aparılır

HTP və DP çərçivəsində təhsillə bağlı sənəd qəbulu portal.edu.az vasitəsilə aparılır.

Noyabr ayından portal.edu.az platformasında “Hökumətlərarası Təqaüd Proqramları və Dövlət Proqramları çərçivəsində xaricdə təhsil xidməti” aktiv edilib. Belə ki, sözügedən xidmət Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrində təqaüd hesabına təhsil almaq imkanı yaradır. Müraciətçilər müraciətlərinin statusu, nəticə, yeniliklər barədə məlumatı vaxt itirmədən və olduqları yeri tərk etmədən “Şəxsi kabinet” vasitəsilə əldə edə biləcəklər.

Hazırda Macarıstan və Çin Xalq Respublikasında təhsil almaq üçün müraciətlərin elektron qəbulu aparılır.

Leave a Reply