“Azərbaycan Dəmir Yolları” ASC y eni “ADY Mobile” mobil tətbiqi istifadəyə verib.
TIME bildirir ki, mobil tətbiq vasitəsi ilə bilet almaq asanlaşdı, çünki səyahətlər üçün nəzərdə tutulmuş müasir funksionallı tətbiq Abşeron dairəvi marşrutu üzrə elektron kartla səyahət etmək, bölgələrə səfəriniz üçün bilet almaq imkanları yaradır.
Mobil tətbiqdə qatarların hətəkət cədvəli ilə tanış olmaq və balansı artırmaq olar.
Mobil tətbiqdə 24/7 sərnişinbləri maraqlandıran sualları cavablandıran Qaynar xətt mövcuddur.
Mobil tətdiq vasitəsi ilə vətəndaşlar aldıqları bileti paylaşa bilərlər.
Mobil tətbiqdə alınan biletin qaytarılması imkanı mövcuddur.